Məhkəmə qərarları › İş №2(073)-237/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-237/2024

22.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-237/2024 22.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, A 237955 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə dair sənədin ona, yəni Ərizəçi məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 799.41 kv.m həyətyanı torpaq sahəsi verilmiş. Həmin torpaq sahəsinin onlara verilməsinə dair onlara A 237955 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə dair sənəd də verilmişdir. Lakin həmin sənəddə onun adı, soyadı və ata adı səhvən X1 qeyd edilmişdir. O, bu mübahisə ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxsnə müraciət etmiş, lakin mübahisənin yalnız məhkəmə qaydasında həllinin tapılacağı ona izah edilmişdir. Ona görə də qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Ərizəçi izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 237955 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 may 2001-ci il tarixli, 03 saylı qərarı ilə X3 Cəlilabad şəhərində 799,41 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmiş və 25 yanvar 2010-cu il tarixdə 2485 nömrə ilə uçota alınmışdır. İşdə olan Cəlilabad rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş adlı siyahıda, 732-ci nömrənin 6-cı sırasında ərizəçinin adı, soyadı və ata adı X1 qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Mülki iş materiallarında olan Cəlilabad rayon Aqrar İslahat Komissiyasının tərtib etdiyi adlı siyahı mülkiyyət hüququnu təsdiq edən sənəd deyil, ona görə də Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən həmin sənədin hüquqmüəyyənedici sənəd kimi ərizəçiyə məxsus olması faktının mülki məhkəmə icraatında müəyyən edilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi tələbi inzibati məhkəmə icraatı qaydasında baxılan inzibati orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Maraqlı şəxs ilə fiziki şəxs arasında olan inzibati mübahisədir. Ona görə də hazırki tələb mülki məhkəmə icraatında baxılmalı olmadığından həmin mülki iş iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: Ərizəçi A 237955 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə dair sənədin ona, yəni Ərizəçi məxsus olması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar