Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-241/2023 08.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 24 aprel 2015-ci il tarixli **********80 reyestr nömrəli çıxarışın ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 24 aprel 2015-ci il tarixli **********80 reyestr nömrəli çıxarışın ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, hazırda Cəlilabad rayonu Üçtəpə kəndində yaşayırlar. Cəlilabad rayonu, Üçtəpə kəndində 1.5756 ha torpaq sahəsi onun və ailə üzvlərinin xüsusi mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 24 aprel 2015-ci il tarixli **********80 reyestr nömrəsi ilə Dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Lakin həmin çıxarışda onun adı və ata adı yanlışlıqla «Gülsuma Bayram qızı» kimi yazılmışdır. O, hazırda həmin torpaq sahəsini satmaq istəyirlər. Bununla bağlı notariat kontoruna müraciət etdikdə oradan bildirmişlər ki, çıxarışda onun (ərizəçinin) adı səhv yazıldığı üçün həmin çıxarışın ona məxsusluğunun təsdiq olunması üçün məhkəməyə müraciət olunmalıdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərin nəzərə alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 24 aprel 2015-ci il tarixli **********80 reyestr nömrəli çıxarışın ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatnı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 24 aprel 2015-ci il tarixli **********80 reyestr nömrəli çıxarışdan görünür ki, Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən 1.5756 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4, X8, X2 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi qəzə xx xxxxxx 1957-ci ildə doğulmuşdur. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2003-cü il tarixli, AZ-İ 006195 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 16 oktyabr 2003-cü ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlamışlar, nikahdan sonra qadına Ağayeva soyadı verilmişdir. İşdə olan Cəlilabad rayonu Üçtəpə kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2019-cu il tarixli AZ-İİ 002814 saylıölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05 iyul 2019-cu ildə ölmüşdür. İşdə olan Cəlilabad rayonu Üçtəpə kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2021-ci il tarixli, 621 nömrəli arayışdan görünür ki, Ərizəçi Bəhram qızının adı RX N0653719 seriyalı çıxarışda səhv olaraq X1 göstərilmişdir. O, Ərizəçi Bərhəm qızı kimi oxunmalıdır. İşdə olan Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 08 fevral 2023-cü il tarixli, 42 nömrəli çıxarışdan görünür ki, Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illərin Üçtəpə kəndi üzrə 22 saylı təsərrüfatbaşına kitabında X4 48 nömrəli təsərrüfatı oğlu X10 və arvadı X3 ibarətdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X7 publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi daşınmaz əmlakın çıxarışında düzəliş edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin ona düzəlişin mümkün olmadığı və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cəlilabad rayonu, Üçtəpə kəndində 1.5756 ha torpaq sahəsi ərizəçi və onun ailə üzvlərinin xüsusi mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 24 aprel 2015-ci il tarixli **********80 reyestr nömrəsi ilə Dövlət qeydiyyatına alınmış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Lakin həmin çıxarışda ərizəçinin adı səhv yazılmışdır. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda Ərizəçi adı və ata adı yanlışlıqla «X6» kimi yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 24 aprel 2015-ci il tarixli **********80 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 24 aprel 2015-ci il tarixli **********80 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsi tərəfindən 24 aprel 2015-ci il tarixli **********80 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-241/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-241/2023
08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver