Məhkəmə qərarları › İş №2(073)-226/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-226/2025

16.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-226/2025 16.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Bayramova (Cəfərova) Nərgiz Bayrış qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Bayramova (Cəfərova) Nərgiz Bayrış qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Bayramova (Cəfərova) Nərgiz Bayrış qızı ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-664A, Kod 80605038 nömrəli şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 8 saylı qərarı ilə akt başçısı X12 olmaqla bizə 0,21 ha həyətyanı torpaq sahəsi verilmişdir. X12 xx.xx.2000ci ildə vəfat etmişdir. Həmin torpaq sahəsinin onlara verilməsi barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-664A, Kod 80605038 nömrəli şəhadətnamə verilmişdir. Lakin həmin aktda ad və ata adları yanlış yazılmışdır. Belə ki, onun adı faktiki olaraq “Pənah Bayrış oğlu” olsada səhvən “Səbuhi Hüseyn oğlu” kimi, qardaşının adı “Elyas Bayrış oğlu” olsa da yanlışlıqla “X10” kimi və bacısının adı “X11 olsa da səhvən “Aybəniz Hüseyn qızı“ kimi yazılmışdır. Halbu ki, onların ad və ata adları şəxsiyyət vəsiqəsində və digər sənədlərdə düzgün yazılmışdır. Onlar hal-hazırda həmin torpaq sahəsi üzərində tikinti və abadlıq işləri eyni zamanda sənədləşmə işləri aparmaq istəyirlər. Bununla bağlı müvafiq sənədi almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə müraciət etdikdə orada onlara bildirmişlər ki, sizin adlarınız səhv yazıldığı üçün bununla bağlı məhkəməyə müraciət etməlisiniz. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 Ərizəçi1 göstərdiyi xüsusatları təsdiq edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçi Bayramova (Cəfərova) Nərgiz Bayrış qızı Ərizəçi1 göstərdiyi xüsusatları təsdiq edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-664A, Kod 80605038 saylı şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə X6 və onun ailə üzvləri X4, X5 və X7 mülkiyyətlərinə Cəlilabad rayonu Ocaqlı kəndi ərazisndə 0,21 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Qarazəncir kənd İƏDÜN tərəfindən tərtib edilmiş 26 avqust 2024-cü il tarixli aktdan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN- 664A, Kod 80605038 nömrəli şəhadətnamə göstərilən şəxslərin adları və ata adları texniki səhv olaraq düzgün yazılmamışıdr. Belə ki, Ərizəçi1 yazılmalı olduğu halda X1, Ərizəçi3 yazılmalı olduğu halda X2, Ərizəçi2 yazılmalı olduğu halda X2, Ərizəçi2 yazılmalı olduğu halda X3 yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə ərizəçinin və onun ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayonu Sabirabad kəndindəkənd təsərrüfatı məhsullarının istehsalıüçün 2,25 hektar torpaq sahəsi verilmiş və bu barədə Torpağın mülkiyyətə verilməsinə dair JN-664A, Kod 80605038 nömrəli şəhadətnamə tərtib olunmuşdur. Həmin Dövlət aktında ərizəçi X15 yazılmalı olduğu halda, səhvən X9 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi JN-664A, KOD80605038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasənməhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-664A, Kod 80605038 saylı şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-664A, Kod 80605038 saylı şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar