Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-244/2023 26.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-252 (kod ********) saylı dövlət aktının digər mülkiyyətçi ilə yanaşı onlara (ərizəçilərə) məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında Ərizəçi1 tələbini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə ona (ərizəçinin) və digər ailə üzvləri Maraqlı şəxs2, Ərizəçi2 Cəlilabad rayonunun Əliqasımlı kəndinin ərazisindən 0.85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-252(kod ********) saylı dövlət aktı tərtib edilmişdir. Lakin, həmin dövlət aktında onun soyadı «Həsənova» yazılmalı olduğu halda, səhvən «Şirəliyeva» kimi, digər Ərizəçi2 adı «Ağahüseyn» yazılmalı olduğu halda, səhvən «Allahverən» kimi yazılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə ona (ərizəçinin) və digər ailə üzvləri Maraqlı şəxs2 və Ərizəçi1 Cəlilabad rayonunun Əliqasımlı kəndinin ərazisindən 0.85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-252(kod ********) saylı dövlət aktı tərtib edilmişdir. Lakin, həmin dövlət aktında onun adı «Ağahüseyn» yazılmalı olduğu halda, səhvən «Allahverən» kimi, digər ərizəçi, yəni anası Ərizəçi1 soyadı «Həsənova» yazılmalı olduğu halda, səhvən «Şirəliyeva» kimi yazılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə ona və digər ailə üzvləri, yəni oğlu Şirəliyev X5 və arvadı Ərizəçi1 Cəlilabad rayonunun Əliqasımlı kəndinin ərazisindən 0.85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-252(kod ********) saylı dövlət aktı tərtib edilmişdir. Lakin, həmin dövlət aktında oğlunun adı «Ağahüseyn» yazılmalı olduğu halda, səhvən «Allahverən» kimi, digər ərizəçi, yəni arvadı Ərizəçi1 ər soyadını qəbul etmədiyi halda soyadı «Həsənova» yazılmalı olduğu halda, səhvən «Şirəliyeva» kimi yazılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də hazırkı ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan torpağa mülkiyyət hüququna dair JN-252(kod ********) saylı dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə Cəlilabad rayonunun Əliqasımlı kəndi ərazisindən 0.85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi Maraqlı şəxs2, X1 və X2 mülkiyyətinə verilmişdir. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi1 xx xxxxxx 1976-cı ildə doğulmuşdur. İşdə olan Cəlilabad rayon Əliqasımlı kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs2 ilə Ərizəçi1 30 may 1996-cı ildə nikahlarını bağlamışlar. İşdə olan Cəlilabad rayon Əliqasımlı kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1996-cı ildə doğulmuşdur, atası Maraqlı şəxs2, anası Ərizəçi1dır. İşdə olan Cəlilabad rayon İHB Əliqasımlı kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cəlilabad rayonunun Əliqasımlı kəndində yaşayan JN-252 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilmiş X3 adı Ərizəçi2 kimi oxunmalıdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanıında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri publik Hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Maraqlı şəxs2 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 JN-252 saylı dövlət aktında düzəliş edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs2 Cəlilabad rayonunun Əliqasımlı kəndinin ərazisindən 0.85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-252(kod ********) saylı dövlət aktı tərtib edilmişdir. Lakin, həmin dövlət aktında Ərizəçi2 adı «Ağahüseyn» yazılmalı olduğu halda, səhvən «Allahverən» kimi, digər ərizəçi, Ərizəçi1 ər soyadını qəbul etmədiyi halda soyadı «Həsənova» yazılmalı olduğu halda, səhvən «Şirəliyeva» kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də hazırkı ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi torpağa mülkiyyət hüququna dair JN-252 (kod ********) saylı dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçlərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-252 (kod ********) saylı dövlət aktının Maraqlı şəxs2 ilə yanaşı ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-244/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-244/2023
26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver