Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-287/2023 08.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə cəlilabad rayon məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-424A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər mülkiyyətçilərlə yanaşı ərizəçilər Ərizəçi1 və Ərizəçi2 və JN-735 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının digər mülkiyyətçilərlə yanaşı Ərizəçi2 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən ona və digər ailə üzvləri X12, Ərizəçi2, X7, X13 və X19 0.13 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-424A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Bundan başqa, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən digər Ərizəçi2 və ailə üzvləri X12 və X2 təsərrüfatı məhsulları istehsalı üçün 1.19 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-735 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Mülkiyyətçilərin adına tərtib edilmiş JN 424A (kod ********) saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə onun ata adı “Əlisafa” yazılmalı olduğu halda, səhvən “Vüqar” kimi, digər Ərizəçi2 adı isə “Camalə” yazılmalı olduğu halda, “Cəmilə” kimi yazılmışdır. Həmçinin, JN-735 (kod ********) saylı dövlət aktında digər Ərizəçi2 adı “Camalə” yazılmalı olduğu halda, səhvən “Cəmilə” kimi yazılmışdır. Həmin torpaq sahələrinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Həmin yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişlər, lakin həmin idarədən onlara məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən ona və digər ailə üzvləri X12, Ərizəçi1, X7, X13 və X19 0.13 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-424A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Bundan başqa, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən digər ona (Ərizəçi2) və ailə üzvləri X12 və X2 təsərrüfatı məhsulları istehsalı üçün 1.19 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-735 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Mülkiyyətçilərin adına tərtib edilmiş JN 424A (kod ********) saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə Ərizəçi1 adı “Əlisafa” yazılmalı olduğu halda, səhvən “Vüqar” kimi, onun (Ərizəçi2) adı isə “Camalə” yazılmalı olduğu halda, “Cəmilə” kimi yazılmışdır. Həmçinin, JN-735 (kod ********) saylı dövlət aktında digər onun adı “Camalə” yazılmalı olduğu halda, səhvən “Cəmilə” kimi yazılmışdır. Həmin torpaq sahələrinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Həmin yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişlər, lakin həmin idarədən onlara məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçilərin vəsatəti əsasında şahid qismində dindirilmiş X25 verdiyi ifadəsində göstərmişdir ki, Ərizəçi1 onun arvadı, Ərizəçi2 isə (şahidin) qızıdır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə Cəlilabad rayonunun Günəşli kəndi ərazisindən ona (şahidə) və ailə üzvləri Ərizəçi2 və X2 təsərrüfatı məhsulları istehsalı üçün 1.19 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. Bundan başqa, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən ona (şahidə) və ailə üzvləri Ərizəçi1 Vüqar qızına, X8, X7, X13 və X19 0.13 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Lakin 0.13 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN 424A, (kod ********) saylı şəhadətnamədə Ərizəçi1 qıznın ata adı “Əlisafa” yazılmalı olduğu halda, səhvən “Vüqar” kimi, Ərizəçi2 adı isə “Camalə” yazılmalı olduğu halda, səhvən “Cəmilə” kimi yazılmışdır. Həmçinin, JN-735 kod (********) saylı dövlət aktında Ərizəçi2 adı “Camalə” yazılmalı olduğu halda, səhvən “Cəmilə” kimi yazılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Həmin yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişlər, lakin həmin idarədən onlara məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. İşdə olan JN-735 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən X9, X5 və X6 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.19 ha torpaq sahəsi verilmişdir. İşdə JN 424A (kod ********) saylı saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən X9, Ərizəçi1 Vüqar qızının, X5, X6, X10 və X14 mülkiyyətinə 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Pokrovka kənd soveti tərəfindən verilmiş xx.xx.1971-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1970-ci ildə doğulmuşdur, atası X20, anası X3r. İşdə olan Pokrovka kənd soveti tərəfindən verilmiş xx.xx.1989-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə Ərizəçi1 xx.xx.1989cu ildə nikahlarını bağlamışlar və bu barədə nikah akt qeydi kitabında 45 saylı qeydiyyat aparılmışdır. İşdə olan Pokrovka kənd soveti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1990-cı ildə doğulmuşdur, atası X25, anası Ərizəçi1dır. İşdə olan Cəlilabad rayon Günəşli kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X22 xx.xx.2013-cü ildə nikahlarını bağlamışlar və bu barədə nikah akt qeydi kitabında 13 saylı qeydiyyat aparılaraq, arvada Mənsimova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon İHB Günəşli kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 467 saylı arayışdan görünür ki, JN 424A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş X1 Camalə Vüqar qızı, Ərizəçi1 Vüqar qızı Ərizəçi1 kimi oxunmalıdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi İdarəsi tərəfindən X12 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X25 JN-424A saylı şəhadətnamədə düzəliş edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin həmin idarədə düzəliş edilməsi mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə Cəlilabad rayonunun Günəşli kəndi ərazisindən Mənsimova (Babayeva) Camalə Vüqar qızına, X12 və X2 təsərrüfatı məhsulları istehsalı üçün 1.19 ha torpaq sahəsi mülkiyyətə verilmişdir. Bundan başqa, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 09 saylı qərarı ilə Cəlilabad rayonunun Günəşli kəndinin ərazisindən X12, Ərizəçi1 Vüqar qızına, X11, X7, X13 və X19 0.13 ha həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir. Lakin 0.13 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN 424A, (kod ********) saylı şəhadətnamədə Ərizəçi1 qıznın ata adı “Əlisafa” yazılmalı olduğu halda, səhvən “Vüqar” kimi, Mənsimova (Babayeva) Camalə Vüqar qızının adı isə “Camalə” yazılmalı olduğu halda, səhvən “Cəmilə” kimi yazılmışdır. Həmçinin, JN-735 kod (********) saylı dövlət aktında Mənsimova (Babayeva) Camalə Vüqar qızının adı “Camalə” yazılmalı olduğu halda, səhvən “Cəmilə” kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Həmin yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edilsə də, həmin idarədən ərizəçilərə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi dövlət aktının və şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət hüququna dair çıxarışın alınması üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN 424A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X25, X24, X26 və X27 ilə yanaşı ərizəçilər Ərizəçi1 və Mənsimova (Babayeva) Camalə Vüqar qızına və JN-735 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X25 və X24 ilə yanaşı Mənsimova (Babayeva) Camalə Vüqar qızına məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-287/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-287/2023
08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver