Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2417/2023 28.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 24 may 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta görə abonent hesabına əsassız hesablanmış 1080 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 24 may 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta görə abonent hesabına əsassız hesablanmış 1080 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, o, Cəlilabad şəhərində yaşayır. Cəlilabad şəhəri, H.Əliyev prospekti 88 ünvanında yerləşən qeyri yaşayış sahəsi olan “Çay evi”nə qaz sayğacı quraşdırılmış və sayğacın göstəricisinə uyğun aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin 2023-cü ilin aprel ayında Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları çay evinin sayğacına baxış keçirmişlər, sayğacın istismar müddəti bitdiyindən çıxarılmış və bu barədə 05 may 2023-cü il tarixli, ******* saylı akt tərtib olunmuşdur. Sonradan 24 may 2023-cü il tarixdə ******* saylı akt tərtib olunmuş və həmin aktda guya sayğaca müdaxilə olunması göstərilmişdir. O, sayğaca heç bir halda müdaxilə etməmiş və bu barədə Lənkəran X2 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşlarına da bildirmişdir. Belə ki, Lənkəran X2 İdarəsinin Cəlilabad xidmət sahəsinin nəzarətçiləri qaz sayğacına davamlı olaraq baxış keçirmişlər, əgər sayğaca müdaxilə olsaydı nəzarətçilər onu aşkar edərdilər. Sonda iddiaçı hazırki mülki işin aidiyyatı üzrə göndərilməsinə etiraz etmədi. İşdə olan elektron vergi məlumatları sorğu sistemindən şıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində VÖEN ********** nömrə ilə fiziki şəxs kimi qeydiyyata alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi şəxslə fərdi sahibkar arasında yaranmış kommersiya mübahisəsidir və mülki iş məhkəmə aidiyyatı üzrə iddiaçının yaşadığı yer üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2(073)-2417/2023 saylı mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 32, 263, 264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 24 may 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta görə abonent hesabına əsassız hesablanmış 1080 manat borcun silinməsi tələbinə dair 2(073)-2417/2023 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2417/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2417/2023
28.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver