Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-313/2024 28.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquuqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən və Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-140/2023 saylı qətnaməsi ilə 0.313 ha torpaq sahəsində 1/8 payı üzrə mərhum X4, X5 və X1 miras qalmış torpaq sahəsinə mirası qəbul etməsi faktının müəyyən edilməsinə və həmin mirasdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa əsasən və Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-140/2023 saylı qətnaməsi ilə 0.313 ha torpaq sahəsində onun (iddiaçının) və digər şəxslərin 1/8 hissədə payı müəyyən edilmişdir. Həmin torpaqda payı olan şəxslərdən X16 xx.xx.2003-cü il tarixdə, X17 xx.xx.2020-ci il tarixdə və X11 isə xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Bu şəxslərin hər birinin torpaq sahəsində 1/8 payı müəyyən edilmişdir. O (iddiaçı) da digər şəxslər kimi vəfat etmiş şəxslərin qanun üzrə vərəsəsidir və faktiki olaraq onlardan qalmış mirası qəbul etmişdir. Miras qoyan şəxslər həmin əmlakla bağlı heç kimə vəsiyyətnamə verməmişlər. Lakin cavabdehlərlə aralarında mübahisə olduğu üçün Cəlilabad rayon 1 saylı notariat ofisindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133 və 1291-ci maddələrinə istinad edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışa və Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-140/2023 saylı qətnaməsin 0.313 ha torpaq sahəsindən X4, X5 və X2 hər birindən miras qalmış torpaq sahəsinin 1/8 pay hissəsinə onun (iddiaçının) mirası qəbul etməsi faktının müəyyən edilməsinə və həmin miras əmlakdan payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərk işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxslər X18 və X6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X17 ilə X16 xx.xx.1971-ci ildə nikahlarını bağlamışlar və arvada Abasova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X18 xx.xx.1963-cü ildə doğulmuşdur, atası X17, anası X12r. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X19 xx.xx.1965-ci ildə doğulmuşdur, atası X17, anası X12r. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 xx.xx.1968-ci ildə doğulmuşdur, atası X17, anası X12r. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1970-ci ildə doğulmuşdur, atası X17, anası X12r. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1972-ci ildə doğulmuşdur, atası X17, anası X12r. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1982-ci ildə doğulmuşdur, atası X17, anası X12r. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X16 xx.xx.2003-cü ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X11 xx.xx.2009-cu ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X20 xx.xx.2011-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X17 xx.xx.2020-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 nikah akt qeydi tapılmamışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən 0.313 ha torpaq sahəsi X13, X14, X7, X3, Cavabdeh1, Cavabdeh2, İddiaçı və X8 paylı mülkiyyətindədir və hər birinin payı 1/8 hissə təşkil edir. İşdə olan Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 45 saylı arayışdan görünür ki, Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatda olan İddiaçı ərizəsi əsasında mərhum atası X5 qalmış miras əmlak barədə qanun üzrə vərəsəlik işi açılmışdır. Təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı, X6, Cavabdeh1, Cavabdeh2, X18 mərhum X7 vərəsələridir. İşdə olan notariat hərəkətlərini aparmaqdan imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı müraciət edərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X5, xx.xx.2003-cü ildə vəfat etmiş mərhum anası X4, xx.xx.2009-cu ildə vəfat etmiş mərhum bacısı X1 qalmış mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras şərikləri arasında mübahisə olduğundan notariat hərəkəti aparılmasından imtina edilmişdir. Beləlilklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən 0.313 ha torpaq sahəsi X13, X14, X7, X3, Cavabdeh1, Cavabdeh2, İddiaçı və X8 paylı mülkiyyətindədir və hər birinin payı 1/8 hissə təşkil edir. Həmin mülkiyyətçilərdən iddiaçının anası X16 xx.xx.2003-cü il tarixdə, bacısı X11 xx.xx.2009-cu ildə, qardaşı X20 xx.xx.2011-ci ildə və atası X17 xx.xx.2020-ci ildə vəfat etmişdir. İddiaçı Abasov X15 rayon 1 saylı notariat ofisinə müraciət edərək xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası X5, xx.xx.2003-cü ildə vəfat etmiş mərhum anası X4, xx.xx.2009-cu ildə vəfat etmiş mərhum bacısı X1 qalmış mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin miras şərikləri arasında mübahisə olduğundan notariat hərəkəti aparılmasından imtina edilmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mirası qanun üzrə vərəsələrdən İddiaçı, X6, Cavabdeh1, Cavabdeh2, X18 qəbul etmişlər. Həmin hal Cəlilabad rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 45 saylı arayışla da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə vərəsəlik 2003, 2009 və 2020-ci illərdə açıldığından mübahisəli münasibətlərə də 01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, mübahisə predmeti əsasən miras əmlakın hüquqi müqəddəratının müəyyən edilməsi ilə bağlı olduğundan ilk növbədə mirasın kütləsinə aid olan əmlak növləri müəyyənləşdirilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən 0.313 ha torpaq sahəsi X13, X14, X7, X3, Cavabdeh1, Cavabdeh2, İddiaçı və X8 paylı mülkiyyətindədir və hər birinin payı 1/8 hissə təşkil edir. Belə halda, məhkəmə hesab edir ki, mərhum X9, X5 və X1 qalmış miras qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin 1/8 hissəsindən (miras qoyanın hər birindən qalmış 1/8 hissə) ibarət olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı miras əmlakda payı X9 qalmış 1/8 hissənin 1/5 hissəsində, X5 qalmış 1/8 hissənin 1/5 hissəsində və X1 qalmış 1/8 hissənin 1/5 hissəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası MM-in 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayış etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1159.1-1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılır. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı X4, X5 və X2 qalmış mirası qəbul etməsi faktı müəyyən edilsin və İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən 0.313 ha torpaq sahəsində qanun üzrə vərəsə olaraq payı X10 1/8 hissəsinin 1/5 hissəsində, X7 1/8 hissəsinin 1/5 hissəsində və X3 1/8 hissəsinin 1/5 hissəsində müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-313/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-313/2024
28.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver