Məhkəmə qərarları › İş №2(073)-289/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-289/2023

08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-289/2023 08.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi, eyni zamanda digər Ərizəçi1 nümayəndəsi Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-298 (kod 8********) saylı dövlət aktının digər mülkiyyətçilərlə yanaşı onlara (ərizəçilərə) məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi, eyni zamanda digər Ərizəçi2 nümayəndəsi Ərizəçi1 verdiyi izahatında göstərmişdir ki, onun (ərizəçinin) və digər ailə üzvləri X5, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Ərizəçi2, Maraqlı şəxs5, Maraqlı şəxs6, Ərizəçi3, Maraqlı şəxs7 mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonu Üçtəpə kəndinin ərazisindən 5.61 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-298 (kod 8********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin həmin dövlət aktında onun (ərizəçinin) adı «Vaqif» yazılmalı olduğu halda, səhvən «Rasim» kimi, digər ərizəçilər Ərizəçi2 adı «Saqif» yazılmalı olduğu halda, səhvən «Sabir» kimi və Ərizəçi3 soyadı «Şahbazova» yazılmalı olduğu halda, səhvən «Qiyasova» kimi yazılmışdır. Həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Həmin yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişlər, lakin həmin idarədən onlara məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi3 verdiyi izahatında göstərmişdir ki, onun (ərizəçinin) və digər ailə üzvləri X5, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Ərizəçi2, Ərizəçi1, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonu Üçtəpə kəndinin ərazisindən 5.61 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-298 (kod 8********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin dövlət aktında onun (ərizəçinin) soyadı «Şahbazova» yazılmalı olduğu halda, səhvən «Qiyasova» kimi, digər ərizəçilər Ərizəçi1 adı «Vaqif» yazılmalı olduğu halda, səhvən «Rasim» kimi və Ərizəçi2 adı «Saqif» yazılmalı olduğu halda, səhvən «Sabir» kimi yazılmışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Həmin yanlışlığın aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişlər, lakin həmin idarədən onlara məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçilərin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçilər onun həmkəndliləridirlər. Onları və ailə üzvlərini uzun müddətdir ki, tanıyır və münasibətləri həmişə yaxşı olmuşdur. Ərizəçilərin və ailə üzvləri X5, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə Cəlilabad rayonu Üçtəpə kəndinin ərazisindən 5.61 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-298 (kod 8********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin həmin dövlət aktında ərizəçilərdən Ərizəçi3 soyadı «Şahbazova» yazılmalı olduğu halda, səhvən «Qiyasova» kimi, Ərizəçi1 adı «Vaqif» yazılmalı olduğu halda, səhvən «Rasim» kimi və Ərizəçi2 adı «Saqif» yazılmalı olduğu halda səhvən «Sabir» kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-298 (kod 8********) saylı dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisindən 5.61 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X5, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, X7, X8, Maraqlı şəxs5, Maraqlı şəxs6, X3 və Maraqlı şəxs7 mülkiyyətinə verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi3 xx.xx.1973-cü ildə doğulmuşdur. İşdə olan Cəlilabad rayon Üçtəpə kənd XDS İcariyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1982-ci ildə doğulmuşdur, atası X9, anası X10r. İşdə olan Cəlilabad rayon Üçtəpə kənd Soveti tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1985-ci ildə doğulmuşdur, atası X9, anası X10r. İşdə olan Cəlilabad rayon İHB Üçtəpə kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2014-cü ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon İHB Üçtəpə kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, JN-298 (kod 8********) saylı dövlət aktında X1 Saqif Zöhrab oğlu kimi, X2 Vaqif Zöhrab oğlu kimi və X6 Ərizəçi3 kimi oxunmalıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi3 nikah akt qeydi aşkarlanmamışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Ərizəçi1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, JN-298 saylı dövlət aktında düzəliş edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçilərin və ailə üzvlərinin mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonu Üçtəpə kəndinin ərazisindən 5.61 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-298 (kod 8********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktında ərizəçilərdən Ərizəçi3 soyadı «Şahbazova» yazılmalı olduğu halda səhvən «Qiyasova» kimi, Ərizəçi1 adı «Vaqif» yazılmalı olduğu halda, «Rasim» kimi və Ərizəçi2 adı «Saqif» yazılmalı olduğu halda «Sabir» kimi yazılmışdır. Ərizəçilər həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət hüququna dair çıxarış alınmaı üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçlərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-298 (kod 8********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının X9, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7 ilə yanaşı ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar