Məhkəmə qərarları › İş №2(073)-2254/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2254/2025

12.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2254/2025 12.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Məhkəmə iclas katibi Həşimzadə Şahanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 8 saylı Cəlilabad Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 8 saylı Cəlilabad Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barəsində ərizə ilə məhkəməyə müraciət edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə ərizə təqdim edərək, ərizənin və əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəni nəzərdən keçirərək və ərizəçinin izahatını dinləyərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Eyni Məcəllənin 114.1.3-cü maddəsinə uyğun olaraq bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizənin geri qaytarılmasına dair müvafiq ərizə məhkəməyə daxil olduğundan, Ərizəçi (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 8 saylı Cəlilabad Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barəsində ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 8 saylı Cəlilabad Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi” barəsində ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz manat) manat məbləğində pul (Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) Ərizəçi qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar