Məhkəmə qərarları › İş №2(073)-2188/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2188/2025

11.07.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2188/2025 11.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında xx.xx.2025-ci il tarixdə bağlanmış, MŞM/MT 036/2025-00446 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə Cəlilabad rayonu Məlikqasımlı kəndində doğulmuşdur. Maraqlı şəxs Sarıbık oğlu ilə el adəti ilə ailə qurub, nikahlarını 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 4 uşaqları doğulmuşdur.Cəlilabad rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(073)-1276/2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaqların onun yanında qalması qət edilmişdir. Maraqlı şəxs ilə aralarında xx.xx.2025-ci il tarixli, MŞM/MT 036/2025-00446 saylı barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 60 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs Sarıbık oğlu barışıq sazişi üzrə öhdəliyini icra etməmişdir. Ona görə də ərizəçi barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, 04 iyun 2025-ci il tarixdə bağlanmış, MŞM/MT 036/2025-00446 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 04 iyun 2025-ci il tarixdə bağlanmış, MŞM/MT 036/2025-00446 saylı Barışıq sazişindən görünür ki: - Tərəflərin birgə uşaqları xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 60 (altmış) manat sabit pul məbləğində aliment müəyyən edilir. - xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs 2025-ci ilin iyun ayının 10-dək və gələn hər növbəti ayın 1dən 10-dək 240 (iki yüz qırx) manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartı hesabına ödəməyi ödəsinə götürür. İş materiallarında olan AZ-İİ № 819407 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 31 yanvar 2012-ci ildə Cəlilabad rayonu Qarakazımlı kəndində doğulmuşdur. X2, anası X4r. İş materiallarında olan AZ-İİİ № 057160 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 31 yanvar 2013-cü ildə Cəlilabad rayonu Əliqasımlı kəndində doğulmuşdur. Atası Maraqlı şəxs, anası X4r. İş materiallarında olan AZ-İİİ № 513089 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 22 dekabr 2014-cü ildə Cəlilabad rayonu Qarakazımlı kəndində doğulmuşdur. Atası Maraqlı şəxs, anası X4r. İş materiallarında olan AZ-İİİ № 929046 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 26 fevral 2017-ci ildə Cəlilabad rayonu Əliqasımlı kəndində doğulmuşdur. Atası Maraqlı şəxs, anası X4r. ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 355-23.1-ci maddəsinə görə, ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlama borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini alimentin ödənilməsi hissəsində sazişin imzalandığı xx.xx.2025-ci il tarixdən 10 gün müddətində könüllü şəkildə lazımınca icra etməmişdir. Bununla yanaşı, barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina üçün əsaslar qanunvericiliklə nəzərdə tutulmuşdur. İmtina üçün qeyd edilən əsaslardan hər hansı biri iş materialları ilə müəyyən olunmur, habelə maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəliyin icrasından azad olunmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs iştirakı ilə bağlanılmış 04 iyun 2025-ci il tarixli, MŞM/MT 036/2025-00446 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Tərəflərin birgə uşaqları xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşağa görə 60 (altmış) manat sabit pul məbləğində aliment müəyyən edilir. - xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf Maraqlı şəxs 2025-ci ilin iyun ayının 10-dək və gələn hər növbəti ayın 1-dən 10-dək 240 (iki yüz qırx) manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi nağd, poçt vasitəsilə və ya onun bank kartı hesabına ödəməyi ödəsinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində(“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar