Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2252/2025 08.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi ilə, İddiaçı X1 cavabdeh "xxxx" MMC-nə qarşı texnikanın cavabdehə geri qaytarılması, ödənilmiş 9800 manat pulun və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı texnikanın cavabdehə geri qaytarılması, ödənilmiş 9800 manat pulun və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, məhkəmə aidiyyəti pozulduğundan iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, tərəflər hər ikisi vergi ödəyicisidirlər, aralarındakı mübahisə isə kommersiya fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisədir. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində ********** VÖEN ilə, cavabdeh "xxxx" MMC isə ********** VÖEN ilə uçotdadırlar. Lizinq obyekti isə iddiaçının kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün cavabdehdən əldə edilmişdir. Göründüyü kimi, iddiaçı Cəlilabad Rayon Rəhkəməsinə müraciət etməklə məhkəmə aidiyyətini pozmuşdur. Hazırkı iddia üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olduqları üçün iddiaçı cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer üzrə kommersiya məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin məcəllənin 26.2 ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini geri qaytarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh "xxxx" MMC-nə qarşı texnikanın cavabdehə geri qaytarılması, ödənilmiş 9800 manat pulun və məhkəmə xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2252/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2252/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver