Məhkəmə qərarları › İş №2(073)-2291/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2291/2023

14.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2291/2023 14.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Cəlilabad rayonu Gülməmmədli kəndində yerləşən fərdi yaşayış evinə aid "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16 mart 2023-cü il tarixli, R 285276 saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış 1381,65 manat borc məbləinin silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Gülməmmədli kəndində yerləşən fərdi yaşayış evinə aid "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16 mart 2023-cü il tarixli, R 285276 saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış 1381,65 manat borc məbləinin silinməsi barədə qətnamə çıxarılmasını xahişetmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, verdiyi izahatında bildirdiki, İddiaçı ailə üzvləri ilə birlikdə Cəlilabad rayonu Gülməmmədli kəndində yaşayır. Yaşadığı fərdi yaşayış evinə elektirik sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun elektrik enerjisindən istifadəyə görə ödənişlər etmişdir. Bu barədə ödəniş qəbzləri də vardır. İddiaçı evinə quraşdılmış elektrik sayğacına nəzarət edərkən sayğacın yüksüz halda işlədiyini müəyyən etmiş və bu barədə Cənub RETSİ-nə məlumat vermişdir. Cənub RETSİ-nin əməkdaşları 16 mart 2023-cü il tarixdə gəlib sayğaca baxış keçirmişlər və həqiqətən də quraşdırılmış 3 fazalı elektrik sayğacının daxili qüsur səbəbindən 15404 kvt irəli yazması müəyyən olunmuşdur. Bu barədə 16 mart 2023cü il tarixli, R 285276 nömrəli akt tərtib olunmuşdur. 06 may 2023-cü il tarixdə həmin qüsurlu sayğac dəyişilərək yenisi ilə əvəz olunmuşdur. İddiaçı 13 iyul 2023-cü il tarixdə ona verilmiş bildirişdə "xxxx" ASC-yə 1376,90 manat borcunun olduğunu görmüşdür. Amma ki, "xxxx" ASC tərəfindən verilmiş 09 iyun 2023-cü il tarixli bildirişdə borcunun olmadığı görünürmüş. Bundan sonra İddiaçı Cavabdeh ASC-yə müriacət etmiş və müraciəti ilə əlaqədar olaraq **********05011 nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, 16 mart 2023-cü il tarixində Cənub RETSİ-nin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, fərdi yaşayış evinə məxsus elektrik sayğacındakı qüsur səbəbilə R 285276 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 17267 kvt (1381,36 manat) dəyərində ödəniş sənədi hesablanılmışdır. Akta qeyd edilən qüsur sayğac quraşdırma və uçota nəzarət idarəsinin 16 may 2023-cü il tarixli 023423 nömrəli yoxlama protokolu ilə təsdiqlənmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı verilmiş cavabda, onun evinə quraşdırılmış 3 fazalı elektrik sayğacı daxili qüsur səbəbindən 15404 kvts irəli yazmışdır. Lakin hansı səbəbdən və həmin qüsur səbəbindən 15404 kvts irəli yazdığı elektrik sərfiyyatının ona borc kimi yazılmasını anlaya bilmir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini etiraf etməyərək, verdiyi izahatında bildirdiki, İddiaçı Cəlilabad rayonu Gülməmmədli kəndində yerləşən fərdi yaşayış evinə elektirik sayğacı quraşdırılmış və bu barədə müvafiq sənədlər də vardır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cənub RETSİ-nin əməkdaşları həmin elektrik sayğacına baxış keçirmişlər və quraşdırılmış 3 fazalı elektrik sayğacının daxili qüsur səbəbindən 15404 kvt irəli yazması müəyyən olunmuşdur. Bu barədə 16 mart 2023-cü il tarixli, R 285276 nömrəli akt tərtib olunmuş və 06 may 2023-cü il tarixdə həmin qüsurlu sayğac dəyişilərək yenisi ilə əvəz olunmuşdur. 16 mart 2023-cü il tarixində Cənub RETSİ-nin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, fərdi yaşayış evinə məxsus elektrik sayğacındakı qüsur səbəbilə R 285276 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 17267 kvt (1381,36 manat) dəyərində ödəniş sənədi hesablanılmışdır. Həmin akta qeyd edilən qüsur, sayğac quraşdırma və uçota nəzarət idarəsinin 16 may 2023-cü il tarixli 023423 nömrəli yoxlama protokolu ilə təsdiqlənmişdir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasnı xahiş etdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edirki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, işdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 16 mart 2023-cü il tarixli, R 285276 saylı aktdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilərək EEİQ-nin qaydalarına uyğun yoxlama aparılmış, yoxlama zamanı 3 fazalı elektrik sayğacı daxili qüsur səbəbindən 15404 kvts irəli yazması müəyyən olmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 16 may 2023-cü il tarixli 023423 saylı protokoldan görünür ki, sayğacın dövlət möhürü normaldır, sayğac normal buraxılan xətt ilə işləyir, lakin sayğacın göstəricisi kompyuter bazası ilə fərqlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçını yaşadığı evdə elektrik sayğacıda quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus elektrik sayğacına baxış keçirilərək yoxlama aparılmış və yoxlama zamanı quraşdırılmış 3 fazalı elektrik sayğacı daxili qüsur səbəbindən 15404 kvts irəli yazmış və iddiaçının adına 16 mart 2023-cü il tarixli, R 285276 saylı akt tərtib edilmişdir. Həmin akta əsasən abonentə 1381,65 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirakedən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci iltarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisisərfinin hesabatı enerjitəchizatı müəssisəsininvəistehlakçınınrazılığınaəsasən uçot pozulanaqədər vəya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğuna parılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddətərzində hesablaşma elektrik sayğaclarının normalişi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarıilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 8.33-cübəndinəəsasənməişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsindəöz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları» nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə,həmçinin, X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Göründüyü kimi akt tərtib edilərkən "xxxx" ASC-nin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə Qaydaları»-nın tələblərinə riayət edilməmişdir və bu hal məhkəməyə əsassız yazılmış borcun silinməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə və sasən zərərin əvəznin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy ihalları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesabedir ki, iddia əsaslı oğlduğundan təmin edilərək, cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş 16 mart 2023-cü il tarixli, R 285276 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış 1381,65 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı adına tərtib edilmiş 16 mart 2023-cü iltarixli, R 285276 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı abonent hesabına hesablanmış 1381,65 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar