Məhkəmə qərarları › İş №2(073)-2708/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2708/2024

03.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2708/2024 03.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İlk iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İlk iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı **********02 saylı çıxarışa əsasən onların paylı mülkiyyətləri olan torpaq sahəsi hüdudları daxilində Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı 70000 manat pulun və 300 manat dövlət rüsumunun İddiaçı1 və İddiaçı2 alınaraq ona ödənilməsi tələblərinə dair mülki işə Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlk iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********02 saylı çıxarışa əsasən onların paylı mülkiyyətləri olan torpaq sahəsi hüdudları daxilində Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər (ilk iddia üzrə iddiaçılar) İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 70000 manat pulun və 300 manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə ilə müraciət edərək, hazırki mülki iş üzrə eyni iddia və predmet üzrə məhkəmənin icraatında başqa mülki iş olduğundan və həmin işin yekunlaşması məqsədi ilə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə işdə olan sənədləri araşdırıb və ilk iddiaçıların ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ilk iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Məhkəmə hesab edir ki, ilk iddia ərizəsi baxılmamış saxlanıldığından qarşlıqlı iddia ərizəsi də baxılmamış saxlanılmalıdır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, ilk iddia və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalı, ilk iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ilk İddiaçı1 və qarşılıqlı iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 300 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) qarşılıqlı iddiaçı Cavabdeh geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İlk iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı **********02 saylı çıxarışa əsasən onların paylı mülkiyyətləri olan torpaq sahəsi hüdudları daxilində Cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi tələbinə dair ilk iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı 70000 manat pulun və 300 manat dövlət rüsumunun İddiaçı1 və İddiaçı2 alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. İlk iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) ilk İddiaçı1 geri qaytarılsın. Qarşılıqlı iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 300 (üç yüz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: **********) qarşılıqlı iddiaçı Cavabdeh geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar