Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-22/2023 04.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddi üzrə cavabdeh) Cavabdeh iştirakı ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin 1-ci planında olan 1,1677 ha hissəsində yaradılan maneələrin aradan qaldırılması, məhkəməyə köçürdüyü 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi və 22 il ərzində dəymiş ziyanın hər il üçün 900 manat icarə haqqı hesablanmaqla cəmi 19800 manat təzminatın cavabdeh tərəfindən ona ödənilməsi tələbinə dair, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 2700 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin 1-ci planında olan 1,1677 ha hissəsində yaradılan maneələrin aradan qaldırılması, məhkəməyə köçürdüyü 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi və 22 il ərzində dəymiş ziyanın hər il üçün 900 manat icarə haqqı hesablanmaqla cəmi 19800 manat təzminatın cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 2700 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə etiraf etməyərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayonu Maşlıq kənd sakini Cavabdeh xx.xx.1999-cu il tarixdən ona və ailə üzvlərinə məxsus olan JN-605 nömrəli Dövlət Aktı ilə kənd təsərrüfatlı təyinatlı məqsədi ilə verilmiş pay torpaq sahəsinin 1,1677 ha hissəsi qeyri-qanuni olaraq zəbt etmişdir. O, bu barədə Cəlilabad rayon Göytəpə polis bölməsinə ərizə ilə müraciət etmiş, lakin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi izah olunmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ilk iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddiaçı Cavabdeh ilk iddianı etiraf etməyərək və qarşlıqlı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, İddiaçı ona qarşı torpaq sahəsindən çıxarılma və dəymiş ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, Aqrar İslahat zamanı ona və ailə üzvlərinə Maşlıq kəndində 2,07 hektar torpaq sahəsi verilmiş və bu barədə JN-605 saylı Dövlət aktı tərtib edilmişdir. Guya o, Mahirə və onun ailə üzvlərinə məxsus həmin torpaq sahəsinin 1,677 hektar hissəsini 1999-cu ildən zəbt edərək qanunsuz istifadə edir. Bildirir ki, mübahisəli torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı və onun ailə üzvlərinə məxsus olsa da, həmin torpaq sahəsinin 1,677 hektarını 1999-cu ildə İddiaçı aralarında olan şifahi alqısatqı müqaviləsinə əsasən 2700 ABŞ dolları ödəməklə almış və aralarında bağlanmış alqı-satqı müqaviləsi İddiaçı və onun ailə üzvlərinin əlyazma qəbzi ilə təsdiq edilmişdir. Həmin 1,677 hektar torpaq sahəsi İddiaçı qaytarılacağı təqdirdə, ödədiyi 2700 ABŞ dollarını İddiaçı tələb edir. Əlavə olaraq bildirir ki, İddiaçı ərizəsində qeyd etmişdir ki, guya o, qanunsuz olaraq onun torpaq sahəsinin 1,677 hektar hissəsini 1999-cu ildən zəbt edərək istifadə edir. Belə olan halda İddiaçı ümumi iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Bununla da İddiaçı iddiasını ümumi iddia müddətini ötürdüyü üçün rədd edilməsini xahiş edir. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın isə əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, ilk iddiaçının və qarşılıqlı iddiaçının izahatlarını dinləyib, ilk və qarşılıqlı iddianı, digər iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Torpağa mülkiyyət hüququna dair JN-605 KOD 80617046 saylı Dövlət aktından görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə Cəlilabad rayonu Maşlıq kəndində X2 və onun ailə üzvləri X6, X7, İddiaçı, X4, X8, X3 və X9 birgə mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,07 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli, **********42 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 1,1677 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvləri X7, X3, X4, X2, X6, X8 və X9 xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli, AA № 627286 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədindən görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 1,1677 hektar torpaq sahəsi İddiaçı adına tərtib edilmişdir. İşdə olan 10 noyabr 1999-cu il tarixli qəbzdən görünür ki, X5 mülkiyyət hüququna malik olduğu 605a nömrəli 11677,28 kv.m torpaq sahəsini Maşlıq kənd sakini Cavabdeh qarşılıqlı razılıq əsasında, yəni qəbzdə göstərilən torpaq sahəsinə tam mülkiyyət hüququ olmasına razılıq verən həyat yoldaşı X12 və övladları ilə bu işi müzakirə edib razılaşmış X5, X12, X13, İddiaçı, X11 və X10 imzaları ilə təsdiq edilərək, imzalandığı gündən qüvvəyə minməklə Cavabdeh mülkiyyətinə vermişlər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/1402 saylı ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21- 3-44/2023 saylı mütəxəssis rəyinə əsasən, Cəlilabad rayonu Maşlıq kəndi ərazisində ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tələb etdiyi torpaq sahəsinin onun və onun digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 605A nömrəli 1,17 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi olduğu və həmin 605A nömrəli 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdehun faktiki istifadəsində olmuş torpaq sahəsinin hüdudları daxilində (üst-üstə düşmə) yerləşdiyi müəyyən edilmişdir. Mübahisələndirilən 1,17 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh aralarında olan razılaşmaya əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 1,1677 hektar torpaq sahəsindən 10 noyabr 1999-cu il tarixdən istifadə edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına görə ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı ona və ailə üzvlərinə verilmiş pay torpaq sahəsinin 1,1677 ha hissəsində yaradılan maneələrin aradan qaldırılması tələbində haqlıdır, lakin iddianın 22 il ərzində dəymiş ziyanın hər il üçün 900 manat icarə haqqı hesablanmaqla cəmi 19800 manat təzminatın cavabdeh tərəfindən ona ödənilməsi tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə, ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 2700 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona verilməsi tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının bu tələbi aşağıdakı səbəblərdən haqlı sayıla bilməz. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli, **********42 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 1,1677 hektar torpaq sahəsi İddiaçı və onun ailə üzvləri X7, X3, X4, X2, X6, X8 və X9 xüsusi mülkiyyəti kimi Dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materiallarından da göründüyü kimi qarşılıqlı iddiaçı Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada qarşılıqlı iddia üzrə cavabdeh İddiaçıla alqı-satqı müqaviləsi bağlamamışdır, həmçinin həmin mübahisəli torpaq sahəsinə görə 2700 ABŞ dolları verməsi də iş materiallarında olan qəbzlə və ya hər hansı sübutla təsdiq olunmur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 2700 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona verilməsi tələbi təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib 5 olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh tərəfindən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan pay torpaq sahəsinin 1,1677 ha hissəsində yaradılan maneələr aradan qaldırılmalı və ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 2700 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 96,70 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. İlk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan pay torpaq sahəsinin 1,1677 ha hissəsində yaradılan maneələr aradan qaldırılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 96,70 (doxsan altı manat yetmiş qəpik) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İlk iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı 2700 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq ona verilməsi tələbi əsassız olduğundan təmin edilməsin. Qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-22/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-22/2023
04.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver