Məhkəmə qərarları › İş №2(073)-1992/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1992/2024

15.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1992/2024 15.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X11 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab olunmasına və həmin akt əsasında abonent hesabına əsassız olaraq hesablanmış 3784.32 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək edərək, izahatında bildirdi ki, o, Cəlilabad şəhərində yaşayır. 2022-ci ilin noyabr ayında Cavabdeh Lənkəran X11 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları Cəlilabad şəhərində yerləşən mərhum anasının (iddiaçının) yaşadığı evin sayğacına baxış keçirmiş və həmin sayğacda qaz itkisinə görə akt tərtib olunmuş və 3784.32 manat hesabat aparılaraq göstərilən abonent hesabına daxil edilmişdir. Anası yaşlı qadın olduğu üçün həmin aktın yazılmasından xəbəri olmayıb. Həmin vaxt onlara bu barədə barədə hər hansı bir irad və ya akt tərtib olunmayıb. X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hal hazırda həmin evdə o (iddiaçı) yaşayır və bütün sayğaclar onun adına qeyd olunmuşdur. Yazılmış akt üzrə borc məbləği onunla (iddiaçı ilə) Cavabdeh İB-i arasında müqavilə bağlanmış və müqaviləyə əsasən tətbiq olunmuş cərimə məbləği ona məxsus olan qaz sayğac məlumatlarına yüklənmişdir. Belə ki, Cavabdeh Lənkəran X11 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər qaz sayğaclarına mütəmadi olaraq baxış keçirmişlər və belə bir qaz itkisinin olması faktını nəzarətçilər aşkar etməmişlər. Mübahisəli akt tərtib olunan zaman onun (iddiaçının) iştirakı təmin edilməmişdir və həmin aktdan sonradan məlumatı olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın qismən ləğv edilməsi və borcun qismən silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Belə ki, o, keçən ilin qış aylarında anasının xəstəliyi ilə əlaqədar evlərinə gəliş-gediş çox olmasına görə müəyyən müddətqazdan qanunsuz istifadə etmişdir, lakin hər bir halda axtda göstərilən 31 min kub m qaz həcminin ağlabatan olmadığını bildirmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəməyə etiraz ərizəsi göndərərək ərizədə göstərmişdir ki, (2(073)-1992/2024 saylı mülki iş üzrə) İddiaçı Cavabdehnə qarşı “Təbii qazdan stifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktin ləğv edilməsi, həmin akt əsasında yazılmış borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir və iddianın qismən təmin edilməsini məhkəmədən xahiş edir. Belə ki, iddiaçı Ağayev X6 şəhəri, Dədə Qorqud küçəsi ev 43 ünvanında yaşamaqla Lənkəran X11ı İdarəsinin Cəlilabad Xidmət Sahəsində **********00000 saylı kodla (əvvəlki abonent adı X10) abonent qeydiyyatındadır. Lənkəran RQİİ-nin Cəlilabad XS-nin TQQ və SX-nin əməkdaşları tərəfindən xx.xx.2022-cü il tarixdə ünvan 1 ünvanında İddiaçı yaşayış sahəsində təbii qazın uçotu və təbii X8na riayət olunması vəziyyəti yoxlanılarkən istehlakçı X14 Ağayev “X8”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talaması faktı aşkar edilmişdir. Təbii X8nın pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və bu halı təsdiqləyən video çəkiliş aparılmışdir. Lənkəran X11ı İdarəsinin İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii X8nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarına uyğun olaraq xx.xx.2023cü il tarixdə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Yaşayış sahəsində istifadədə olan qaz cihazlarinın sərfiyyatına uyğun olaraq cəmi 31536 m3 olmaqla İddiaçı (əvvəlki abonent adı X10) abonent hesabına 3784 manat 32 qəpik pul hesablanmışdır. Aşağıda göstərilənlərə əsasən İddiaçı iddia ərizəsinin əsassız hesab edilərək rədd edilməsini Məhkəmədən xahiş edir. Eyni zamanda bildirir ki, İddiaçı iddia ərizəsində sayğaca olan müdaxilə ilə bağlı itirilmiş qazın bərpası məqsədilə akt tərtib edildiyini göstərmişdir. Lakin sözügedən akt sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə etidiyi üçün tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1- ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Belə ki, İddiaçı ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 3.3-cü Paylayıcı İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay İstehlakçıya məlumat (hesab) təqdim etməlidir. İstehlakçılar tərəfindən təbii X8nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞnın Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Belə ki, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poct şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərə-kətdən çəkinməlidir, kreditorun borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin müddəalarını rəhbər tutaraq, İddiaçı Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-cü il tarixli, ******* saylı aktin ləğv edilməsi, həmin akt əsasında yazılmış borcun silinməsi tələbi barədə iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasnı xahiş edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan Cavabdeh Lənkəran X11 İdarəsi tərəfindən verilmiş «Təbii X8nın pozulması haqqında» xx.xx.2022-cü il tarixli, ******* saylı aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən X5 yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış G-4 İTRON markalı, **********2 nömrəli qaz sayğacından kənar qeyri-qanuni qazdan istifadə olunması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X11 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, X5 fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatı üçün hesabat aparılaraq cəmi 15552 m3 olması müəyyən olunmuşdur. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İşdə olan Cəlilabad rayon VVAQ Bürosu tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə doğlumuşdur, atası X9, X2dır. İşdə olan Cavabdeh Lənkəran X11 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünürki, İddiaçı adına qalıq aktlar üzrə 2023-cü ilin oktyabr ayına 3784.32 manat borc yazılmışdır. İşdə olan Lənkəran X11 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış qaz sayğacından kənar qeyri-qanuni qazdan istifadə olunmasının müəyyən edilməsi nəticəsində tərtib edilmiş xx.xx.2022-cü il tarixli, ******* saylı akt əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası məqsədilə 31536 m3 olmaqla 3784.32 manat borc hesablanmış və cavabdeh iddiaçıdan həmin borcun ödənilməsini tələb etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus Cəlilabad şəhərində yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. 2022-ci ildə Cavabdeh X11 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları iddiaçının yaşadığı evə aid quraşdırılmış qaz sayğacına baxış keçirmişlər və həmin sayğacdan qeyri-qanuni istifadə olunduğu aşkar olunmuşdur. Sonradan cavabdeh təşkilat tərəfindən xx.xx.2022-cü il tarixli, ******* saylı akt tərtib olunmuş və həmin aktda sayğaca müdaxilə edilməsinə görə iddiaçıya itirilmiş qaz sərfiyyatının dəyəri üçün 3784.32 manat borc hesablanmışdır. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, G-4 markalı, **********2 nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut olunur, lakin cavabdeh təşkilat tərəfindən mütənasib olmayan əsassız sərfiyyat hesablanmışdır. Göründüyü kimi xx.xx.2022-cü il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və hesablanmış 3784.32 manat borcun hesablanmasıqismən əsassız olmuşdur. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh Lənkəran X11 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədə» İddiaçı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacından kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatı üçün hesabat aparılaraq cəmi 15552 m3 olması müəyyən olunsada, Cavabdeh Lənkəran X11 İdarəsi iddiaçının abonent hesabına 31536 m3 olmaqla 3784.32 manat borc hesablamışdır. Əslində isə tələbnamədə göstərilən orta günlük iş rejmi 24 saat hesabat müddəti 180 gün deyil, orta günlük iş rejmi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır. Belə olan halda, təbii qazdan qeyri qanuni istifadə olunması nəticəsində itirilmiş qazın sərfiyyatı ümumilikdə 15552 m3 hissəsi və ya 1918.08 (bir min doqquz yüz on səkkiz manat səkkiz qəpik) manat olmalıdır. İş materiallarında olan, Cavabdeh Lənkəran X11 İdarəsi ilə X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. İstehlakçılar tərəfindən təbii X8nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-nin şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1 (bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «X8» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «X8»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lənkəran X11 İdarəsi tərəfindən tərtib olunmuş 16 noyabr 2022-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 3784.32 manat borc məbləğindən hesablanmış 31536 m3 sərfiyyatın 15984 m3 hissəsi və ya 1918.08 (bir min doqquz yüz on səkkiz manat səkkiz qəpik) manat borc hissəsi İddiaçı abonent hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar