Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2207/2025 04.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 **********66 reyestr nömrəli çıxarışın digər mülkiyyətçilərlə yanaşı X13, Ərizəçi2, Ərizəçi3 və mərhum X14, mərhum X15 və mərhum X4 məxsus olması faktının müəyyən olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair AN №813432 saylı torpaq sahəsinin plan və ölçüsü barədə sənədinin və reysterdən **********66 saylı çıxarışın bizə, yəni X13, Ərizəçi2, Ərizəçi3 və mərhum X14, mərhum X15 və mərhum X16ma məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, **********66 reyestr nömrəli çıxarışın digər mülkiyyətçilərlə yanaşı X13, Ərizəçi2, Ərizəçi3 və mərhum X14, mərhum X15 və mərhum X4 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini və məhkəmə iclaslarını onlarının iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tələblərini əsaslandıraraq ərizədə göstərmişlər ki, onların və digər ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyətə verilməsiylə bağlı müvafiq qərarı əsasında Cəlilabad rayon Musalı kəndi ərazisində 1.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onlara Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Maraqlı şəxs 20 sentyabr 2022-ci il tarixli A№813432 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi və **********66 reyestr nömrəli çıxarış da verilmişdir. Lakin həmin çıxarışda adı faktiki olaraq Vüqar olmasına baxmayaraq Elvin, qardaşı Ruslanın adı Elçin, qardaşı Cavidin adı Əminə, mərhum qardaşı Zaminin adı Arif, mərhum qardaşı Yusifin adı Elnur, mərhum bacısı Züleyxanın adı Cəmilə yazılmışdır. Qeyd olunan adların dövlət aktında yanlış yazılması səbəbindən ailələri üçün əhəmiyyətli olan hüquqlarından istifadə edə bilmədikləri üçün, bu yanlışlıqların düzəlməsini istəyirlər. Bu baxımdan yanlışlığın aradan qaldırılması üçün DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə müraciət etmişlər, lakin belə bir düzəlişin məhkəmə qaydasında aparıla biləcəyi izah olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Sonda ərizəçilər qeyd edilənlərin nəzərə alınmaqla, **********66 reyestr nömrəli çıxarışın digər mülkiyyətçilərlə yanaşı X13, Ərizəçi2, Ərizəçi3 və mərhum X14, mərhum X15 və mərhum X4 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Maraqlı şəxslər X7, X21 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxslər X5, X17 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Maraqlı şəxs tərəfindən verilmiş **********66 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayon Musalı kəndi ərazisində X5, X17, X18, X8, X9, X10, X6 və X11 mülkiyyətlərinə 1.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx xxxxxx 1993-cü ildə Cəlilabad rayonu Musalı kəndində doğulmuş, hazırda da Cəlilabad rayonu Musalı kəndində qeydiyyatdadır. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx xxxxxx 1988-ci ildə Cəlilabad rayonu Musalı kəndində doğulmuş, hazırda da Cəlilabad rayonu Musalı kəndində qeydiyyatdadır. İşdə olan AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxx 1991-ci ildə doğulmuşdur. İşdə olan Xİİ-JQ saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 01 may 1987-ci il tarixdə doğulmuşdur. X2, anası isə X20r. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 fevral 2007-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X23 14 noyabr 1994-cü il tarixdə doğulmuşdur. X2, anası isə X20r. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 fevral 2007-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X12 14 noyabr 1994-cü il tarixdə doğulmuşdur. X2, anası isə X20r. İşdə olan AZ-İ 244406 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 15 mart 1997-ci il tarixdə Cəlilabad rayonunda ölmüşdür. İşdə olan AZ-İ 244407 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 19 mart 1997-ci il tarixdə Cəlilabad rayonunda ölmüşdür. İşdə olan AZ-İ 244406 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 04 iyul 2003-cü il tarixdə Cəlilabad rayonunda ölmüşdür. İşdə olan Cəlilabad rayon İHB-nın Musalı kənd İƏDÜN tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli arayışdan görünür ki, X1 rayonu Musalı kəndində yaşayır və ailə üzvləri həyat yoldaşı X24, övladları Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3dur. Digər övladları X23, X12 və X22 isə vəfat etmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçilərin və onların digər ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayon Musalı kəndi ərazisində 1.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair onlara Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Maraqlı şəxs 20 sentyabr 2022-ci il tarixli A№813432 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi və **********66 reyestr nömrəli çıxarış da verilmişdir. Lakin həmin çıxarışda adı faktiki olaraq Vüqar olmasına baxmayaraq Elvin, qardaşı Ruslanın adı Elçin, qardaşı Cavidin adı Əminə, mərhum qardaşı Zaminin adı Arif, mərhum qardaşı Yusifin adı Elnur, mərhum bacısı Züleyxanın adı Cəmilə yazılmışdır. Qeyd olunan adların dövlət aktında yanlış yazılması səbəbindən ailələri üçün əhəmiyyətli olan hüquqlarından istifadə edə bilmədikləri üçün, bu yanlışlıqların düzəlməsini istəyirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçinin tələbi **********66 reyestr nömrəli çıxarışın digər mülkiyyətçilərlə yanaşı, onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Maraqlı şəxs tərəfindən verilmiş **********66 reyestr nömrəli çıxarışın digər mülkiyyətçilərlə yanaşı, ərizəçilər X13, Ərizəçi2, Ərizəçi3 və mərhum X14, mərhum X15 və mərhum X4 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Maraqlı şəxs tərəfindən verilmiş **********66 reyestr nömrəli çıxarışın digər mülkiyyətçilərlə yanaşı, ərizəçilər X13, Ərizəçi2, Ərizəçi3 və mərhum X14, mərhum X15 və mərhum X4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2207/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2207/2025
04.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver