Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2110/2025 04.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında olan 04 iyun 2025-ci il tarixli, MŞM/MT036/2025-00436 saylı barışıq sazişinin təsdiq edilməsi, övladları 27 dekabr 2013-cü il təvəllüdlü X4 və 25 may 2015-ci il təvəllüdlü X5 onun yanında saxlanılmaqla yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutulaqraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini əsaslandıraraq ərizəsində göstərmişdir ki, xx xxx 1983-cü il tarixdə Cəlilabad rayonu, Günəşli kəndində doğulmuşdur. Maraqlı şəxs ilə el adətilə ailə qurub, nikahlarını 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 27 dekabr 2013-cü il tarixdə qızı X4 və 25 may 2015-ci il tarixdə oğlu X5 anadan olmuşdur. Maraqlı şəxs ilə aralarında 04 iyun 2025-ci il tarixli, MŞM/MT036-2025-00436 saylı barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən Maraqlı şəxs 27 dekabr 2013-cü il təvəllüdlü Tofiqənin və 25 may 2015-ci il təvəllüdlü Muradın onun yanında saxlanılmaqla uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 2025-ci ilin iyun ayının 10-dan 100 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliyi icra etməmişdir. Ona görə də barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq, Maraqlı şəxs ilə 04 iyun 2025-ci il tarixdə mediasiya prosesində bağlanmış MŞM/MT036/2025-00436 saylı barışıq sazişinin təsdiq edilməsi, övladları 27 dekabr 2013-cü il təvəllüdlü X2 və 25 may 2015-ci il təvəllüdlü X3 onun yanında saxlanılmaqla yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində alimentin, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİİ 497070 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 27 dekabr 2013-cü il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan AZ-İİİ 639783 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 may 2015-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdə olan Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 04 iyun 2025-ci il tarixli, MŞM/MT036/2025-00436 saylı barışıq sazişindən görünür ki, tam mediasiya sesiyası zamanı Ərizəçi ilə Maraqlı şəxs alimentin müəyyən olunması barədə mübahisəni həll edərək qeyd olunan şərtlər daxilində razılığa gəlmişlər. Belə ki, 1. Tərəflərin birgə uşaqları 27 dekabr 2013-cü il təvəllüdlü X4 və 25 may 2015-ci il təvəllüdlü X5 anaları Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir. 2. 27 dekabr 2013-cü il təvəllüdlü X2 və 25 may 2015-ci il təvəllüdlü X1 üçün 100 manat sabit pul məbləğində aliment, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilir. 3. 27 dekabr 2013-cü il təvəllüdlü X2 və 25 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs 2025-ci ilin iyun ayının və gələn hər növbəti ayın isə 01-dən 10-dək 200 manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsi və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs 04 iyun 2025-ci il tarixli mediasiya prosesində MŞM/MT036/2025-00436 saylı barışıq sazişi imzalamışlar. Tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən tərəflərin birgə uşaqları 27 dekabr 2013-cü il təvəllüdlü X4 və 25 may 2015-ci il təvəllüdlü X5 anaları Ərizəçi yanında qalmaqla onun himayəsinə verilmiş, 27 dekabr 2013-cü il təvəllüdlü X2 və 25 may 2015-ci il təvəllüdlü X1 üçün 100 manat sabit pul məbləğində aliment, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində müəyyən edilmiş və 27 dekabr 2013-cü il təvəllüdlü X2 və 25 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs 2025-ci ilin iyun ayının və gələn hər növbəti ayın isə 01-dən 10-dək 200 manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsi və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin öhdəliklər maraqlı şəxs tərəfindən icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Eyni Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, barışıq sazişi 04 iyun 2025-ci il tarixdə bağlanmasına baxmayaraq sazişin ikinci tərəfi barışıq sazişinin icrasını tam olaraq icra etməmiş, bu səbəbdən sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin qeyd olunan məzmunda təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 04 iyun 2025-ci il tarixli, MŞM/MT036/2025-00436 saylı barışıq sazişi aşağıda qeyd olunan məzmunda məhkəmə tərəfindən təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 360, 307-311, 355-23 və 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 04 iyun 2025-ci il tarixli, MŞM/MT036/2025-00436 saylı barışıq sazişi aşağıda qeyd olunan məzmunda məhkəmə tərəfindən təsdiq edilsin.
1. 27 dekabr 2013-cü il təvəllüdlü X4 və 25 may 2015-ci il təvəllüdlü X5 anaları 1-ci tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir.
2. 27 dekabr 2013-cü il təvəllüdlü X2 və 25 may 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,25 misli həddində 2-ci tərəf Maraqlı şəxs tərəfindən aliment ödənilməsi müəyyən edilir.
3. 27 dekabr 2013-cü il təvəllüdlü X2 və 25 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs 2025-ci ilin iyun ayının və gələn hər növbəti ayın isə 01-dən 10-dək 200 manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsi və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elxan Əmirəliyev