Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2076/2025 01.10.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Məhkəmə iclas katibi Həşimzadə Şahanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 noyabr 1958-ci il tarixdə anadan olmuş bacısı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1970-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur. X2, anası isə X7r. Ondan böyük bacısı X8 20 noyabr 1958-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur. X17 xroniki diffuz bronxit astmoid komponentlərlə, tez-tez kəskinləşmələrlə nəticəsində ikinci qrup əlil olaraq pensiya alır. X17 həmçinin Alzeymer xəstəliyindən əziyyət çəkir. O, xx.xx.2025-ci il tarixdə Salyan Rayonlararası Psixiatriya X10 Komissiyası tərəfindən müayinə olunmuş və F00.1 – gecikmiş başlanğıclı demensiya diaqnozu qoyulmuşdur. Bu isə o deməkdir ki, anlaqsız olduğuna görə kənar şəxslərin yardımına ehtiyacı vardır. O, bacısı Məlahətin onun himayəsinə verilməsi ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin orada ona izah edilmişdir ki, Məlahət Həsənova yalnız məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildikdən sonra onun himayəyə verilməsi mümkündür. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X1 şəhərində doğulmuş, ata qrafasında X9, ana qrafasında X11 qeyd edilmişdir; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi çıxarışından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X4 ikinci dərəcəli əlillik mövcuddur; - Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Ərizəçi ünvanlanmış 5-41/1-H-48-099/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs hesab edilməsi ilə bağlı məhkəmə qətnaməsi və digər müvafiq sənədlərlə birlikdə rayon icra hakimiyyətinə təqdim edildikdən sonra məsələyə müvafiq qaydada baxılır; - “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 428 nömrəli arayışdan görünür ki, 1958-ci il təvəllüdlü X8 F00.1 – gecikmiş başlanğıclı demensiya diaqnozu ilə ruhi-əsəb xəstəsi kimi poliklinikada dispanser qeydiyyatındadır; - Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli 620 saylı arayışından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X5 F00.1-gecikmiş başlanğıclı demensiya diaqnozu qoyulmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X14 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 2507 saylı rəyindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X4 hal-hazırda onda müəyyən edilən Altsheymer xəstəliyi nəticəsində demensiya (sonradan yaranan ağıl zəifliyi) ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2, 317.3, 318.2 və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1958-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №2(073)-2076/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2076/2025
01.10.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver