Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-280/2025 17.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «Azəriqaz» X2 X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 aprel 2018-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 1857,60 manat borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» X2 X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 aprel 2018-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 1857,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır və hər vətəndaş kimi sayğacın göstəricisinə uyğun aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin 30 aprel 2018-ci il tarixdə “Azəriqaz” X2 X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları onun yaşadığı evə baxış keçirmiş və həmin sayğacı çıxararaq aparmışlar. 30 aprel 2018-ci il tarixdə akt tərtib olunmuş və həmin aktda guya sayğaca müdaxilə olunması göstərilmişdir. O sayğaca müdaxilə olunmadığını bildirib. Belə ki, həmin evdə yaşadığı vaxta qədər “Azəriqaz” X2 X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər qaz sayğaclarına davamlı olaraq baxış keçirmişlər. Belə olan halda əsassız olaraq “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən akt tərtib edilmiş və həmin aktda guya sayğacda qüsur aşkar olunduğu göstərilmiş, bunun nəticəsində isə guya qaz sayğacına müdaxilə olunduğu üçün itirilmiş qazın bərpası məqsədi ilə onun borcunun olması göstərilmişdir. Həmin akt cavabdeh tərəfindən onun məlumatı və iştirakı olmadan tərtib olunmuşdur və onun tərəfindən həmin akta imza edilməmişdir. O, istifadə etdiyi təbii qazın dəyərini hər ay davamlı olaraq ödəmişdir. Qaz sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsada onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Bundan əlavə həmin evə quraşdırılmış qaz sayğacı heç bir qoruyucu örtüklə örtülməmişdir. Mübahisəli akt tərtib olunan zaman iştirakı təmin edilməmiş və həmin aktdan sonradan məlumatı olmamışdır. Ona görədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 30 aprel 2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına əsassız hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan «Azəriqaz» X1 X4 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 30 aprel 2018-ci il tarixli, ******* saylı nömrəli aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış ******* nömrəli G-4 markalı qaz sayğacının dövlət plombuna müdaxilə olması müəyyən olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X4 İdarəsi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, ******* nömrəli qaz sayğacının dövlət plombuna müdaxilə olunması nəticəsində itirilmiş qazın sərfiyyatının 9288 m3 olması müəyyən olunmuşdur. İşdə olan «Azəriqaz» X1 X4 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı adına aktlar üzrə 2024-cü ilin aprel ayının sonuna 1857,60 manat borc hesablanmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Rəhimov X3 şəhəri, 20 Yanvar küçəsi, ev 13 C ünvanında yaşayır. O, da hər vətəndaş kimi sayğacın göstəricisinə uyğun aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin 30 aprel 2018-ci il tarixdə “Azəriqaz” X2 X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları onun yaşadığı evə baxış keçirmiş və həmin sayğacı çıxararaq aparmışlar. 30 aprel 2018-ci il tarixdə akt tərtib olunmuş və həmin aktda guya sayğaca müdaxilə olunması göstərilmişdir. O sayğaca müdaxilə olunmadığını bildirib. Belə ki, həmin evdə yaşadığı vaxta qədər “Azəriqaz” X2 X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər qaz sayğaclarına davamlı olaraq baxış keçirmişlər. Belə olan halda əsassız olaraq “Azəriqaz” X2 X4 İdarəsi tərəfindən akt tərtib edilmiş və həmin aktda guya sayğacda qüsur aşkar olunduğu göstərilmiş, bunun nəticəsində isə guya qaz sayğacına müdaxilə olunduğu üçün itirilmiş qazın bərpası məqsədi ilə onun borcunun olması göstərilmişdir. Həmin akt cavabdeh tərəfindən onun məlumatı və iştirakı olmadan tərtib olunmuşdur və onun tərəfindən həmin akta imza edilməmişdir. O, istifadə etdiyi təbii qazın dəyərini hər ay davamlı olaraq ödəmişdir. Qaz sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsada onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Bundan əlavə həmin evə quraşdırılmış qaz sayğacı heç bir qoruyucu örtüklə örtülməmişdir. Mübahisəli akt tərtib olunan zaman iştirakı təmin edilməmiş və həmin aktdan sonradan məlumatı olmamışdır. Ona görədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh tərəfindən tərtib edilmiş 30 aprel 2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına əsassız hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. Göründüyü kimi 30 aprel 2018-ci il tarixli, 0155099saylı aktın İddiaçı adına yazılması və 1440 kub metr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 30 aprel 2018-ci il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, «Azəriqaz» X2 X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 aprel 2018-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 1857,60 manat borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. «Azəriqaz» X2 X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 30 aprel 2018-ci il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 1857,60 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-280/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-280/2025
17.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver