Məhkəmə qərarları › İş №2(073)-274/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-274/2025

07.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-274/2025 07.03.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Torpağa mülkiyyət hüququna dair **********49-10301 nömrəli çıxarışın onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair **********49-10301 nömrəli çıxarışın digər mülkiyyətçilər, yəni Ərizəçi1 və Ərizəçi2 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 13 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad rayonu Göytəpə şəhərində ərizəçilərin və digər ailə üzvlərinin mülkiyyətinə 0.2499 ha yaşayış məntəqələrindən pay torpaq sashəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair **********49-10301 nömrəli və **********90 nömrəli Torpağın mülkiyyət hüququna dair çıxarışlar tərtib olunmuşdur. Lakin **********90 nömrəli Torpağın mülkiyyət hüququna dair çıxarışda Ərizəçi1 və bacısı Ərizəçi2 adının düzgün qeyd olunmasına baxmayaraq həyətyanı torpaq torpaq sahəsinə görə verilmiş **********49-10301 nömrəli Torpağın mülkiyyət hüququna dair çıxarışda ərizəçinin adı “Zərifə” əvəzinə səhvən “Pərvanə” kimi və bacısının adı “Sevda” əvəzinə səhvən “Sevil” kimi yazılmışdır. Halbuki, ərizəçilərin adı, soyadı və ata adı Ərizəçi1 və bacısı Ərizəçi2dır. Bu səhvlər ərizəçilərin sənədləşmə işlərində maneələr yaradır. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı DƏDRX-nin 8 saylı ərazi idarəsinə müraciət etmişlər, lakin orada həmin faktların ərizəçilərə məxsusluğunun təsdiq olunması üçün məhkəməyə müraciət olunması izah olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək digər Ərizəçi1 ilə eyni məzmunlu ifadə verməklə, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər və nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhyəməyə məlumat verməmişlər. Məhkəmə, işə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışdan görünür ki, X5, X1, X2, Maraqlı şəxs2 və X3 mülkiyyətlərinə ünvan 1 ünvanında 0.2499 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan İİ nömrəli, 041112 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04 noyabr 2005-ci il tarixdə ölmüşdür. İşdə olan İİ nömrəli, 112911 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 24 sentyabr 2020-ci il tarixdə ölmüşdür. İşdə olan İİ nömrəli, 014716 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 nikahlarını 10 dekabr 2014-cü il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 787 saylı qeydiyyat aparılaraq, arvada Heybətova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 13 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə onun və digər ailə üzvlərinin mülkiyyətinə Cəlilabad rayonu Göytəpə şəhərində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0.74669 hektar və Cəlilabad rayonu Göytəpə şəhəri, Sahib Əsgərov küçəsində 0.2499 hektar həyətyanı torpaq sahələri və bu barədə **********49-10301 nömrəli Torpağın mülkiyyət hüququna dair və **********90 nömrəli Torpağın mülkiyyət hüququna dair çıxarışlar tərtib olunmuşdur. Torpağın mülkiyyət hüququna dair **********49-10301 nömrəli çıxarışda səhvən ərizəçilərin onun adı “Zərifə” əvəzinə yanlışlıqla “Pərvanə” kimi və bacısının adı “Sevda” əvəzinə yanlışlıqla “Sevil” kimi yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi **********49-10301 nömrəli Torpağın mülkiyyət hüququna dair çıxarışın onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktların müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin faktlar ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışın digər mülkiyyətçilərlə yanaşı, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışın digər mülkiyyətçilərlə yanaşı, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar