Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2202/2023 07.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı prosessual hüquq varisi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən tərtib olunmuş 31 iyul 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən onun abonent hesabına hesablanmış 777,60 manat borc məbləğinin silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş 31 iyul 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən onun abonent hesabına hesablanmış 777,60 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(073)-2202/2023 saylı qərardadı ilə, X3 iş üzrə mərhum İddiaçı prosessual hüquq varisi kimi əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Məhkəmə iclasında İddiaçı prosessual hüquq varisi X3 iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, iddiaçı Cəlilabad şəhərində yaşayır. İddiaçının yaşadığı evə qaz sayğacı quraşdırılmış və sayğacın göstəricisinə uyğun aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. 16 mart 2023-cü il tarixdə X7 İstismar İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları iddiaçıya məxsus olan fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının növbədən kənar dövlət yoxlamasına görə dəyişdirərək başqa sayğac quraşdırmışlar. Sayğac dəyişdirildikdən bir müddət sonra bilmişdir ki, ona cərimə hesablanmışdır. Halbu ki, qeyd edilən sayğac dəyişdirilərkən heç bir müdaxilə aşkar olunmamışdır. Sayğacı açıb apardıqdan sonra özləri istədikləri formada aktlaşdıraraq cərimə tətbiq etmişlər. İddiaçı X7 İstismar İdarəsinin Cəlilabad xidmət sahəsinə gedərək aktla bağlı maraqlanmış və iddiaçıya məlum olmuşdur ki, köhnə sayğacları açıb götürdükdən sonra bir çox abonentlərə qanunsuz olaraq müdaxilə yazmaqla cərimə tətbiq etmişlər. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib olunmuş 31 iyul 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında iddiaçıya əsassız hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 16 mart 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış “Zenner” tipli, G-4 markalı, **********0 nömrəli qaz sayğacı növbədən kənar dövlət yoxlanışına görə çıxarılmış, “Zenner” tipli, G-4 markalı, **********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. İşdə olan Cavabdeh X7 İstismar İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 31 iyul 2023-cü il tarixli, ******* saylı nömrəli aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış **********0 nömrəli tipi “Zenner” G-4 markalı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulmuş zavod plastmas plomlarının və yuvasının ətrafında əzik-cızıq izləri müəyyən olunmuşdur. İşdə olan Cavabdeh X7 İstismar İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına aktlar üzrə 2023-cü ilin iyul ayına 777,60 manat borc yazılmışdır. İşdə olan İİ-JQ № 317143 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 nikahlarını 04 sentyabr 1979-cu il tarixdə Cəlilabad rayon (VVAQ) Qeydiyyat şöbəsində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 132 saylı qeydiyyat aparılmaqla, arvada Əhədova soyadı verilmişdir. İşdə olan AZ-İİ № 371879 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı 03 oktyabr 2023-cü il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarkt səbəbindən Cəlilabad şəhərində ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus evə qaz sayğacı quraşdırılmış və o, bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. 16 mart 2023-cü il tarixdə Cəlilabad xidmət sahəsinin əməkdaşları iddiaçının yaşadığı evin qaz xəttinin üzərinə quraşdırılmış sayğaca texniki baxış keçirmiş və sayğacı çıxararaq aparmışlar. Sayğacın çıxarılma səbəbi kimi növbəti dövlət yoxlanışına göndərilməsi göstərilmişdir. Sonradan yəni, 31 iyul 2023-cü il tarixdə cavabdeh təşkilat tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib olunaraq qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməsi göstərilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, “Zenner” tipli, G-4 markalı, **********0 nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut edilmir və cavabdeh təşkilat tərəfindən əsassız olaraq sərfiyyat hesablanmışdır. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 31 iyul 2023-cü il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 777,60 manat borc hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 31 iyul 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli, 180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, X7 İstismar İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 31 iyul 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında onun abonent hesabına hesablanmış 777,60 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. X7 İstismar İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 31 iyul 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında onun abonent hesabına hesablanmış 777,60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2202/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2202/2023
07.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver