Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-288/2023 21.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 Əvəz qızının, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 JN-0022, KOD 80625038 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ərizə ilə məhkəməyə müraciət edərək, JN-0022, KOD 80625038 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, və digər ərizəçilər bir ailə üzvləridirlər. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətlərinə 1,88 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-0022, KOD 80625038 nömrəli Dövlət aktı tərtib olunmuşdur. Lakin həmin Dövlət aktında onun adı və soyadı “Ərizəçi1” əvəzinə “Abışov Şölət” kimi, həyat yoldaşının soyadı və ata adı “Ərizəçi2” əvəzinə “X25” kimi, qızı Gülnarın soyadı və ata adı “X8” əvəzinə “X9” kimi, oğlu Rəhmanın adı “Emin” kimi, digər qızı Ayselin adı, soyadı və ata adı “X13” əvəzinə “X19” kimi yazılmışdır. Bu səhvlər onların sənədləşmə işində maneələr yaradır. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı DƏDRX-nin 8 saylı ərazi idarəsinə müraciət etmiş, lakin orada həmin faktların onlara məxsusluğunun təsdiq olunması üçün məhkəməyə müraciət olunması izah olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşlar. Qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilərək JN-0022, KOD 80625038 nömrəli Torpağın mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2 Əvəz qızına, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 Şölrət oğlu və Ərizəçi5 Ərizəçi1 göstərdikləri xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhyəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-0022, KOD 80625038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə X10, X11, X3, X14 və X4 mülkiyyətlərinə Cəlilabad rayonu Məmmədrzalı kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,88 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Cəlilabad RİHB-nın Şorbaçı kənd İƏDÜN-nin əməkdaşlarının və Şorbaçı bələdiyyəsinin sədrinin iştirakı ilə tərtib edilmiş 01 dekabr 2022-ci il tarixli aktdan görünür ki, JN-0022, KOD 80625038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında ərizəçilərin adları, soyadları və ata adları: Ərizəçi1 yazılmalı olduğu halda X26, Ərizəçi4 Şöhrət oğlu yazılmalı olduğu halda X29, X15 yazılmalı olduğu halda X1 yazılmışdır. İşdə olan Cəlilabad rayon İHB-nın Şorbaçı kənd İƏDÜN tərəfindən 45 nömrə ilə qeydə alınmış təsərrüfatbaşı kitabdan çıxarışdan görünür ki, X20 və onun ailə üzvləri X16, X21, X22, X5, X23, X9, X15 və Ərizəçi4 Şöhrət oğlu qeydiyyata alınmışlar. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli nikah haqqında çıxarışdan görünür ki, Ərizəçi1 ilə X23 nikahlarını 20 sentyabr 1992ci il tarixdə Cəlilabad rayon Şorbaçı kənd icra nümayəndəliyində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 saylı qeydiyyat aparılaraq, arvada Abuşova soyadı verilmişdir. İşdə olan AZ-İİ № 448070 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X9 20 sentyabr 1992-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 saylı qeydiyyat aparılaraq, arvada Söhbətova soyadı verilmişdir. İşdə olan AZ-İİ № 276806 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X15 27 avqust 2018-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 saylı qeydiyyat aparılaraq, arvada Şabanlı soyadı verilmişdir. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abuşova X12 rayonu Məmmədrzalı kəndində qeydiyyatdadır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi1 xx xxxxxx 1970-ci ildə doğulmuşdur, atası X24, anası X7r. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə ərizəçilərin mülkiyyətlərinə Cəlilabad rayonu Badamağac kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,88 hektar torpaq sahəsi verilmiş və bu barədə JN-0022, KOD 80625038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib olunmuşdur. Həmin Dövlət aktında səhvən ərizəçilər Ərizəçi1 yazılmalı olduğu halda X26, Ərizəçi2 yazılmalı olduğu halda X25, X8 yazılmalı olduğu halda X17, Ərizəçi4 yazılmalı olduğu halda X29, X13 yazılmalı olduğu halda X1 yazılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi JN-0022, KOD 80625038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçilərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-0022, KOD 80625038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-0022, KOD 80625038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-288/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-288/2023
21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver