Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2592/2025 19.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X9, Mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 və X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 qalmış əmlaklara onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum əri X17 ilə birgə nikah dövründə ünvan 1 saylı evləri olmuşdur. Əri 12 mart 2016cı ildə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl qeyd etdiyi ünvanda olan evi 01 mart 2009cu il tarixdə notarial qaydada təstiq edilmiş vəsiyyətnamə ilə birgə övladları olan X14 vəsiyyət etmişdir. Ərim vəfat etdiyi tarixdən bu günə kimi həmin evdə o, oğlanları X19 və Cavabdeh arvadı və uşaqları ilə birgə yaşayırlar. Cavabdeh (əsasəndə arvadı) onun həmin evdə birgə yaşaması ücün süni sürətdə problemlər yaradır. Arvadı onun əsəb xəstəsi olmasından istifadə edərək ona və oğlu X14 qarşı nalayiq hərəkətlər edir. Hətta bir necə dəfə ona xəsarətlər yaratdığı üçün Cəlilabad rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin, cavabdeh əsassız olaraq mübahisə yaradır. Miras mayının müəyyən edilməsi üçün Cəlilabad Notariat Ofisinə müraciət etmişdir. Lakin, miras şərikləri arasında mirasın bölgüsü ilə əlaqədar ixtilaf yarandığı üçün bölgünün notariusda aparılmasından imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X20 iddiaçının izahatında bildirdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmişlər, lakin, iddianın rədd edilməsini xahiş edərək, məhkəməyə göndərdikləri yazılı etirazlarında göstərmişlər ki, İddiaçı iddia tələbinin əsasını təşkil edən miras əmlakda iddiaçının da bildirdiyi kimi mirasqoyanın iki vərəsəsi, oğlu X19 və digər oğlu Cavabdeh və onun arvadı X11 və uşaqları yaşayırlar. Miras əmlakda miras qoyanın oğlu Cavabdeh da payı var və o, payından imtina etməməklə yanaşı mirası faktiki qəbul edən şəxdir. İddiaçı isə onları, yəni Cavabdeh və onun ailəsini (arvad uşağını) zorla evdən çıxarmaq istəyir və iddianın əsaslarında iddiaçı ağ yalan olaraq guya bizi ona və oğlu X14 qarşı nalayiq hərəkətlər etməkdə suçlayır. Bu aşkar böhtandır, şərdir və bir daha bildiririkki, bizim evdən zorla çıxarılmağımıza istiqamətlənən bir iddiadır. Vərəsəlik, yəni istər vəsiyyət üzrə istərsə də qanun üzrə vərəsəlik mülki qanunvericiliklə tənzimlənir və biz qanuni tələbə heç vaxt zidd deyilik, olmamışıqda. İddiaçı özünün miras əmlakdakı payınının müəyyən olunmasını istəyirsə o halda belə bir subyektiv hüququnun olduğuna dair müvafiq sənədlərlə aidiyyəti üzrə notariat idarəsinə müraciət etməli idi. Notariat kontorunda vərəsəlik işi açılmalı vərəsələr müəyyən olunmalı və vərəsələrə çatan paylara münasibətdə də onlara şəhadətnamələr verilməlidir. İddiaçı bu barədə, yəni notariat kontoruna müraciətinə dair heç bir sənədini məhkəməyə təqdim etməyibdir. Cavabdeh onların belə bir vərəsəlik işinə müdaxilə etmələrinə dair də hər hansı sübutunu məhkəməyə təqdim etməyibdir. Çünki belə bir sübut yoxdur və olada bilməz. Onların qanuni vərəsəlik işinə hər hansı etirazları yoxdur. Ona görə də iddiaçının vərəsəlik iddiasından irəli gələn məsələsi ilə əlaqədar aidiyyəti üzrə notariat idarəsinə müraciət yoxdur və hazırkı halda belə bir iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 verdiyi izahatında bildirdi ki, İddiaçı onun anasıdır. X2 isə 12 mart 2016-cı il tarixdə vəfat etmişdir. Mərhum atası vəfat etməmişdən qabaq, yəni 01 mart 2009-cu il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini onun adına notarial qaydada vəsiyyətnamə ilə vəsiyyət etmişdir. Anası, yəni İddiaçı da özü baxır. Anasıda payını ona bağışlayır. Məhkəmə iclasında mübahisə predmeti ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 verdiyi izahatında bildirdi ki, İddiaçı onun anası, vəsiyyət oluna X19 isə qardaşıdır. X2 isə 12 mart 2016-cı il tarixdə vəfat etmişdir. X29 01 mart 2009-cu il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini qardaşı Elşənin adına notarial qaydada vəsiyyətnamə ilə vəsiyyət etmişdir. Anası, yəni İddiaçı da qardaşı Elşən baxır. O da anası kimi payını qardaşı Elşən Tağıyevə bağışlayır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam, hərtərfli araşdıraraq və tədqiq olunmuş sübutlar əsasında işin məhkəmə tərəfindən müəyyən olunmuş həqiqi hallarına hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AZ 638689 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 10 sentyabr 1964-cü ildə doğulmuşdur. X2, anası X6r. İşdə olan AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 25 iyul 1966-cı ildə doğulmuşdur. X2, anası X6r. İşdə olan XVİ-JQ 424504 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1975-ci ildə doğulmuşdur. X2, anası X6r. İşdə olan AZ-İ 795951 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 12 mart 2016-cı il tarixdə ölmüşdür. İşdə olan 01 mart 2009-cu il tarixli vəsiyyatnəmənin surətindən görünür ki, X1 şəhəri, Nizami küçəsi, ev 23-də iki mərtəbəli dörd otaqlı yaşayış evini oğlu X14 vəsiyyət etmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02 iyul 2025-ci il tarixli arayışdan görünür ki, 12 mart 2016-cı ildə vəfat etmiş X7 vərəsələri həyat yoldaşı İddiaçı, oğlu X19, oğlu Cavabdeh, oğlu X18, oğlu X15r(31 may 1997-ci ildə vəfat edib). X7 vəfatından sonra təsərrüfatı İddiaçı idarə edir və kommunal xərcləri ödəyir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********45-10301 saylı çıxarışdan görünür ki, X7 xüsusi mülkiyyətində Cəlilabad şəhəri, Nizami küçəsi, ev 23 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinin üzərində 153,2 kv.metrlik evi vardır və 09 mart 2023-cü il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli, 1043 saylı məktubdan görünür ki, İddiaçı 12 mart 2016-cı il tarixdə vəfat etmiş əri X3 Cəlilabad şəhəri, Nizami küçəsi, ev 23 üvanında 0,04 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etmiş, lakin, miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında ixtilaflar olduğu üçün onun müraciəti əsasında notariat hərəkətinin aparılmasından imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan AZ-İİ 244323 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X11 nikahlarını 02 mart 2018-ci ildə Cəlilabad rayon Qeydiyyat şöbəsində bağlamışlar, bu barədə nikah akt qeydləri kitabında 71 nömrə ilə qeydiyyat aparılmışdır. Arvada Tağıyeva soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Tağıyeva X4 şəhəri, M.Əzizbəyov küçəsi, ev 40 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 olan AZ-İV 085092 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 05 fevral 2018-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası Nümayəndədır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı X17 ilə birgə nikah dövründə ünvan 1 saylı evləri olmuşdur. İddiaçının mərhum əri İsmayıl Tağıyev 12 mart 2016-cı ildə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl qeyd etdiyi ünvanda olan evi 01 mart 2009-cu il tarixdə notarial qaydada təstiq edilmiş vəsiyyətnamə ilə birgə nikahdan övladları olan X14 vəsiyyət etmişdir. Əri vəfat etdiyi tarixdən bu günə kimi həmin evdə İddiaçı oğlanları X19 və Cavabdeh, İlhamın Tağıyevin arvadı Nümayəndə və uşağı X21 ilə birgə yaşayır. Cavabdeh və arvadı Nümayəndə iddiaçının həmin evdə birgə yaşaması ücün süni sürətdə problemlər yaradır. İddiaçı miras mayının müəyyən edilməsi üçün Cəlilabad Notariat Ofisinə müraciət etmişdir. Lakin, miras şərikləri arasında mirasın bölgüsü ilə əlaqədar ixtilaf yarandığı üçün bölgünün notariusda aparılmasından imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cəlilabad şəhəri, Nizami küçəsi, ev 23-də yerləşən həyətyanı torpaq sahəsindən və torpaq sahəsinin üzərində yerləşən 153,2 kv.metrlik fərdi yaşayış evindən miras payının müəyyən edilməsi tələbində haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılır. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun, istərsə də vəsiyyət üzrə qəbul edilir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayış etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd olunan mülki və ailə qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X12 12 mart 2016-cı il tarixdə ölümü ilə əmlaklara miras açılmışdır. İddiaçı mərhum əri X7 ilə rəsmi nikahlı arvadı olduğundan mərhum X13 məxsus torpaq sahəsində və üzrərində yerləşən fərdi yaşayış evində qanun üzrə vərəsəlik zamanı bərabər pay hüququ olan ailə üzvü olmaqla birinci növbədə vərəsədir. Həmin şəxs mirasın açıldığı yer üzrə faktiki olaraq yaşamaqla əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başladığından miras əmlak tərəfindən qəbul edilmiş sayılmalıdır. Lakin, iddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirasın açıldığı yer üzrə notariat orqanına müraciət etməmişlər. Lakin, miras şərikləri arasında mirasın bölgüsü ilə əlaqədar ixtilaf yarandığı üçün bölgünün notariusda aparılmasından imtina edilmişdir. Məhkəmə, mülki və ailə qanunvericilik normaları və Ali Məhkəmənin 08 may 2019-cu il tarixli 2 saylı bülletenində göstərilən Dövlət orqanlarının və yerli özünü idarə orqanlarının aktları əsasında nikahda olduqları müddətdə ər-arvadın birinə əvəzsiz verilmiş daşınmaz əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir müddəalarına əsasən miras əmlakın vərəsələr nəzərə alınmaqla bölünməsi ilə bağlı qeyd edir ki, işin faktiki hallarından da göründüyü kimi mərhum X3 miras qalmış əmlakı arvadı İddiaçı və övladları Cavabdeh, X19, X18 qəbul etmiş və miras əmlakı həmin vərəsələr arasında bərabər bölünməklə, İddiaçı 11/20 hissədə mülkiyyətə pay hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********45-10301 saylı çıxarışa əsasən mərhum X7 mülkiyyətində olmuş Cəlilabad şəhəri, Nizami küçəsi, ev 23 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 153,2 kv.metrlik fərdi yaşayış evinə İddiaçı 1/4 hissədə mülkiyyətə pay hüququ müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş **********45-10301 saylı çıxarışa əsasən mərhum X7 mülkiyyətində olmuş Cəlilabad şəhəri, Nizami küçəsi, ev 23 ünvanında yerləşən 0,04 hektar həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 153,2 kv.metrlik fərdi yaşayış evinə İddiaçı 11/20 hissədə mülkiyyətə pay hüququ müəyyən edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2592/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2592/2025
19.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver