Məhkəmə qərarları › İş №2(073)-25/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-25/2023

21.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-25/2023 21.06.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdehlər Cavabdeh və X7 qarşı “Azəriqaz” İstehsalat Birliyinə məxsus 159 mm-lik, orta təzyiqli, daşıyıcı, yerüstü qaz kəmərinin ünvan 1 ünvanında yerləşən hissəsində, mühafizə zonasında ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinə məxsus 159 mm-lik, orta təzyiqli, daşıyıcı, yerüstü qaz kəmərinin ünvan 1 ünvanında yerləşən hissəsində, mühafizə zonasında ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 may 2023-cü il tarixdə iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X10 məhkəməyə ərizə təqdim edərək, X5 başqa cavabdeh qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X10 iddianı əsaslandıraraq verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq olunmuş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın tələbləri pozularaq “Azəriqaz” X4 X13 İdarəsinin Cəlilabad rayonu üzrə xidmət sahəsinin istismarında olan 159 mm diametrli, orta təzyiqli, yerüstü daşıyıcı qaz kəmərinin üzərində, qaz kəmərinin mühafizə zonasında ünvan 1 ünvanında Cavabdeh tərəfindən tikili inşa edilmiş və hazırda faktiki olaraq X5 istifadəsindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq olunmuş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 metr müəyyən edilmişdir. Tikilinin qaz kəmərinin mühafizə zonasında olması qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini də qeyri-mümkün hala gətirmişdir. Qaz kəmərində baş verə biləcək hər hansı sızma, zədələmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində təbii qazın havaya sovrulması və s. kimi hallar zamanı kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməməsinə səbəb ola bilər. Cavabdehlərin səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi tikili, fiziki şəxslərin həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Bu səbəbdən də tikili cavabdehlərin öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək kəmərin mühafizə zonasından çıxarılmalıdır. “Azəriqaz” X4 X13 İdarəsi tərəfindən cavabdehə qanunsuz inşa etdiyi tikintinin qaz kəmərinin mühafizə zonasından 5 gün müddətində şəxsi vəsaiti hesabına sökülüb çıxarılması barədə rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh tərəfindən hərəkətsizlik nümayiş etdirilərək qeyd edilən qanunsuz tikili hazırkı vaxtadək mühafizə zonasından sökülüb çıxarılmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Lənkəran X13 İdarəsi tərəfindən göndərilmiş 17 avqust 2021-ci il tarixli, SOKAR**********30490075X01152 saylı xəbərdarlıq məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh xəbərdarlıq göndərilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq olunmuş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın tələblərinə əsasən orta təzyiqli qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 4 metr müəyyən edilməsi, inşa etdiyi tikilinin mülkiyyət hüququnu təsdiq edən sənədləri və tikinti pasportunun surətini Lənkəran X13 İdarəsinin hüquq şöbəsinə təqdim etməsi bildirilərək, əks təqdirdə məhkəməyə müraciət olunacağı izah olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 10/1401 saylı ekspert rəyindən görünür ki, Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-335/2023 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh faktiki istifadəsi kimi iddia edilən, lakin X5 faktiki istifadəsində olan 448 kv.metr həyətyanı torpaq sahəsinin 57 kv.metr hissəsinin Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən 159 mm-lik qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Həmin 448 kv.metr həyətyanı torpaq sahəsinin 0,03 ha hissəsinin **********17-10307 reyestr nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olduğu müəyyən edilmişdir. İşdə olan videodiskə baxış keçirilən zaman müəyyən edildi ki, cavabdehlər Cavabdeh və X1 şəhəri, Azərbaycan küçəsində 159 mm-lik qaz kəmərinin mühafizə zonasının 57 kv.metr hissəsində tikili-hasar inşa etmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi hazırkı iddianın verilməsi ilə əlaqədar 20 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, cavabdehlər Cavabdeh və X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq olunmuş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın tələblərini pozaraq “Azəriqaz” X4 X13 İdarəsinin Cəlilabad rayonu üzrə xidmət sahəsinin istismarında olan 159 mm diametrli, orta təzyiqli, yerüstü daşıyıcı qaz kəmərinin üzərində, qaz kəmərinin mühafizə zonasında tikili inşa etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq olunmuş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın tələblərinə əsasən orta təzyiqli, yerüstü qaz kəmərinin mühafizə zonası kəmərin orta oxundan hər tərəfə 2 metr müəyyən edilmişdir. Tikilinin qaz kəmərinin mühafizə zonasında olması qaz xəttinə texniki baxış və profilaktik xidmət işlərinin həyata keçirilməsini, qaz kəmərində baş verə biləcək hər hansı sızma, zədələmə anında və ya kəmərin korroziyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində təbii qazın havaya sovrulması və s. kimi hallar zamanı kəmərə operativ şəkildə müdaxilə edilərək xidmət göstərilə bilməsini qeyrimümkün hala gətirmişdir. Cavabdehlərin səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi tikili, fiziki şəxslərin həyatı və sağlamlığı üçün böyük təhlükə yaradır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh və X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq olunmuş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları»nın tələblərini pozaraq “Azəriqaz” X4 X13 İdarəsinin Cəlilabad rayonu üzrə xidmət sahəsinin istismarında olan 159 mm diametrli, orta təzyiqli, yerüstü daşıyıcı qaz kəmərinin üzərində, qaz kəmərinin mühafizə zonasında tikili inşa etdiyindən “Azəriqaz” İstehsalat Birliyinin ona qarşı iddia tələbi əsaslıdır. Məhkəmə qeyd olunan halla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 10/1401 saylı ekspert rəyini obyektiv və əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İnsan Hüquqları və X2 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, cavabdehlər Cavabdeh və X9 tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə məxsus 159 mmlik, orta təzyiqli, daşıyıcı, yerüstü qaz kəmərinin ünvan 2 ünvanında yerləşən hissəsində, mühafizə zonasının 57 kv.m hissəsində inşa edilmiş tikili-hasar cavabdehin öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 50 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ödənilmiş 311 manat cavabdehlər Cavabdeh və X3 müştərək qaydada alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 20,40 manat dövlət rüsumu da cavabdehlər Cavabdeh və X3 müştərək qaydada alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X9 tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə məxsus 159 mm-lik, orta təzyiqli, daşıyıcı, yerüstü qaz kəmərinin ünvan 1 ünvanında yerləşən hissəsində, mühafizə zonasının 57 kv.m hissəsində inşa edilmiş tikili-hasar cavabdehlərin öz vəsaiti hesabına əvəzi ödənilmədən sökülərək mühafizə zonasından çıxarılsın. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ödənilmiş 311 (üç yüz on bir) manat cavabdehlər Cavabdeh və X3 müştərək qaydada alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh və X3 müştərək qaydada alınaraq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar