Məhkəmə qərarları › İş №2(073)-1995/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1995/2024

15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1995/2024 15.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Rüstəmov Cavid Emin oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi sənədin məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi sənədin məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə 599,51 kv/m həyətyanı torpaq sahəsinin X5 mülkiyyətinə verilməsinə dair A 238409 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü“ sənədinin mərhum babası X4 məxsus olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə A 238409 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü“ sənədi əsasında X4 Cəlilabad şəhəri ərazisində 599,51 kv/m həyətyanı torpaq sahəsi verilmişdir. Adı qeyd edilən “Torpaq sahəsinin planı və ölçüsü“ sənəddə mərhum babasının (iddiaçının) adı «Bəybala» əvəzinə səhvən «Sahib» kimi yazılmışdır. X10 xx.xx.1999-cu ildə vəfat etmişdir. Babası vəfat etdikdən sonra o (iddiaçı) mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qanun üzrə vərəsə tanınmağı barədə Cəlilabad rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Cəlilabad rayon məhkəməsinin 01 aprel 2022-ci il tarixli, 2(073)-516/2022 saylı qətnaməsi ilə iddiam təmin edilərək, mərhum X2 və X1 miras qalmış Cəlilabad şəhəri, ünvan 1 ünvanda yerləşən 599,51 kv/m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçı Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka qanun üzrə vərəsə kimi tanınması qət edilmişdir. Həmin qətnamə icraya yönəlmiş və Cəlilabad rayon Notariat Ofisində vərəsəlik işi açılmış və o (iddiaçı) mərhum X3 vərəsəsi hesab edilmişdir. O həmin əmlaka faktiki olaraq sahiblik edir. Qeyd edilən halın mövcud olması, yəni torpaq sənədində adın səhv yazılması mülkiyyətçi kimi onun hüququ hərəkətlərin həyat keçirilməsinə maneə yaradır. Həmin yanlışlığın düzəldilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir, lakin ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan A N238409 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü“ sənədindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001ci il tarixli, 03 saylı qərarı ilə X6 Cəlilabad şəhəri ərazisində 599,51 kv/m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1999-cu ildə ölmüşdür. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)516/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə mərhum X2 və X1 miras qalmış Cəlilabad şəhəri, ünvan 1 ünvanda yerləşən 599,51 kv/m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçı Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka qanun üzrə vərəsə kimi tanınması qət edilmişdir. İşdə olan Cəlilabad Rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 606 saylı məktubdan görünü r ki, Cəlilabad şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan Ərizəçi ərizəsi əsasında mərhum babası X2 qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açılmışdır. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Ərizəçi mərhum X3 vərəsəsidir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi A N 238409 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə düzəliş edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin ona düzəlişin mümkün olmadığı və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə A 238409 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında ərizəçinin mərhum babası X4 Cəlilabad şəhəri ərazisində 599,51 kv/m həyətyanı torpaq sahəsi verilmişdir. Lakin həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində X3 adı «Bəybala» əvəzinə səhvən «Sahib» kimi yazılmışdır. X10 xx.xx.1999-cu ildə vəfat etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)516/2022 saylı qətnaməsi ilə mərhum X2 və X1 miras qalmış Cəlilabad şəhəri, ünvan 1 ünvanda yerləşən 599,51 kv/m həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin iddiaçı Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaka qanun üzrə vərəsə kimi tanınması qət edilmişdir. Hazırda “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki yanlışlıq ərizəçiyə sənədləşmə işlərində problemlər yaradır. Həmin yanlışlığın düzəldilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir, lakin ona məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişlər. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi A 238409 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin mərhum babası X4 məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə miras əmlakın sənədləşməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə. QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2016-cıil tarixli (A 238409 nömrəli) “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin mərhum X4 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar