Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2024/2024 30.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı miras əmlakın qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X4 miras qalmış Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən, Aqrar İslahat Komissiyasının qərarı ilə torpağın mülkiyyət hüququna dair kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş xx.xx.2023-cü il tarixli Dövlət Reyestrindən verilmiş Çıxarışla təsdiqlənmiş 0.65 ha torpaq sahəsindən mərhum X7 payına düşən 1/7 hissəyə qanun üzrə onların (iddiaçıların) vərəsə kimi tanınmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəməyə ərizə verərək mərhum əri X7 payına düşən torpaq sahəsinin 1/7 hissəsinin oğlanları İddiaçı2 və İddiaçı3 adlarına verilməsinə etiraz etmədiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Məmmədova X3 rayonu, Göytəpə şəhər sakini X8 ilə faktiki olaraq evlənmişdir. Ailə qurduqdan sonra X2nun Göytəpə şəhərində yerləşən 1 mərtəbəli altı zirzəmili 7 otaqlı bir zallı evinə 13 aprel 1997-ci il tarixində gəlin köçmüşdür. Rəsmi nikahları 11 aprel 2000-ci il tarixdə 21 saylı nikah qeydi ilə Masallı rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.1998-ci il tarixdə Əli, xx.xx.1999-cu il tarixdə Vüsal və xx.xx.2000-ci il tarixdə Cahangir adlı uşaqları doğulmuşdur. Bir müddət mehriban yaşamışlar. Oğlu Əli xx.xx.1999-cu il tarixdə qəflətən dünyasını dəyişmişdir. Bir müddət sonra, yəni 19 iyul 2002-ci il tarixdə həyat yoldaşı xərçəng xəstəliyindən rəhmətə getmişdir. X2 xx.xx.2018-ci ildə vəfat etmişdir. Aqrar İslahat Komissiyasının qərarı ilə qaynatasına, qaynanasına, ərinə, ona (İddiaçı1) və digər 3 şəxsə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə paylı mülkiyyət hüququ üzrə 0.65 ha torpaq sahəsi verilmişdir. Həmin əmlaka dair Dövlət Reyestrindən Çıxarış vardır. X8 öldükdən sonra onun birinci dərəcəli varisləri kimi qaynanası, İddiaçı1 və uşaqları qalmışlar. X8 öldükdən sonra ondan miras qalmış əmlakı faktiki olaraq İddiaçı1 qəbul etmiş və həmin əmlakı istifadə etmişdir. Onlar bir yerdə yaşadıqları zaman həyat yoldaşı evin sonbeşiyi olduğu üçün evin bütün əşyalarını və özünü qaynatası ərinə və onun uşaqlarına vəsiyyət etmişdi. X8 öldükdən sonra qaynanası onunla normal rəftar edirdi və o və iki uşaqları X8 öldükdən sonra da evlərinin bütün işlərini idarə etmişlər. Lakin sonradan 35 il Rusiya Federasiyasında qeydiyyatda olan və yaşayan qaynı Nümayəndə gəlib evə nifaq salıb aləmi qarışdırmış və onları, yəni iddiaçıları qovaraq evdən çıxarmışdır. Onlar məcbur qalıb Masallı rayonunda yaşayan atasının evinə müvəqqəti yerləşmişlər. Lakin mütəmadi olaraq uşaqları ilə birlikdə öz evlərinə gedib gəlmişlər. Onları qovduqları günə kimi qaynatası və qaynanası ilə eyni təsərrüfatda yaşamışlar və təsərrüfatı birgə idarə elmişlər. Həmçinin torpaq sahəsinin aynlmasına dair Dövlət Aktında, eləcə də həmin akt əsasında verilmiş Dövlət reyestrindən Çıxarışda da onun (İddiaçı1) adı vardır və o da mülkiyyətçidir. Bununla bağlı Notariat Kontoruna müraciət etsələr də cavabdeh notariat kontoruna gəlmədiyinə görə notariat kontoru tərəfindən imtina edilmişdir. Onun 2 övladı - İddiaçı2 və İddiaçı3 ikinci Vətən Müharibəsinin iştirakçısıdırlar, Qubadlı rayon, Füzuli rayon və Şuşa şəhərinin düşməndən azad olunması uğrunda göstərdikləri cəsarətə görə cənab Ali Baş Komandan tərəfindən cəsur döyüşçü və digər müxtəlif medallarla təltif olumuşlar. Hal-hazırda xidmətlərini başa vurub onun himayəsində yaşayırlar. Odur ki, göstərilənləri nəzərə alıb mərhum ərindən qalmış miras əmlaka oğlanlarının varis kimi tanınması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və 3-cü şəxs Cəlilabad rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə əvvəlki, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə verərək iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mərhum X4 miras qalmış Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən, xx.xx.2021-ci il tarixli, ********** saylı çıxarışla verilmiş 0.65 ha torpaq sahəsindən mərhum X7 payına düşən 1/7 hissəyə qanun üzrə vərəsə kimi tanınmalarına və iddiaçıların həmin əmlaka dair mirası qəbul etmələrinə etiraz etmədiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Masallı rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 ilə İddiaçı1 11 aprel 2000-ci il tarixdə rəsmi nikah bağlamışlar, bu barədə nikah akt qeydləri kitabında 21 saylı qeyd aprılmışdır. İşdə olan Masallı rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 xx.xx.1999-cu ildə doğulmuşdur, anası İddiaçı1dır, atalığı müəyyən edilmədiyindən ata qrafası boşdur. İşdə olan Masallı rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı3 xx.xx.2000-ci ildə doğulmuşdur, atası X8, anası İddiaçı1dır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X12 xx.xx.2018-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciətindən miras əmlak barəsində mübahisə olması səbəbindən imtina edilmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Göytəpə şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.2002-ci ildə vəfat etmişdir və vəfat etdiyi günə qədər ünvan 1 ünvanında yaşamışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (**********45 reyestr nömrəli) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cəlilabad rayonu Göytəpə şəhərində yerləşən 0.6499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, X9, Cavabdeh, X5, X6, X1, X7 ümumi birgə mülkiyyətinə verilmişdir və X8 da daxil olmaqla hər bir mülkiyyətçinin həmin əmlakda 1/7 hissəyə mülkiyyət hüququ müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı1 mərhum X7 arvadı, digər iddiaçılar İddiaçı2 və İddiaçı3 isə X7 övladlarıdır, Cavabdeh isə X7 anasıdır və onların hər biri miras qoyan X7 birinci dərəcəli varisləridir. İddiaçı1 mərhum ərindən qalmış miras əmlaka oğlanları, yəni digər iddiaçıların qanun üzrə vərəsə kimi tanınması niyyətindədir. Bu barədə notariat kontoruna müraciət etsə də, digər qanun üzrə vərəsə olan Cavabdeh notariat kontoruna gəlməkdən imtina etmişdir, buna görə müvafiq şəhadətnamələrin verilməsindən notarius imtina etmişdir. Hazırda isə cavabdeh iddianı etiraf edir, həmin miras əmlaka iddiaçıların qanun üzrə vərəsə tanınmalarına etiraz etmir. Məhkəmə hesab edir ki, iş üzrə vərəsəlik X7 ölümü ilə 2002-ci ildə açıldığından mübahisəli münasibətlərə də 01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. İşdə olan sənədlərdən (çıxarışdan) müəyyən edilir ki, Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən 0.6499 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, X9, Cavabdeh, X5, X6, X1, X7 ümumi birgə mülkiyyətində olmaqla, həmin torpaq sahəsində mərhum Rizvan Məmmədovun payı 1/7 hissədə müəyyən edilmişdir. Belə olan halda məhkəmə, qanun üzrə vərəsələrin onlara miras qalmış əmlakdan digər qanun üzrə vərəsələr olan iddiaçılar İddiaçı2 və İddiaçı3 xeyrinə imtina etməsini nəzərə alaraq hesab edir ki, mərhum X4 qalmış miras əmlaka iddiaçılar İddiaçı2 və İddiaçı3 bərabər pay hüquqlu qanun üzrə vərəsə kimi tanınmalıdırlar, çünki imtina etmiş qanun üzrə vərəsələr bir neçə şəxsin, yəni iki şəxsin xeyrinə onların hər birinin payını göstərmədən imtina etmişdirlər. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılır. Həmin Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Həmin Məcəllənin 1264-cü maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı3 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********45 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X7 payına düşən 1/7 hissəyə bərabər pay hüquqlu qanun üzrə vərəsə tanınsınlar və həmin torpaq sahəsində iddiaçıların qanun üzrə vərəsə olaraq payları ümumi torpaq sahəsinin 1//7 hissəsində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2024/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2024/2024
30.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver