Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-243/2023 09.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 Torpağa mülkiyyət hüququna dair JN-496, Kod 80605028 saylı Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-496, Kod 80605028 nömrəli Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ailə üzvlərimizə 2.42 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. Bu barədə bizə JN 496 kOD 80605028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Lakin həmin sənəddə onun soyadı və adı “Ərizəçi1” əvəzinə “Əsgərov Zülfiqar” kimi, həyat yoldaşı Ərizəçi2 “soyad” qrafasında soyadı “Əhmədova” əvəzinə “Əsgərova” kimi, qızı Ərizəçi3 “soyadı” qrafasında soyadı “Əhmədova” əvəzinə “Əsgərova” kimi, qızı Ərizəçi4 soyad qrafasına səhvən “Əhmədova” əvəzinə “Əsgərova” kimi və oğlum Ərizəçi5 soyadı qrafasında səhvən “Əhmədov” əvəzinə “Əsgərov” kimi yazılmışdır.Qızı X1 İlkin Qədirağa oğlu ilə ailə qurduğu üçün onun soyadını yəni “Həşimova” soyadını daşıyır.Göstərilən səhv olan “Əsgərova” soyadı anası Maraqlı şəxs2 qızlıq soyadıdır. Bütün bu səhvlər onların sənədləşmə işlərində problemlər yaradır. O, bu səhvlərlə bağlı Daşınmaz Əmlakın DRX-nin 8 saylı ərazi idarəsinə müraciət etdikdə orada ona bildirdilər ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə, Torpağa mülkiyyət hüququna dair JN-496, Kod 80605028 nömrəli Dövlət aktının ərizəçilərə məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 Ərizəçi1 izahatında göstərdiyi xüsusatları təsdiq edərək, izahata əlavələrinin olmadıqlarını bildirməklə, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs2 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişlər. Məhkəmə, işə maraqlı şəxslər Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-496, Kod 80605028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə Maraqlı şəxs2, X2, X3, X6, X7 və X8 mülkiyyətlərinə Cəlilabad rayonu Sabirabad kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2.42 hektar pay torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Sabirabad kənd İƏDÜN tərəfindən 48 nömrə ilə qeydə alınmış təsərrüfatbaşı kitabdan çıxarışdan görünür ki, Maraqlı şəxs2 və onun ailə üzvləri Ərizəçi1, Ərizəçi2, X9, Ərizəçi4 və Ərizəçi5 tərkibdə qeydiyyata alınmışlar. İşdə olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhmədov X5 rayonu Sabirabad kəndində qeydiyyatdadır. İşdə olan AZ-İİ 350763 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 İlkin Qədirağa oğlu ilə 02 fevral 2004-cü il tarixdə Cəlilabad rayon İHB-nın Sabirabad kənd İƏDÜN-də nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 saylı qeydiyyat aparılaraq, arvada Həşimova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə ərizəçilərin və ailə üzvlərinin mülkiyyətinə Cəlilabad rayonu Sabirabad kəndində 2.42 hektar pay torpaq sahəsi verilmiş və bu barədə Torpağa mülkiyyət hüququna dair JN-496, Kod 80605028 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında ərizəçi soyadı və adı “Ərizəçi1” əvəzinə “Əsgərov Zülfiqar” kimi, həyat yoldaşı Ərizəçi2 “soyad” qrafasında soyadı “Əhmədova” əvəzinə “Əsgərova” kimi, qızı Ərizəçi3 “soyadı” qrafasında soyadı “Əhmədova” əvəzinə “Əsgərova” kimi, qızı Ərizəçi4 soyad qrafasına səhvən “Əhmədova” əvəzinə “Əsgərova” kimi və oğlum Ərizəçi5 soyadı qrafasında səhvən “Əhmədov” əvəzinə “Əsgərov” kimi yazılmışdır.Qızı X1 İlkin Qədirağa oğlu ilə ailə qurduğu üçün onun soyadını yəni “Həşimova” soyadını daşıyır. Göstərilən səhv olan “Əsgərova” soyadı anası Maraqlı şəxs2 qızlıq soyadıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi Torpağa mülkiyyət hüququna dair JN-496, Kod 80605028 nömrəli Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, Torpağa mülkiyyət hüququna dair JN-496, Kod 80605028 nömrəli Dövlət aktının Zülfüqar Xeyrulla oğluna, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-496, Kod 80605028 nömrəli Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-243/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-243/2023
09.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver