Məhkəmə qərarları › İş №2(073)-2590/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2590/2024

21.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2590/2024 21.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X4 İdarəsi tərtib olunmuş 28 noyabr 2023cü il tarixli, ******* nömrəli akta əsasən onun abonent hesabına əsassız olaraq hesablanmış 777,60 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X4 İdarəsi tərtib olunmuş 28 noyabr 2023-cü il tarixli, ******* nömrəli akta əsasən onun abonent hesabına əsassız olaraq hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianı əsaslandıraraq göstərmişdir ki, o, Cəlilabad rayonu Gülməmmədli kəndində yaşayır. Yaşadığı müddətdə hər vətəndaş kimi o da, aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin 19 sentyabr 2023-cü il tarixdə Cavabdeh X5 İstimar İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları yaşadığı evin sayğacına baxış keçirmiş və sayğacın növbəti dövləti yoxlanışından keçirilməsi üçün çıxararaq aparmışlar. Sayğacın dəyişdirilməsi haqqında akt tərtib edilmişdir. Sonradan onun iştirakı və məlumatı olmadan cavabdeh təşkilat tərəfindən 28 noyabr 2023-cü il tarixdə ******* nömrəli akt tərtib olunmuş və həmin aktda guya çıxarılan sayğaca onun tərəfindən müdaxilə olunması göstərilmişdir. O bundan xəbər tutandan sonra cavabdeh təşkilatın nümayəndələrinə məsələnin nədən ibarət olmasını soruşmuş, cavabdeh təşkilatın əməkdaşları sayğaca onun tərəfindən müdaxilə olunmasını bildirmişlər. Lakin o, sayğaca heç bir müdaxilə etməmiş, həmin evdə yaşadığı müddət ərzində Cavabdeh X3 X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər davamlı olaraq onun qaz sayğacına baxış keçirmişlər, həmin sayğacda heç bir nasazlıq aşkar etməmişlər. Amma 28 noyabr 2023-cü il tarixdə tərtib edilmiş ******* saylı aktda sayğaca müdaxilə olunması və müdaxiləyə görə onun borcunun olması göstərilmişdir. Həmin akt cavabdeh tərəfindən onun məlumatı və iştirakı olmadan tərtib olunmuşdur, onun tərəfindən akta imaz edilməmişdir. Bundan əlavə həmin yaşadığı evinə qaz sayğacı evdən kənarda, yəni küçədə quraşdırmış və sayğac heç bir qoruyucu örtüklə örtülməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib olunmuş 20 noyabr 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında ona əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 19 sentyabr 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış “Elester” tipli, G-4 markalı, 10585377 nömrəli qaz sayğacı növbədən kənar dövlət yoxlanışına görə çıxarılmış, “Zenner” tipli, G-4 markalı, **********8 nömrəli qaz sayğacı quraşdırılmışdır. Çıxarılmış qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi barədə qeyd aparılmamışdır. İşdə olan Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 28 noyabr 2023-cü il tarixli, ******* saylı nömrəli aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış 10585377 nömrəli tipi “Elester” G-4 markalı qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına aktlar üzrə 2023-cü ilin dekabr ayına 777,60 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki,İddiaçına məxsus evinə qaz sayğacı quraşdırılmış və bu sayğacın göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə vaxtaşırı ödənişlər etmişdir. 19 sentyabr 2023-cü il tarixdə Cəlilabad xidmət sahəsinin əməkdaşları iddiaçının yaşadığı evin qaz xəttinin üzərinə quraşdırılmış sayğaca texniki baxış keçirmiş və sayğacı çıxararaq aparmışlar. Sayğacın çıxarılma səbəbi kimi növbəti dövlət yoxlanışına göndərilməsi göstərilmişdir. Sonradan yəni, 28 noyabr 2023-cü il tarixdə cavabdeh təşkilat tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib olunaraq qaz sayğacının çıxış plastmas borusunun deşilməsi və hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi müəyyən edilmişdir. Məhkəmə həmin hallara qiymət verərək, belə nəticəyə gəlir ki, “Elester” tipli, G-4 markalı, 10585377 nömrəli qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsi sübut edilmir və cavabdeh təşkilat tərəfindən əsassız olaraq sərfiyyat hesablanmışdır. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 28 noyabr 2023-cü il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 777,60 manat borc hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 28 noyabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və hesablanmış borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticəçıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lənkəran X4 İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 28 noyabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında onun abonent hesabına hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 28 noyabr 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında onun abonent hesabına hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar