Məhkəmə qərarları › İş №2(073)-3053/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3053/2024

20.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3053/2024 20.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 25 aprel 2023-cü il tarixli, ******* nömrəli akt əsasında abonent hesabına əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 25 aprel 2023-cü il tarixli, ******* nömrəli akt əsasında abonent hesabına əsassız hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı ərazidə hər vətəndaş kimi o, da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin 08 dekabr 2022-ci il tarixdə Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən həmin evə baxış keçirmiş və həmin sayğacı çıxararaq aparmışlar. 25 aprel 2023-cü il tarixdə akt tərtib olunmuş və həmin aktda guya sayğaca müdaxilə olunması göstərilmişdir. O, əməkdaşlara sayğaca heç bir müdaxilə olmadığın bildirmişdir. Həmin evdə yaşadığı vaxta qədər Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşı olan nəzarətçilər qazsayğacına davamlı olaraq baxış keçirmişlər. Belə olan halda əsassız olaraq Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən akt tərtib edilmiş və həmin aktda guya sayğacda qüsur aşkar olunduğu göstərilmiş, bunun nəticəsində isə guya qaz sayğacına müdaxilə olunduğu üçün itirilmiş qazın bərpası məqsədi ilə onun borcunun olması göstərilmişdir. Halbu ki, qeyd edilən sayğac dəyişdirilərkən heç bir müdaxilə aşkar olunmamışdır. Sayğacı açıb apardıqdan sonra özləri istədikləri formada aktlaşdıraraq cərimə tətbiq etmişlər və onun tərəfindən həmin akt imza edilməmişdir.Mübahisəli akt tərtib olunana zaman onun iştirakı olmadan təmin edilmiş və həmin aktdan sonradan məlumatı olmuşdur. Ona görədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib 25 aprel 2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və akta əsasən abonent hesabına hesablanmış borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasnı xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu» haqqında 08 dekabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı evinə quraşdırılmış “Elster” tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlanışına görə çıxarılmış, “Zenner” tipli, G-4 markalı, 10596618 nömrəli qaz sayğacı quraşdırılmışdır. Çıxarılmış qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması və sayğacın istismara yararsız olması barədə qeydlər aparılmışdır. İşdə olan Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən verilmiş «Təbii qazdan istifadə qaydalarının pozulası haqqında» 25 aprel 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Cəlilabad Xidmət Sahəsinin əməkdaşları tərəfindən İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman həmin evdə quraşdırılmış 10596618 nömrəli tipi “Elestr” G-4 markalı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması və sayğacın istismara yararsız olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən verilmiş 28 aprel 2023-cü il tarixli «Dəymiş ziyanın bərpasına dair tələbnamədən» görünür ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, 10596618 nömrəli qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması və sayğacın istismara yararsız olmasınəticəsində itirilmiş qazın sərfiyyatının 12960 m3 olması müəyyən olunmuşdur. İşdə olan Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən X3 adına tərtib edilmiş abonentin saldosundan görünür ki, X3 adına aktlar üzrə 2024-cü ilin aprel ayına 1555,20 manat borc yazılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı məxsus o, ünvan 2 ünvanında yaşayır və yaşadığı ərazidə hər vətəndaş kimi iddiaçı da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə etmişdir. Lakin 08 dekabr 2022-ci il tarixdə Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən həmin evə baxış keçirmiş və həmin sayğacı çıxararaq aparmışlar. 25 aprel 2023-cü il tarixdə akt tərtib olunmuş və həmin aktda guya sayğaca müdaxilə olunması göstərilmişdir. O, əməkdaşlara sayğaca heç bir müdaxilə olmadığın bildirmişdir. Həmin evdə yaşadığı vaxta qədər Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşı olan nəzarətçilər qaz sayğacına davamlı olaraq baxış keçirmişlər. Belə olan halda əsassız olaraq Cavabdeh Lənkəran X4 İdarəsi tərəfindən akt tərtib edilmiş və həmin aktda guya sayğacda qüsur aşkar olunduğu göstərilmiş, bunun nəticəsində isə guya qaz sayğacına müdaxilə olunduğu üçün itirilmiş qazın bərpası məqsədi ilə onun borcunun olması göstərilmişdir. Halbu ki, qeyd edilən sayğac dəyişdirilərkən heç bir müdaxilə aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməüçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilən xüsusatlar sayğacda aşkar olunan nöqsanın iddiaçı tərəfindən edilməsini istisna edir. Göründüyü kimi 25 aprel 2023-cü il tarixli, ******* saylı aktın İddiaçı adına yazılması və 11826 kub metr sərfiyyat hesablanması əsassız olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş 25 aprel 2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilməli və hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları» haqqında qərarının 4.7-ci maddəsində nəzərdə tutulur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nda dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin 29 aprel 2016-cı il tarixli,180 nömrəli qərarının 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 25 aprel 2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış borc silinməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 72-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X4 İdarəsinin Cəlilabad Xidmət sahəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 25 aprel 2023-cü il tarixli, ******* saylı akt əsasında İddiaçı abonent hesabına hesablanmış borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar