Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3020/2025 28.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, **********86 saylı çıxarışın digər mülkiyyətçilərlə yanaşı, X1 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Cəlilabad rayonu Alar kəndində onun (ərizəçinin) və ailə üzvlərinin mülkiyyətlərinə 0,5321 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən **********86 saylı çıxarış verilmişdir. Lakin həmin **********86 saylı çıxarışda 12 fevral 2013-cü il təvəllüdlü qızı «X3» əvəzinə yanlışlıqla «X6» yazılmışdır. O, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etdikdə orada ona izah edilmişdir ki, bununla bağlı məhkəməyə müraciət etməlidir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun (şahidin) qonşusudur. Ərizəçinin Aygün adlı qızı yoxdur, qızının adı Sevincdir. Məhkəməiclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun (şahidin) qonşusudur. Ərizəçinin Sevinc adlı bir uşağı var. İşdə olan **********86 saylı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Cəlilabad rayonu Alar kəndi ərazisində yerləşən 0,5321 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Maraqlı şəxs2, Ərizəçi və X2 paylı mülkiyyətlərinə verilmişdir. İşdə olan Cəlilabad rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cəlilabad rayon Alar kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan X2 qeydiyyatdan çıxarılması ilə bağlı xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon Polis Şöbəsinə ünvanlanmış ərizəyə cavab olaraq bildirilmişdir ki, X2 Cəlilabad rayon X5 və Şəxsiyyət vəsiqəsi bölməsində hər hansı bir məlumat aşkar edilməmişdir. İşdə olan AZE 18159497 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə doğulmuşdur. İşdə olan Cəlilabad rayon İHB-nin Alar kənd İƏDÜ nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, onun adına verilmiş çıxarışda qızının adı X3 olmasına baxmayaraq “X8” kimi yazılmışdır. İşdə olan Cəlilabad rayon İHB-nın Alar kənd İƏDÜ nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Alar kəndində X4 adlı vətəndaş yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayonu Alar kəndində ərizəçinin və ailə üzvlərinin mülkiyyətlərinə 0,5321 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş **********86 saylı çıxarışda 12 fevral 2013-ci il təvəllüdlü qızı «X3» yazısı əvəzinə yanlışlıqla «X6» yazılmışdır. Bu yanlışlığın düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etdikdə oradan ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi **********86 saylı xx.xx.2023-cü il tarixli çıxarışın digər mülkiyyətçilərlə yanaşı ona da məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu, həmçinin ərizəçinin uşağı, adı səhv yazılmış yetkinlik yaşına çatmayan Sevinc adlı mülkiyyətçinin mülkiyyət hüququnun müdafiəsi üçün zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. **********86 nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın digər mülkiyyətçilərlə yanaşı X1 məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-3020/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3020/2025
28.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver