Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2270/2025 18.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs olan Maraqlı şəxs iştirakları ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01602 nömrəli barışıq sazişinin alimentin tutulması hissəsində təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən, ərizəçi xx.xx.2002-ci il tarixdə Cəlilabad şəhərində doğulmuşdur. Maraqlı şəxs ilə qeyri-rəsmi ailə qurmuşdur. Birgə evlilikdən xx.xx.2021-ci il tarixdə qızı X3 və xx.xx.2024-cü il tarixdə qızı X4 anadan olmuşdur. Övladlarının atalıqlarımüəyyən olunmuşdur. Mediasiya sesiyasında cavabdeh Maraqlı şəxs ilə aralarında xx.xx.2025-ci il tarixli MŞM/MT036/2025-00131 saylı barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən cavabdeh xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2024-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılınası üçün hər ay hər bir uşağa görə 2025-ci ilin mart ayının 01-dən 150 manat sabit pul məbləğində aliment, yəni minumum əmək haqqının 0.375 misli məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh barışıq sazişi üzrə öhdəliyi icra etməmişdir. Ona görə də barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Maraqlı şəxs ilə xx.xx.2025-ci il prosesində bağlanmış MŞM/MT036/2G25-00131 saylı barışıq sazişinin təsdiq edilməsi, öladlarıxx.xx.2021-ci il təvəlllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 150 manat alimentin cavabdeh Maraqlı şəxs tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, valideynlərinin himayəsində qalır, maraqlı şəxs isə aliment ödəmir. Saleh ərizəçinin adına xeyli kredit götürüb, hazırda gecikməsi olduğuna görə ərizəçini banklar verib məhkəməyə. Maraqlı şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Ərizəçi ilə aralarında xx.xx.2025-ci il tarixli MŞM/MT036/2025-00131 barışıq sazişi bağlanmışdır. Sazişə əsasən öladları xx.xx.2021-ci il təvəlllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşna çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 150 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Səhhətində (bel nahiyəsində) problemlər olduğundan işləyə bilmir. İkinci qrup əlil olaraq 220 manat pensiya alır, həmin puldan da kredit ödəyir. Alimenti ödəmək üçün maddi imkanı yoxdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2G25-00131 saylı Barışıq Sazişindən görünür ki, tərəflərin birgə uşaqları xx.xx.2021-ci il təvəlllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X2 Ərizəçi yanında saxlanılmaqla onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 150 manat, yəni minumum əmək haqqının 0.375 misli məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, ərizəçinin hazırki ərizəsi təmin edilməlidir, həmin barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2G25-00131 saylı barışıq sazişi xx.xx.2021-ci il təvəlllüdlü X3 və xx.xx.2024cü il təvəllüdlü X2 Ərizəçi yanında saxlanılmaqla onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay hər bir uşağa görə 150 manat məbləğində, yəni minumum əmək haqqının 0.375 misli məbləğində alimentin alınıb Ərizəçi verilməsi və alimentin 01 mart 2025-ci il tarixdən hesablanması hissəsində təsdiq edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2270/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2270/2025
18.07.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver