Məhkəmə qərarları › İş №2(073)-201/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-201/2024

01.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-201/2024 01.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 mart 1988-ci il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirdi ki, qızı X5 28 mart 1988-ci il tarixdə Cəlilabad rayonu Sabirabad kəndində doğulmuş və onun himayəsində yaşayır. Ülkər Məmmədova uşaq vaxtından “Uşaq serebral iflicinin qalıqları, dərin paraparez, dərin psixi qüsurlar, dərin kəmağıllıq” xəstəsidir və bu səbəbdən də müddətsiz İ qrup əlildir. Hazırda X9 35 yaşı var və onun ailədə və cəmiyyətdə özünə yer tapa bilməməsi bir valideyn kimi onu çox narahat edir. arabir xəstəliyi tutur və çox pis vəziyyətə düşür. Ülkər Məmmədova etdiyi hərəkətlərin mənasını başa düşmür və məsuliyyətini anlamır. Nə qədər müalicə etdirsələr də, o sağalmamışdır. X9 sosial və mülkiyyət hüquqlarından istifadə etməsi üçün qəyyum təyin olunması vacibdir. Hesab edir ki, qızı X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Cəlilabad rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Xİİİ-JQ 342319 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 28 mart 1988-ci ildə doğulmuşdur, Ərizəçi, anası X3r. İşdə olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Cəlilabad Rayon Mərkəzi X7 Şəxsi Ailə sağlamlıq mərkəzi tərəfindən verilmiş 26 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Cəlilabad rayonu Sabirabad kənd sakini X2 “Uşaq serebral iflicinin qalıqları, dərin paraparez, dərin psixi qüsurlar, dərin kəmağıllıq” diaqnozu ilə dispanser qeydiyyatındadır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial ekspertizasının elektron informasiya sistemindən 25 sentyabr 2023-cü il tarixli çıxarışdan görünür ki, 28 mart 1988-ci il təvəllüdlü X4 “keçirilmiş USİ-nin davamlı qalıq əlamətləri, ətrafların dərin paraparezi, nitqin və intellektin kəskin geri qalması” diaqnozu ilə xx.xx.2007-ci il tarixdən ümumi xəstəlikdən müddətsiz birinci dərəcəli əlillik verilmiş və onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 487 saylı rəydən görünür ki, hazırda X2 ağır dərəcəli əqli gerilik aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X5 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, atası Ərizəçi, anası X6 olmaqla X5 28 mart 1988-ci il tarixdə doğulmuşdur. X5 “keçirilmiş USİnin davamlı qalıq əlamətləri, ətrafların dərin paraparezi, nitqin və intellektin kəskin geri qalması” diaqnozu ilə birinci dərəcəli əlil olmaqla, əmək qabiliyyətsizdir və kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayana sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qoyumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 28 mart 1988-ci ildə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar