Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2132/2025 02.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Məhkəmə iclas katibi Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 11 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/11/2023-02122 saylı barışıq sazişinin təsdiq edilməsi, birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat, yəni ölkə üzrə minimum əmək haqqının 0.75 misli alimentin 2025-ci ilin dekabr ayının biri tarixindən on beşi tarixinədək və gələn hər növbəti ayın biri tarixindən on beşi tarixinədək alimentin Maraqlı şəxs alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə el adəti ilə ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişdir. Tərəflərin 13 oktyabr 2020-ci il tarixdə X2 övladları doğulmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmış, ayırıldıqdan sonra Maraqlı şəxs uşağa baxmadığından və uşağın xərclərini qarşılamadığından alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə mediasiya baş tutmuş, mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra proses zamanı MŞB/11/2023-02122 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat, yəni ölkə üzrə minimum əmək haqqının 0.75 misli alimentin 2025-ci ilin dekabr ayının biri tarixindən on beşi tarixinədək və gələn hər növbəti ayın biri tarixindən on beşi tarixinədək alimentin Ərizəçi nağd, poçt və ya bank kartı vasitəsi ilə ödəməyi öhdəsinə götürmüşdür. Lakin həmin müddət keçməsinə baxmayaraq bu günədək Maraqlı şəxs sazişi icra etməkdən yayınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3 və 355-25.4-cü maddələrinə uyğun olaraq məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Məhkəməyə təqdim edilmiş, “birinci tərəf” Maraqlı şəxs ilə “ikinci tərəf” Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-02122 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan Siyəzən Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə, nigahın bağlanması haqqında akt qeydlə kitabında 48 nömrə ilə qeydə alınmış nikahın pozulmasına ve bunun məhkəmə qaydasında həllinə razılaşdılar.
2. Birinci tərəf övladları xx.xx.2020-ci il doğum tarixli X1 ikinci tərəfin himayəsində qalmasına etiraz etmir.
3. Birinci tərəf ikinci tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2020-ci il doğum tarixli X2 yetkinik yaşına çatanadək, hər ayın 10-na qədər 300 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.
4. İkinci tərəf birinci tərəfə övladları xx.xx.2020-ci il doğum tarixli X2 ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaq. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə hesab edir ki, təsdiq edilməsi xahiş olunan xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-02122 nömrəli barışıq sazişi qanuna zidd tərtib olunmadığından və digər şəxslərin hüquqlarına toxunmadığından barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment məbləği ərizəçinin məhkəməyə müraciət etdiyi vaxtdan deyil, xx.xx.2023-cü il tarixdən tutulmalıdır. Belə ki, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən aliment məbləği 2023-cü ilin dekabr ayının 12dən başlayaraq hər ay olmaqla ödənilməlidir. Mülki Prossesual Məcəllənin 100.2 və 234.2.1-ci maddələrinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 09 dekabr 2023-cü il tarixli, MŞB/11/2023-02122 nömrəli barışıq sazişi təsdiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi (ikinci tərəf) ilə Maraqlı şəxs (birinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/11/2023-02122 nömrəli aşağıda qeyd edilən məzmunlu barışıq sazişi təsdiq edilsin.
1. Birinci tərəf övladları xx.xx.2020-ci il doğum tarixli X1 ikinci tərəfin himayəsində qalmasına etiraz etmir.
2. Birinci tərəf ikinci tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2020-ci il doğum tarixli X2 yetkinik yaşına çatanadək, hər ayın 10-na qədər 300 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.
3. İkinci tərəf birinci tərəfə övladları xx.xx.2020-ci il doğum tarixli X2 ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaq. Qətnamə dərhal icraya yönəldilsin və aliment məbləği xx.xx.2023-cü il tarixdən tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ləman Mehrəliyeva