Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-265/2023 15.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 JN-0006, KOD 80603068 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 ərizə ilə məhkəməyə müraciət edərək, JN-0006, KOD 80603068 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, və digər ərizəçilər bir ailə üzvləridirlər. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2002-ci il tarixli, 13 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətlərinə 1,90 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-0006, KOD 80603068 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Lakin həmin JN-0006, KOD 80603068 nömrəli Dövlət aktında onun adı “Miryağub” əvəzinə “Yaqub” kimi, həyat yoldaşının adı “Hicran” əvəzinə “Hicranə” kimi, oğlanları Nurlanın adı və ata adı “Nurlan Miryağub oğlu” əvəzinə “Nurlanə Yaqub qızı” kimi, Fəqanın adı və ata adı “Fəqan Miryağub oğlu” əvəzinə “Fərqanə Yaqub qızı” kimi, digər oğlanları Mirhəbibin adı və ata adı “Mirhəbib Miryağub oğlu” əvəzinə “Həbib Yaqub oğlu” kimi, Mirnemətin adı və ata adı isə “Mirnemət Miryağub oğlu” əvəzinə “Nemət Yaqub oğlu” kimi yazılmışdır. Bu səhvlər onların sənədləşmə işində maneələr yaradır. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı DƏDRX-nin 8 saylı ərazi idarəsinə müraciət etmiş, lakin orada ona onlara məxsusluğunun təsdiq olunması üçün məhkəməyə müraciət olunması izah olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilərək JN-0006, KOD 80603068 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 Ərizəçi1 göstərdikləri xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0006, KOD 80603068 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2002-ci il tarixli, 13 saylı qərarı ilə X6, Mehtiyeva Hicranə Yadulla qızının, X3, X4, X9 və X10 mülkiyyətlərinə Cəlilabad rayonu Badamağac kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,90 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Şatırlı kənd İƏDÜN tərəfindən 916 nömrə ilə qeydə alınmış təsərrüfatbaşı kitabdan çıxarışdan görünür ki, X13 və onun ailə üzvləri Mehtiyeva Hicran Yadulla qızı, Ərizəçi3 Yaqub oğlu, X18, Ərizəçi5 Yaqub oğlu, Ərizəçi6 Yaqub oğlu və X7 qeydiyyata alınmışlar. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bədirov X1 rayonu Badamağac kəndində qeydiyyatdadır. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Bədirov X2 rayonu Badamağac kəndində qeydiyyatdadır. İşdə olan Vİ-JQ № 272151 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə Mehtiyeva Hicran Yadulla qızı 04 fevral 1992-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 7 saylı qeydiyyat aparılaraq, arvada Bədirova soyadı verilmişdir. İşdə olan XVİ-JQ № 424453 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx xxxxxxxx 1991-ci ildə doğulmuşdur, atası Ərizəçi1, anası Mehtiyeva Hicran Yadulla qızıdır. İşdə olan XVİİ-JQ № 365794 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx xxx 1993-cü ildə doğulmuşdur, atası Ərizəçi1, anası Mehtiyeva Hicran Yadulla qızıdır. İşdə olan XVİİİ-JQ № 473428 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi5 xx xxxxxxx 1994-cü ildə doğulmuşdur, atası Ərizəçi1, anası Mehtiyeva Hicran Yadulla qızıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi6 xx xxxx 1996-cı ildə doğulmuşdur, atası X8, anası Mehtiyeva Hicran Yadulla qızıdır. İşdə olan Cəlilabad RİHB-nın Şatırlı kənd İƏDÜN-nin əməkdaşlarının, Badamağac bələdiyyəsinin sədrinin və A.Qardaşxanov adına Şatırlı kənd tam orta məktəbinin direktorunun iştirakı ilə tərtib edilmiş 21 noyabr 2022-ci il tarixli aktdan görünür ki, JN- 0006, KOD 80603068 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında ərizəçilərin adları, soyadları və ata adları: Ərizəçi1 yazılmalı olduğu halda X13, Ərizəçi2 yazılmalı olduğu halda Ərizəçi2ə Yadulla qızı, Ərizəçi3 yazılmalı olduğu halda X11, Ərizəçi4 yazılmalı olduğu halda X12, Ərizəçi5 yazılmalı olduğu halda X14 və Ərizəçi6 yazılmalı olduğu halda X5 yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 2002-ci il tarixli, 13 saylı qərarı ilə ərizəçilərin mülkiyyətlərinə Cəlilabad rayonu Badamağac kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,90 hektar torpaq sahəsi verilmiş və bu barədə JN-0006, KOD 80603068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında səhvən ərizəçilər Ərizəçi1 yazılmalı olduğu halda X13, Ərizəçi2 yazılmalı olduğu halda Ərizəçi2ə Yadulla qızı, Ərizəçi3 yazılmalı olduğu halda X11, Ərizəçi4 yazılmalı olduğu halda X12, Ərizəçi5 yazılmalı olduğu halda X14 və Ərizəçi6 yazılmalı olduğu halda X5 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi JN-0006, KOD 80603068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-0006, KOD 80603068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-0006, KOD 80603068 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Ərizəçi6 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-265/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-265/2023
15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver