Məhkəmə qərarları › İş №2(073)-2947/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2947/2025

24.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2947/2025 24.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Ərizəçi və eyni zamanda ərizəçilər Ərizəçi1 və X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçilər Nümayəndə, Ərizəçi1 və X1 hüquq müəyyənedici sənədin şəxslərə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və X6 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-0077, Kod 80608018 nömrəli Dövlət Aktının Ərizəçi1 və X3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 8 saylı Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə rəsmi məlumat verməmişlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçilər Ərizəçi1 və X1 nümayəndəsi Nümayəndə ərizənin dəqiqləşdirilməsi və tələbin artırılmasına dair ərizə verərək, ərizəsində göstərmişdir ki, sözügedən dövlət aktında onun adı və soyadı “Nümayəndə” olduğu halda “Zeynab Qəmbərova” kimi yazılmışdır. Ərizənin nəzərə alınmasını, onun özünün də ərizəçi kimi tanınmasını və ərizələrinin təmin edilməsini xahiş etmişdir. Ərizəyə əsasən ərizəçilər bir ailə üzvü olmaqla Cəlilabad rayonu Kövüzbulaq kəndində doğulmuşlar və hazırda həmin kənddə yaşayırlar. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 nömrəli qərarı ilə Cəlilabad rayonu Kövüzbulaq kəndində ərizəçilərin və digər ailə üzvlərinin mülkiyyətlərinə 2,48 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair Torpağa mülkiyyət hüququna dair JN-0077, Kod 80608018 nömrəli dövlət aktı tərtib olunmuşdur. Lakin həmin JN-0077, Kod 80608018 nömrəli dövlət aktında ərizəçilərin adları texniki olaraq səhv qeyd edilmişdir. Belə ki, Dövlət aktında 4-cü sırada “Günel” əvəzinə yanlışlıqla “Gülxar”, 5-ci sırada isə “Türkanə” əvəzinə yanlışlıqla “Gülzar” yazılmışdır. Halbuki ərizəçilərin adı, soyadı və ata adı «Ərizəçi1» və «Ərizəçi2dır». Həmçinin həmin dövlət aktında onun adı və soyadı “Nümayəndə” olduğu halda “Zeynab Qəmbərova” kimi yazılmışdır. Onlar hal-hazırda həmin torpaq sahəsini Dövlət qeydiyyatına aldırmaq istəyirlər. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etdikdə oradan bildirmişlər ki, Torpağa mülkiyyət hüququna dair Dövlət aktında adları səhv yazıldığı üçün həmin Dövlət aktının onlara məxsus olması faktının müəyyən olunmasından ötrü məhkəməyə müraciət etməlidirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında ərizəçi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Göstərmişdir ki, savadsızlıq ucbatından müvafiq səhvləri vaxtında aradan qaldırmamışlar. 1997-ci ildən bəri sözügedən torpaq sahəsi onların mülkiyyətində və sahibliyindədir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatında aldıran zaman bu səhvdən, yəni adlarının müvafiq aktda səhv yazılmasından xəbəri olmuşdur Məhkəmə tərəfin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslıdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o (şahid), ərizəçilərin yeznəsidir. Ailədəki qızlar Türkanə, Gülnar, Günel torpaqdan özləri istifadə edirlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi Nümayəndə onun (şahidin) anası, digər ərizəçilər isə bacılarıdırlar. Onların birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə aid torpağa mülkiyyət hüququna dair Dövlət aktında ərizəçilərin adları səhv yazılmışdır. Bacıları Gülnar və Günel olduğu halda adları səhvən Gülzar və Gülxar kimi yazılmışdır. Halbuki həmin adda şəxsləri tanımır. İşdə olan “Torpağa mülkiyyət hüququna dair” JN-0077, Kod 80608018 nömrəli dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə Cəlilabad rayonu Kövüzbulaq kəndi ərazisindən 2.48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X10, X4, X7, X8, X9 birgə mülkiyyətinə verilmişdir. İşdə olan Kövüzbulaq kənd İƏDÜ, Kövüzbulaq kənd bələdiyyəsinin sədri və Kövüzbulaq kənd AİK üzvü tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-0077, Kod 80608018 nömrəli dövlət aktında texniki səhv olaraq X11, X13, X14, X2 yazılmışdır, halbuki yazılmalıdr: Nümayəndə, X16, Ərizəçi1, Ərizəçi2. İşdə olan xx.xx.2012-ci il tarixli ölüm haqqında surətindən görünür ki, X18 xx.xx.2006-cı ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi1 xx.xx.1993-cü ildə doğulmuşdur, atası X18, anası Nümayəndədır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X12 xx.xx.1995-ci ildə doğulmuşdur, atası X18, anası Nümayəndədır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X16 xx.xx.1992-ci ildə doğulmuşdur, atası X18, anası Nümayəndədır. İşdə olan AA685128 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1995-ci ildə doğulmuşdur. İşdə olan AA685128 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1993-cü ildə doğulmuşdur. İşdə olan AA685128 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1992-ci ildə doğulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 08 saylı qərarı ilə Cəlilabad rayonu Kövüzbulaq kəndində ərizəçilərin və digər ailə üzvlərinin mülkiyyətlərinə 2,48 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair Torpağa mülkiyyət hüququna dair JN-0077, Kod 80608018 nömrəli dövlət aktı tərtib olunmuşdur. Lakin həmin dövlət aktında ərizəçilərin adları və soyadları texniki olaraq səhv qeyd edilmişdir. Ərizəçilər həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair müvafiq reyestrdən çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçilərin tələbi torpağa mülkiyyət hüququna dair JN-0077, Kod 80608018 nömrəli dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmadı üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçlərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 1.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi – şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir; ikincisi – həmin sənədlər hüquqmüəyyənedici ollmlalıdır; üçüncüsü – məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, müvafiq hüquqmüəyyənedici sənədin ərizəçilərə məxsus olması faktı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 233, 311, 360-362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. “Torpağa mülkiyyət hüququna dair” JN-0077, Kod 80608018 nömrəli dövlət aktının digər mülkiyyətçilərlə yanaşı ərizəçilər Nümayəndə, Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar