Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2474/2025 20.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi Əliyeva (Ərəbova) Aydan Loğman qızının iştirakı ilə, İddiaçılar Ərəbova (Əliyeva) Aydan Loğman qızının, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin ləğv edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar X4, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndə xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərində verilmiş “mirası qəbul etməkdən imtina edilməsi barədə” ərizələrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıların mərhum ataları X5 xx.xx.2023cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra ondan miras qalmış daşınmaz əmlak olan yaşadıqları evin anaları Ərəbova Gülbacı seyfəli qızının mülkiyyətinə keçməsi üçün onlara çatası paydan analarının xeyrinə imtina etmişlər. Lakin sonradan onlara məlum olmuşdur ki, atalarının onlardan başqa vərəsələri də vardır. Bu səbəbdən də Cavabdehndə verilmiş “mirası qəbul etməkdən imtina edilməsi barədə” ərizələrinin ləğv edilməsini istəyirlər və hesab edirlər ki, ərizələr ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçı X4 iddianın təmin edilməsini xahiş etmişdir. Bildirmişdir ki, analarının xeyrinə mirasdan imtina barədə ərizə yazan zaman həmin ərizələr təsdiq edildikdən sonra notariat kontorunun işçisi miras qoyanın (atasının) başqa vərəsələrinin də olduğunu bildirmişdir, bundan sonra iddiaçılar ərizələrin ləğv edilməsini tələb etmişlər, lakin ərizə ləğv edilməmişdir. Məhkəmə izahatı dinləyib, işdə olan sənədləri və digər iş materiallarını araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Cəlilabad şəhəri 1 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş İddiaçı3, X4 və İddiaçı2 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, ərizəçilər həmin ərizədə göstərmişlər ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 məxsus olmuş daşınar və daşınmaz əmlakın miras qalmasından xəbərdardırlar, həmin mirasdan onlara çatası payı qəbul etməmişdirlər. Bu barədə heç bir tələbləri yoxdur. Mirasın qəbulu üçün buraxılmış müddətin bərpası ilə əlaqədar məhkəmədə mübahisə etməyəcəklər. İşdə olan Cəlilabad şəhəri 1 saylı Notariat ofisi tərəfindən İddiaçı3, X3, İddiaçı2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 qalmış mirasdan imtina etmək barədə ərizənin ləğv edilməsinə dair ərizəyə baxılmış və göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Qeyd olunanları nəzər alaraq ərizəçilərə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıların mərhum ataları (miras qoyan) X5 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçılar Cəlilabad şəhəri 1 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixli mirasdan imtina ərizələrini imzalamaqla mərhum atalarından miras qalmış daşınar və daşınmaz əmlakın miras qalmasından xəbərdar olduqlarını, həmin mirasdan onlara çatası paydan imtina etdiklərini bildirmişdirlər. Hazırda iddiaçılar, bildirdiklərinə görə miras qoyanın digər vərəsələrindən də məlumatlı olmuşlar, buna görə də sözügedən imtina ərizələrinin ləğv edilməsini istəyirlər və bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1268.2-ci maddəsinə əsasən əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir. Məhkəmə hesab edir ki, mirasdan imtinanın geri götürülməsinin yolverilməzliyi qanunla qəti müəyyən edildiyindən, habelə iddiaçılardan mirasdan imtina ərizələri qanunun tələblərin daxilində alındığından, həmin ərizələr iddiaçıların (vərəsələrin) həqiqi iradələrini ifadə etdiklərindən ərizələrin geri götürülməsi üçün hər hansı əsas yoxdur. Mirasdan imtina etdikdən sonra iddiaçıların miras qoyanın digər varislərindən xəbərdar olmaları və bu əsasla həmin ərizələrin geri götürülməsini tələb etmələri isə, qanunun mənasına görə, geri götürmə üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216, 220, 227 və 233-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2474/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2474/2025
20.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver