Məhkəmə qərarları › İş №2(073)-2943/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2943/2025

28.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2943/2025 28.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız yazılmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əsassız yazılmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evində yaşayır və onun evinə quraşdırılmış qaz sayğac qaz idarəsinin işçiləri təırəfindən açılıb aparılmışdır. Sayğacın aparılmasından sonra bu günədək qaz bərpa edilməyib və ona xəbərdarlıq edilmədən, ona cəıimə borcu yazılmışıdr. Cərimə barədə əvvəlcədən məlumatlandırılmayıb. Sayğacın çıxarılmasında heç bir iştirakı olmamışdır. Bu hal nəticəsində haqsız olaraq borclu kimi qeyd olunmuşdur. Qaz təhcizatı xidmətinin dayandırılması və sayğacın götürülması ilə bağlı heç bir rəsmi bildiriş və ya əsaslı sənəd on atəqdim edilməyib. Borcun yaranması isə birbaşa Qaz İdarəsinin fəaliyyəti ilə bağlıdır və istehlakçının günahı olmadan cərimə tətbiq olunması qanunvericiliyə ziddir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, uzun müddətdir ki, Bakı şəhərində yaşayır. Rayondakı evində olmaya-olmaya gəlib qaz sayğacını 2017-ci ildə söküb aparıblar. Bundan atasının xəbəri olub, elə zənn edib ki, sayğacın şüşəsini dəyişmək üçün aparıblar sayğacı. Sonradan məlumatları olub ki, cərimələniblər. Cəriməni tamamilə əsassız hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. İşdə olan Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən Eminə Ağayevaya məxsus fərdi yaşayış evinə quraşdırılmış “Elster” markalı sayğac dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. İşdə olan Cavabdeh Lənkəran X2 İdarəsinin Cəlilabad Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, ünvan 2 unvanında yerləşən Eminə Ağayevaya məxsus fərdi yaşayış evinə quraşdırılmış “Elster” markalı ******* saylı qaz sayğacın plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmişdir. İşdə olan abonentin saldosundan görünür ki, Ağayeva Eminə təbii qazdan istifadəyə görə 2017-ci ilin oktyabr ayına qalıq və aktlar üzrə olan borcu 582.3 manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən iddiaçının evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğac növbəti dövlət yoxlanışına göndərilməsi üçün çıxarılmışdır. xx.xx.2017-ci il tarixdə akt tərtib edilmiş, aktda sayğacın plastmas qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilməsi qeyd olunmuş və bu səbəbdən iddiaçı cərimə olunmuşdur. Məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən mübahisələndirilən aktda göstərilən qaz sayğacında aşkar edilmiş qüsurun məhz iddiaçı tərəfindən edilmiş müdaxilə nəticəsində baş verməsini sübut edən hər hansı bir faktın olmadığı müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan həmin mübahisəli cərimə sayıla bilməz. Həmin qaz sayğacına edilən müdaxilənin başqa təsirlər nəticəsində yaranması istisna olunmur. Habelə sayğac qurğusu iddiaçıya məxsus fərdi yaşayış evinin həyətinin çöl hissəsində yerləşir ki, buna görə də müdaxilənin üçüncü şəxs tərəfindən edilə bilməsi ehtimalı da inandırıcıdır. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB Lənkəran X2 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış 582.3 manat (beş yüz səksən iki manat otuz qəpik) borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar