Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2835/2025 14.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, X1 İT-İ ******* saylı əmək kitabçasının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İT-İ ******* saylı əmək kitabçasının ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Cəlilabad rayonu Şükürlü kəndində yaşayır. 1976-cı ildən 1988-ci ilə kimi Cəlilabad rayonunda müxtəlif kalxoz və sovxozlarda, 1988-ci ildən 05 iyun 2024-cü il tarixədək isə Cəlilabad rayonunun Bozayran və Şükürlü kənd tam orta məktəbində müəllim işləmişdir. İşlədiyi bu illər ona məxsus İT-İ ******* saylı əmək kitabçasında da qeyd edilmişdir. Hazırda o, yaşa görə əmək pensiyası almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin onun soyadı, adı və ata adı “Ərizəçi” olmasına baxmayaraq, İT-İ ******* saylı əmək kitabçasında səhvən “X4” kimi qeyd edilmişdir. Bu səbəbdən də ona əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Hazırda ondan asılı olmayan səbəblərdən həmin illərcə işləməyini təsdiq edən faktın tərəfindən müəyyən edilməsi mümkün deyildir. Qeyd edilmiş vəziyyətdə onun qanunla qorunan hüquqları və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi ilə təminat verilmiş sosial təminat hüququ pozulur. Qanunvericiliyin tələbi baxımından pozulmuş hüquqlar məhkəmə vasitəsi ilə bərpa edilməlidir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınmaqla ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə etiraz edərək, verdiyi izahatında bildirdi ki, ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək “İT-İ ******* nömrəli əmək kitabçasının X2 məxsus olması faktının müəyyən edilməsinə”dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində İT-İ ******* nömrəli əmək kitabçasının ona məxsus olması faktının müəyyən edilmə marağının ona əmək pensiyasının təyin edilməsi olduğunu bildirmişdir. Ərizəçinin hüquqi marağı ona yaşa görə əmək pensiyasının təyin edilməsidir. Bu səbəbdən ərizəçi İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilməsini xahiş etmişdir. Ərizəçiyə məxsus olduğu iddia edilən əmək kitabçasında adının X3 deyil, “X6” kimi qeyd edilmişdir. Hesab edir ki, ərizə əsassızdır və təmin olunmamalıdır. Belə ki, məhkəmələr hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işləri qüvvədə olan qanunvericiliyə uyğun, dövlət, hüquqi və fiziki şəxslərin qanunla müdafiə olunan mənafelərini təmin etməklə əsasən düzgün həll etməlidirlər. Bununla yanaşı, bu kateqoriyadan olan işlərə baxılarkən məhkəmələr tərəfindən bir sıra hallarda maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilir, prosessual qanunverciliyin tələblərinə əməl edilmir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarı) Belə ki, ərizələrə lazımi sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin qeyrimümkün olmasını təsdiq edən sübutlar əlavə edilmədiyi, işə xüsusi icraat qaydasında baxılması istisna edildiyi halda və yaxud heç bir hüquqi nəticə doğurmayan hüquqi faktların müəyyən edilməsinə dair ərizələrə baxılaraq qətnamə qəbul edilir. Eləcə də, hüquqi faktın müəyyən edilməsində maraqlı şəxslərin dairəsi müəyyən edilərək onlar işə cəlb edilmir, bəzən faktın müəyyən edilməsi ilə əlaqədar məsələlər məhkəmələr tərəfindən kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırılmır, iş üzrə qəbul edilmiş məhkəmə aktları prosessual qanunvericiliyin tələblərinə uyqun tərtib edilmir. Xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci maddəsində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hazırda ərizəçinin müəyyən etmək istədiyi fakt İT-İ ******* nömrəli əmək kitabçasının adındakı uyğunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılmasıdır. Belə olduğu təqdirdə məhkəmə tərəfindən ilk öncə hüquqmüəyyənedici sənəddə uyğunsuzluğun aradan qaldırılması üçün ərizəçiyə həmin sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilibedilmədiyi araşdırılmalıdır. Bundan başqa Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 6-cı maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir), həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır və məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi, hazırki işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə hər hansı bir cavab mövcud deyildir. İddiaçı Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olanlara əsasən ərizənin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, ərizəçi və maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İT-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, ərizəçinin soyadı, adı və ata adı “X3” kimi yazılmışdır. İş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin soyadı, adı və ata adı “Ərizəçi”dur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 1976-cı ildən 1988-ci ilə kimi Cəlilabad rayonunda müxtəlif kalxoz və sovxozlarda, 1988-ci ildən 05 iyun 2024-cü il tarixədək isə Cəlilabad rayonunun Bozayran və Şükürlü kənd tam orta məktəbində müəllim işləmişdir. İşlədiyi bu illər ona məxsus İT-İ ******* saylı əmək kitabçasında qeyd edilmişdir. Hazırda o, yaşa görə əmək pensiyası almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin onun soyadı, adı və ata adı “Ərizəçi” olmasına baxmayaraq, İT-İ ******* saylı əmək kitabçasında səhvən “X4” kimi qeyd edilmişdir. Bu səbəbdən də ona əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Halbuki, ərizəçinin şəxsiyyət vəsiqəsində soyadı, adı, ata adı “Ərizəçi” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi İT-İ ******* saylı əmək kitabçasının ona məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə yaşa görə əmək pensiyası almaq üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin sosial təminat hüququnun bərpa olunmasının əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, İT-İ ******* saylı əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. İT-İ ******* saylı əmək kitabçasının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2835/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2835/2025
14.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver