Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-27/2023 21.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X2, Cavabdeh1 və onun nümyəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli 10KL/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 20.460 manat, faiz borcu üzrə 1.256,11 manat, cərimə borcu üzrə 4,08 manat, cəmi 21.720,19 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsi üzrə 21.720,19 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASCyə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 22.000 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, "xxxx" KB ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixli 10KL/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 22.01.204-cü il tarixədək, illik 16% ödəmək şərtilə 20.460 manat məbləğində kredit verilmişdir. Kredit müqviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X11 ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli və 10KLİ/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. Sonrakı ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclunun xx.xx.2021-ci il tarixə xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 20.460 manat, faiz borcu üzrə 1.256,11 manat, cərimə borcu üzrə 4,08 manat, cəmi 21.720,19 manat təşkil edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirişlə və şifahi müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Buna görə də iddiaçı bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 məhkəmə iclasında iddianı qismən etiraf edərək bildirdi ki, "xxxx" KB ASC ilə mərhum X1 arasında xx.xx.2020-ci il tarixli 10KL/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2024-cü il tarixədək, illik 16% ödəmək şərtilə 20.460 manat məbləğində kredit verilmişdir. Kredit müqviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X11 ilə mərhum X1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli və 10KLİ/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. Lakin krediti götürdükdən sonra X1 xəstələnərək, 18 fevral 2021ci il tarixdə vəfat etdiyindən kredit borcundan ödəniş edə bilməmişdir. Bu səbəbdən də iddiaçı tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atasının vərəsələri kiki ondan və anası Cavabdeh2 iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli 10KL/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 10 KL/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 20.460 manat, faiz borcu üzrə 1256,11 manat, cərimə borcu üzrə 4,08 manat olmaqla, cəmi 21720,19 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cəlilabad rayonu, Maşlıq kəndində fərdi yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin xx.xx.2021-ci tarixli, 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə görə 21720,19 manat, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" X17 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 22000 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Cəlilabad rayonu, Maşlıq kəndindəyerləşən fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən onun və anası Cavabdeh2 çıxarılmasını xahiş etmişdir. X1 vəfat etdikdən sonra ondan miras qalmış əmlakı o, və anası Cavabdeh2 qəbul etmişlər və həmin evdə yaşayırlar. İddianın borcun tutulmasına dair hissəsini qəbul edir və atasının banka olan 21720,19 manat borcunu hissə-hissə ödəyəcəkdir. Lakin iddianın ipoteka predmetinin ilkin satış qiymətinin 22000 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi hissəsi ilə razı deyildir. İpoteka predmetinin ilkin satış qiymətinin ekspert rəyində göstərilən 25000 (iyirmi beş min) manat müəyyən olunmasını xahiş edir. Odur ki, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil da Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respulikası MPM-nin 185.5. maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır və bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilir. Cavabdeh2 məhkəmə bildirişini poçt xəbərnaməsinə imza etməklə almasına baxmayaraq məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, Cavabdeh1, Cavabdeh1 nümayəndəsinin və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı "xxxx" KB ASC-nin Lənkəran filialı ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 09/K2019 saylı əsas kredit müqaviləsindən görünür ki, iddiaçı X20 40000 manat məbləğində, illik maksimum 28 faiz, 120 ay müddətinə, xx.xx.2030-cu il tarixədək olan müddət ərzində, bu Müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanmaqla kredit verməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" KB ASC-nin Lənkəran filialı ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 10KL/20-1 saylı əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı X19 illik 16% olmaqla 36 ay müddətinə 20460 kredit verməyi, cavabdeh isə kredit müqaviləsində göstərilmiş şərtlər daxilində əsas kredit borcunu və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2021-ci il tarixli, 10KL/20-1 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh X7 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixə kimi ilk 36 ayı hər ay 300 manat, sonuncu ay isə 384 manat ödəməklə götürdüyü krediti faizlər ilə birlikdə, cəmi 25984 manat vəsaiti iddiaçı banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" KB ASC-nin Lənkəran filialı ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 10KLİ/20 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsülu kimi X3 mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi X3 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********48- 10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışdan görünür ki, X3 mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək "xxxx" KB ASC-nin Lənkəran filialının xeyrinə yüklü edilmişdir. İşdə olan "xxxx" KB ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 10 sentyabr 2021-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı bank cavabdehlərdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşdə olan "xxxx" KB ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən xx.xx.2020-ci il tarixli 10KL/20 saylı kredit müqaviləsinin çərçivəsində bağlanmış 22 yanvar 2021-ci il tarixli əlavə kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, əks halda tələbin ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan "xxxx" KB ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, mülkiyyət hüququ üzrə X5 məxsus olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildirişin “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsində göstərilən qaydada qeydə alınması xahiş edilmişdir. İşdə olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, UB- BANK/PİKMD/962399 saylı maliyyə arayışından görünür ki, borclu X3 10KL/20-1 saylı əlavə kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə olan borcu əsas məbləğ üzrə 20460 manat, faiz borcu üzrə 1256,11 manat, cərimə borcu üzrə 4,08 manat olmaqla, cəmi 21720,19 manat təşkil edir. İşdə olan "xxxx" KB ASC-nin Lənkəran filialı ilə X7 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 10KLİ/20 saylı ipoteka müqaviləsinin 2.3-cü bəndindən görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi tərəflərin qarşılıqlı razılığı ilə 22000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-nın Elektron Xidmətlər Portalı vasitəsilə 17 sentyabr 2021-ci il tarixli ödəniş sənədlərindən müəyyən olunur ki, iddiaçı "xxxx" KB ASC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" KB ASC məhkəmədə iddia qaldırılması məqsədi ilə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ 163299 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Muğan kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş 09 dekabr 2021-ci il tarixli, 774 nömrəli arayışdan görünür ki, Cavabdeh2 və Nəsirov X4 rayonu Maşlıq kəndində pasport qeydiyyatındadırlar və onlara məxsus torpaqdan istifadə edirlər. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən ümumi sahəsi 150.4 kv.metr sahədən ibarət fərdi yaşayış evinin 0,16 ha torpaq sahəsi lə birlikdə 10 yanvar 2023-cü il tarixinə bazar dəyəri 31300 manat, likvid dəyəri isə 25000 manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixli 10KL/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, 22.01.204-cü il tarixədək, illik 16% ödəmək şərtilə 20.460 manat məbləğində kredit verilmişdir. Kredit müqviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X11 ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli və 10KLİ/20 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. Sonrakı ipoteka müqaviləsi xx.xx.2021-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclunun xx.xx.2021-ci il tarixə xx.xx.2021-ci il tarixli 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 20.460 manat, faiz borcu üzrə 1.256,11 manat, cərimə borcu üzrə 4,08 manat, cəmi 21.720,19 manat təşkil edir. Lakin sonradan cavabdeh X8 18 fevral 2021-ci il tarixdə vəfat etmişdir. İsrəfil Nəsirov vəfat etdiyi gündən ona məxsus olan əmlaka, eyni zamanda bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka vərəsələri Cavabdeh1 və Cavabdeh2 faktiki sahiblik və idarə etmişdir. Buna görə də iddiaçı bank tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bildirişlə və şifahi müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Cavabdeh1 və Cavabdeh2 mərhum X3 vərəsələri olduğundan kredit borcu onlardan tutularaq iddiaçı banka ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o mirası tamamilə qəbul etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından mərhum X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması tələbi qanuni və əsaslıdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə, iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmetinin açıq hərracdan satılması hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə əsaslıdır. Belə ki tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərindən görünür ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə və ya müqavilədə müəyyən edilmiş müddətdə və qaydada icra etmədikdə «İpoteka saxlayan» kredit borcunun, faizlərin, penyaların və zərərin ödənilməsi tələbini ipotekaya qoyulmuş əmlaka yönəltmək hüququna malikdir. Bundan başqa «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin də tələblərinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və həmin qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi göstərilmişdir. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi ica etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 308.1-ci maddəsinə görə ümumi ipoteka elə bir ipotekadır ki, onun predmeti bir neçə əşyadır və ümumi tələbin ödənilməsi üçün əşyaların hər birindən istifadə edilir. Kreditorun tələbi onun arzusu ilə istənilən əşya hesabına ödənilir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildyi kimi kredit müqaviləsi üzrə öhdəlik icra edilməmiş və buna görə də ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsini və əşyanın satılmasını tələb etmək hüququ yaranmışdır. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 10 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cəlilabad rayonu Maşlıq kəndində yerləşən ümumi sahəsi 150.4 kv.metr sahədən ibarət fərdi yaşayış evinin 0,16 ha torpaq sahəsi lə birlikdə 10 yanvar 2023-cü il tarixinə bazar dəyəri 31300 manat, likvid dəyəri isə 25000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iddianın ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) xidmət haqqının ödənilməsi tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası ƏMDK-nın Elektron Xidmətlər Portalı vasitəsilə 17 sentyabr 2021-ci il tarixli ödəniş sənədlərindən müəyyən olunur ki, iddiaçı "xxxx" KB ASC ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə iddianın ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra ən geci bir ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılmalarına dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1980-cı il tarixli, İİ-JQ 336870 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 31 oktyabr 1980-cı ildə nikahlarını bağlamışlar və arvada Həmidova soyadı verilmişdir. İşdə olan Cavabdeh1 və Cavabdeh2 tərəfindən Cəlilabad rayon Notariat Kontorunda verilmiş xx.xx.2020-ci il tarixli ərizələrin surətindən görünür ki, ərizəçilər Cavabdeh1 və Cavabdeh2 X3 mülkiyyətində olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.16 ha torpaq sahəsinin "xxxx" Kommersiya Bankına ipoteka qoyulmasına razılıqlarını bildirmiş, həmin evə və onun yerləşdiyi torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdələriinə götürmüşlər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmayan ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 İsrfəil oğlundan və Cavabdeh2 iddiaçı "xxxx" KB ASCnin xeyrinə xx.xx.2020-ci il tarixli, 10KL/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli, 10KL/20-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 20460 manat, faiz borcu üzrə 1256.11 manat, cərimə borcu üzrə 4.08 manat, cəmi 21720.19 manat, 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqının müştərək qaydada tutulmasına, tələbin ipoteka predmeti olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılmasına, satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə yaranmış cəmi 21720.19 manat borcun ödənilməsinə, ipoteka predmetinin ilkin satış qiymətinin 25000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməsinə, ipoteka predmeti olan Cəlilabad şəhəri rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalarına dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşadırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213, 216-220, 222.2, 227, 233, 360-cı maddələrini rəhbər tutmaqla, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, 10KL/20-1 saylı əlavə kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20460 manat, faiz borcu üzrə 1256.11 manat, cərimə borcu üzrə 4.08 manat, cəmi 21720.19 (iyirmi bir min yeddi yüz iyirmi manat on doqquz qəpik) manat, 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" KB ASC-yə verilsin. Tələb ipoteka ilə yüklü edilmiş Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlaklar açıq hərracdan satılsın və satışdan əldə olunan vəsait hesabına xx.xx.2021-ci il tarixli, 10KL/20-1 saylı əlavə kredit müqaviləsi üzrə X3 "xxxx" KB ASC-yə yaranmış cəmi 21720.19 (iyirmi bir min yeddi yüz iyirmi manat on doqquz qəpik) manat borcu ödənilsin. İpoteka predmeti olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 25000 (iyirmi beş min) manat müəyyən edilsin. İpoteka predmeti olan Cəlilabad rayonu Maşlıq kəndində yerləşən 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 Həmid oğlu və Cavabdeh2 həmin evdən çıxarılsınlar. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-27/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-27/2023
21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver