Məhkəmə qərarları › İş №2(073)-2526/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2526/2025

27.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2526/2025 27.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi ilə, Ərizəçi Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 31 avqust 1976-cı ildə Cəlilabad şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyət olmayan hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, baldızı X8 xx.xx.1976-cı il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur. Anadangəlmə qüsurludur, 1-ci qrup əlildir. Ailədə qayınanası X7 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, qayınatası xx.xx.1938-ci il təvəllüdlü X5 və ruhi xəstə olan baldızı X6 qulluq edib baxır, bu Cəlilabad şəhər İƏDÜ Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı ilə də təsdiq olunur. Baldızının ağır dərəcəli əqli geriliyi var. Nə qədər müalicə etdirsələr də o, sağalmamışdır. Hazırda da ara-bir xəstəliyi tutur və çox pis vəziyyətə qalır. Baldızının bu vəziyyəti getdikcə ağırlaşmaqdadır. O, bir evin gəlini kimi Kəmalənin taleyindən çox nigarandır. O etdiyi hərəkətlərin mənasını başa düşmür və ətrafların hərəkət funksiyasının kəskin təzahürü pozulması əqli gerilik xəstəliyi ilə müşayiət olunur. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi məhkəməyə ərizə təqdim edərək övladının səhhətində yaranan ciddi problemlə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X2 şəhərində doğulmuş, ata qrafasında X5, ana qrafasında X7 qeyd edilmişdir; - Maraqlı şəxs Başçısının Cəlilabad şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında həyat yoldaşı X10, qaynatası X5, baldızı X8, oğlu X17 ilə birlikdə yaşayır; - Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Ərizəçi ünvanlanmış 5-41/1-S-35-099/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxs hesab edilməsi ilə bağlı məhkəmə qətnaməsi və digər müvafiq sənədlərlə birlikdə rayon icra hakimiyyətinə təqdim olunduqdan sonra məsələyə müvafiq qaydada baxılır; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 33-17-1/2-S-17030/2025 saylı məktubundan və ona əlavə edilmiş müayinə aktlarının çıxarışların surətindən görünür ki, X6 “ağır dərəcəli debillik” diaqnozu ilə ona müddətsiz ikinci qrup əlillik təyin edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X19 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 3260 saylı rəyindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X4 ağır dərəcəli əqli gerilik ilə müəyyən edilir. O, öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3, 317.2, 317.3, 318.2 və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixiatrik ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, X1 olan ağır dərəcəli əqli geriliyə görə öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1976-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 31 avqust 1976-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar