Məhkəmə qərarları › İş №2(073)-315/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-315/2024

04.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-315/2024 04.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 207559 saylı aktın etibarsız hesab edilməsinə və həmin akt əsasında abonent hesabına yazılmış 528.95 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad rayonunun İncilli kəndində yaşayır. Yaşadığı evə elektrik sayğacı quraşdırılmış və hər ay istifadə etdiyi elektrik enerjisinə görə tam ödənişlər etmişdir. Bu yaxınlarda X1 2021-ci ildə akt yazılaraq 528.95 manat cərimə edilməsi barədə məlumat verilmiş və həmin pulu ödəməsini tələb etmişlər. Bununla bağlı X6 müraciət etmiş, həmin şöbədən də 14 yanvar 2021-ci ildə ona 207559 saylı akt yazıldığını və 528.95 manat cərimə edildiyini bildirmişlər. Səbəb kimi guya o sayğaca müdaxilə etmiş və kənar xətt çəkmişdir. O sayğaca heç bir müdaxilə etməmiş və ya kənar xətdən istifadə etməmişdir. Sayğaca heç bir müdaxiəl etmədiyi, evində heç bir kənar xətt olmadığı halda X3 işçiləri tərəfindən 2 nəfər hal şahidinin iştirakı olmadan onun barəsində qanunsuz akt tərtib edilərək, cərimə edilmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın həcminin artırılmasına dair ərizə verərək, məhkəməyə müraciət etdikən sonra barəsində daha əvvəl, yəni xx.xx.2019-cu il tarixdə, 148294 saylı akt yazılaraq 405.92 manat cərimə olunması barədə sonradn məlumatının olduğunu, evində heç vaxt kənar xəttin olmadığını, hər iki aktın X4 Qaydalarının 8.33 bəndinin tələblərinin pozulması ilə tərtib edildiyini göstərərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 207559 saylı və xx.xx.2019-cu il tarixli, 148294 saylı aktların etibarsız hesab edilməsinə və həmin aktlara əsasən ona yazılmış 528.95 manat və 405.92 manat olmaqla, cəmi 934.87 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddanın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" ASC-in nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 148294 saylı aktdan görünür ki, Cəlilabad rayonunun İncilli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və abonentin sayğacdan kənar X4 etməsi aşkar edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Cəlilabad rayonunun İncilli kənd sakini İddiaçı sayğacdan kənar X4 etdiyinə görə 405.92 (dörd yüz beş manat doxsan iki qəpik) manat cərimə hesablanmışdır. İşdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, 207559 saylı aktdan görünür ki, Cəlilabad rayonunun İncilli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına baxış keçirilmiş və abonentin sayğacdan kənar X4 etməsi aşkar edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cəlilabad rayonunun İncilli kənd sakini İddiaçı sayğacdan kənar X4 etdiyinə görə 528.95 (beş yüz iyirmi səkkiz manat doxsan beş qəpik) manat cərimə hesablanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Cəlilabad rayonunun İncilli kəndində yerləşən evə quraşdırılmış elektrik sayğacına "xxxx" ASC-in əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə baxış keçirilmiş, abonentin sayğacdan kənar X4 etməsi aşkar edilmiş, bu barədə 148294 saylı akt tərtib edilmiş və 405.92 (dörd yüz beş manat doxsan iki qəpik) manat cərimə hesablanmışdır. Bundan başqa, iddiaçının yaşadığı Cəlilabad rayonunun İncilli kəndində yerləşən evə quraşdırılmış elektrik sayğacına "xxxx" ASC-in əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə baxış keçirilmiş, abonentin sayğacdan kənar X4 etməsi aşkar edilmiş, bu barədə 207559 saylı akt tərtib edilmiş və 528.95 (beş yüz iyirmi səkkiz manat doxsan beş qəpik) manat cərimə hesablanmışdır. İddiaçı həmin aktları və aktlar əsasında hesablanmış cəriməni əsassız hesab edir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, həmin aktlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4 Qaydaları» nın tələbləri pozmaqla tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4 Qaydaları» nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin, X5 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4 Qaydaları» nın 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X4də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli, 148294 saylı aktda və xx.xx.2021-ci il tarixli, 207559 saylı aktda elektrik sayğacının sxemindən kənar X4 edildiyi aşkarlanması qeyd olunsa da, cavabdeh Cəmiyyət həmin halların məhz iddiaçı tərəfindən törədildiyini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, həmin aktlar iddiaçının iştirakı olmadan tərtib edilmiş və onun tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 148294 saylı akt və xx.xx.2021-ci il tarixli, 207559 saylı akt etibarsız hesab edilsin. İddiaçı abonent hesabına xx.xx.2019-cu il tarixli, 148294 saylı akt əsasında hesablanmış 405.92 (dörd yüz beş manat doxsan iki qəpik) manat borc (cərimə) və xx.xx.2021-ci il tarixli, 207559 saylı akt əsasında hesablanmış 528.95 (beş yüz iyirmi səkkiz manat doxsan beş qəpik) manat borc (cərimə) silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar