Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2944/2025 26.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 17 avqust 2024-cü il tarixində Masallı 1 saylı Mediasiya təşkilatında bağlanmış hər bir uşağa görə 170 manat, ümumilikdə isə 3 (üç) uşağa görə 510 manat alimentin ödənilməsi tələbinə barışıq sazişi üzrə hər ayın 01-dən 25-nə kimi olan 510 manat məbləğin tam ödənilməsi barədə barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq göstərmişdir ki, onun Maraqlı şəxs ilə arasında 17 avqust 2024-cü il tarixində Masallı 1 saylı Mediasiya təşkilatında bağlanmış barışıq sazişinə əsasən hər bir uşağa görə 170 manat ümumilikdə 3 (üç) uşağa görə 510 manat alimenti ödəməyə razılıq vermişdir. Həmin alimentin ödənilməsini öz üzərinə öhdəlik götürmüşdür. Maraqlı şəxs barışıq sazişi üzrə 2024-cü ilin sentyabr ayından sonra 7 dəfə müxtəlif vaxtlarda 3 ay ardıcıl olaraq 1 dəfə 510 manat, 1 dəfə 100 manat, 1 dəfə 50 manat, 1 dəfə 60 manat və sonuncu dəfə 40 manat ödəniş etmiş, həmin gündən sonra götürdüyü öhdəlikdən yayınaraq alimenti ödəməkdən yayınmışdır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə ərizəçinin və maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 17 avqust 2024-cü il tarixli, MŞM/MT036/2024-00648 saylı barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs ilə nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi, atalığın etiraf edilməsi və aliment mübahisəsinə Masallı 1 saylı Mediasiya Təşkilatında baxılmış, mediasiya prosesi dövründə tərəflər Ərizəçi Maraqlı şəxs ilə aralarında birgə nikahından doğulmuş 12 aprel 2009-cu il təvəllüdlü X1, 12 aprel 2009cu il təvəllüdlü X4 və 28 dekabr 2014-cü il təvəllüdlü X3 anaları 1-ci tərəf Ərizəçi himayəsində saxlanılmasına razılaşmışlar, ikinci tərəf Maraqlı şəxs 12 aprel 2009-cu il təvəllüdlü X1 və 12 aprel 2009-cu il təvəllüdlü X4 ataları olmasının təsdiq olunması barədə müvafiq sənədlər barışıq sazişinin başlandığı gündən hesablanmaqla, 10 (on) gün müddətində Cəlilabad rayon Qeydiyyat şöbəsində qeydiyyata alınaraq təmin edilməsini öhdəsinə götürmüşdür, uşaqların saxlanması üçün hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğinsə aliment müəyyən edilmiş, 12 aprel 2009-cu il təvəllüdlü X1, 12 aprel 2009-cu il təvəllüdlü X4 və 28 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 2-ci tərəf Maraqlı şəxs 2024-cü ilin sentyabr ayının 01-dən 25-dək və gələn növbəti ayın da 01-dən 25-dək olan müddət ərzində cəmi 510 (beş yüz on) manat məbləğində alimenti 1-ci tərəf Ərizəçi poçt və ya bank kartı vasitəsilə ödəməyi öhdələrinə götürmüşlər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 17 avqust 2024-cü il tarixdə Ərizəçi Maraqlı şəxs ilə Masallı 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində MŞM/MT036/2024-00648 saylı barışıq sazişi imzalamışlar. Tərəflərin arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs hər bir uşağa görə 170 manat olmaqla, ümumilikdə 3 (üç) uşağa görə 510 manat alimenti ödəməyi razılıq verərək öhdəsinə götürmüşdür. Maraqlı şəxs barışıq sazişi üzrə 2024-cü ilin sentyabr ayından sonra 7 dəfə müxtəlif vaxtlarda 3 ay ardıcıl olaraq 1 dəfə 510 manat, 1 dəfə 100 manat, 1 dəfə 50 manat, 1 dəfə 60 manat və sonuncu dəfə 40 manat ödəniş etmiş, həmin gündən sonra götürdüyü öhdəlikdən yayınaraq alimenti ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355.23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355.23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355.25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355.25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355.25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması üçün maraqlı şəxsin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Maraqlı şəxs valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-c il üzrə hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Ölkə üzrə minimum əmək haqqı 2025-ci il üçün hər ay 400 manat həddində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsaslanaraq və alimentin ödənilməsinin reallığı baxımından cavabdehin maddi imkanını nəzərə alaraq, 2024-cü ilin sentyabr ayından alimentin tutulmasına başlayaraq Maraqlı şəxs Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşağa görə 2024-cü il üçün ölkə üzrə müəyyən edilmiş 345 manat minimum əmək haqqının 0,493 misli həddində (345x0,493=170,085 manat) sabit pul məbləğində aliment tutulmasını məqsədə uyğun hesab edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 17 avqust 2024-cü il tarixli, MŞM/MT036/2024-00648 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, 17 avqust 2024-cü il tarixdən başlayaraq, 12 aprel 2009-cu il təvəllüdlü X1, 12 aprel 2009-cu il təvəllüdlü X4 və 28 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,493 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 17 avqust 2024-cü il tarixli, MŞM/MT036/2024-00648 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin. 2024-cü ilin sentyabr ayından başlayaraq hər ayın 01-dən 25-dək, 12 aprel 2009-cu il təvəllüdlü X1, 12 aprel 2009-cu il təvəllüdlü X4 və 28 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,493 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2944/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2944/2025
26.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver