Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-283/2023 10.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi JN-561, Kod 80600048 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-561, Kod 80600048 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə ona və mərhum ərinin mülkiyyətlərinə 0,85 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-561, Kod 80600048 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Mərhum əri X3 14 noyabr 2019-cu il tarixdə kəskin ürək damar çatışmamazlığı xəstəliyindən ölmüşdür. Lakin həmin JN-561, Kod 80600048 nömrəli Dövlət aktında onun adı «Şərqiyə» əvəzinə yanlışlıqla «Şəfiqə» kimi yazılmışdır. Göstərilən faktların elə yazılmasına səbəb Dövlət aktının tərtib edən orqanın səhvi olmşdur. Halbuki, onun adı, soyadı və ata adı Ərizəçidır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Sonda ərizəçi qeyd edilənlərin nəzərə alınmaqla, ərizənin təmin edilərək JN-561, Kod 80600048 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-561, 80600048 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə Ərizəçi və X1 mülkiyyətlərinə 0,85 hektar torpaq sahəsi verilmişdir. İşdə olan AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatdadır. İşdə olan AZ-İİ № 041225 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 14 noyabr 2019-cu il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 61 saylı qərarı ilə Ərizəçinin və onun digər ailə üzvlərinin mülkiyyətlərinə Cəlilabad rayonunda 0,85 hektar torpaq sahəsi verilmiş və bu barədə JN-561, KOD 80600048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında Ərizəçinin adı «Şərqiyə» əvəzinə yanlışlıqla «Şəfiqə» kimi yazılmışdır. Halbuki, Ərizəçinin şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadı, adı, ata adı Ərizəçidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçiin tələbi JN-561, KOD 80600048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi Ərizəçiə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt Ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-561, Kod 80600048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-561, Kod 80600048 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-283/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-283/2023
10.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver