Məhkəmə qərarları › İş №2(073)-1993/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-1993/2024

14.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-1993/2024 14.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh* və Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cavabdeh2nə qarşı Cavabdeh* adına Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə kənd İnzabati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh* və Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh* adına Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə kənd İnzabati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası 0* noyabr 2024-cü il tarixə saat **:45-ə və *4 noyabr 2024-cü il tarixə saat *6:30-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməmə iclasına gəlmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş *00 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: *49*23607*) İddiaçı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh* və Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cavabdeh2nə qarşı Cavabdeh* adına Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Şiləvəngə kənd İnzabati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş *00 (bir yüz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: *49*23607*) İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar