Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-3199/2025 19.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Cəlilabad rayonunda yerləşən Torpağa mülkiyyət hüququna dair JN-172 saylı Dövlət Aktının və ******* saylı çıxarışın ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonunda yerləşən Torpağa mülkiyyət hüququna dair JN-172 saylı Dövlət Aktının və ******* saylı çıxarışın ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X9 ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşı Ərizəçi və ailə üzvlərinə Azərbaycan Respublikası Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsal edilməsi üçün 1,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət aktında və çıxarışda qardaşının adı Cahid olduğu halda səhvən adı Cavid kimi qeyd edilmişdir. Onlar bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişlər. Lakin, həmin idarədən onlara bu barədə məhkəməyə müraciət etmələri bildirilmişdir. Bu barədə Azərbaycan Respublikası İnzibati Məhkəməsinə müraciət etdim. Məhkəmə 19 iyun 2025-ci il tarixli 2-1(120)-3319/2025 saylı qərardad çıxararaq iddianı mümkün saymayaraq bu barədə şəhər (rayon) məhkəməsinə müraciət etməyi tövsiyyə etmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınmaqla ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-172, Kod 80617018 nömrəli Torpağa mülkiyyət hüqquna dair Dövlət Aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə X2, X5, X6, X7, X3, X10 və X8 birgə mülkiyyətlərinə 1,42 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli (**********64 reyestr nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonu, Muğan kəndi ərazisində X4, X2, X5, X6, X7, X3 və X10 ümumi birgə mülkiyyətlərinə verilmiş 1,42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 04 may 2016-cı il tarixdə ********** nömrə ilə Dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1979-cu ildə Cəlilabad rayonu, Svetlazarya kəndində doğulmuşdur və Cəlilabad rayonu, Muğan kəndində yaşayır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2- 1(120)-3319-2025 saylı qərardadından görünür ki, məhkəmə tərəfindən 03 iyun 2025-ci il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cüm maddəsinə əsasn iddiaçı Ərizəçi hüquqi yardım məktub göndərilərək, izah edilmişdir ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında sənədləşmə aparılarkən Ərizəçi əvəzinə X13 qeyd olunmuşdur. Hüquqmüəyyənedici sənəddə yəni qismən ləğvini tələb etdiyi qərarda, aktda və çıxarışda və digər sənədlərdə göstərilən şəxsin Cavid deyil Cahid olması faktının müəyyən olunması üçün aidiyyəti üzrə rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, xx xxxxx 1979-cu il təvəllüdlü Qarayev X11 rayonu, Muğan kəndində anası X12, arvadı X22, qızı X23, oğlu X24 və oğlu X25 ilə birlikdə yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 02 iyun 1998-ci il tarixli, 06 saylı qərarı ilə Ərizəçiin və digər ailə üzvlərinin mülkiyyətlərinə 1,69 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-172, Kod 80617018 nömrəli Torpağa mülkiyyət hüqquna dair Dövlət Aktı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli (**********64 reyestr nömrəli) çıxarışda verilmişdir. Lakin həmin aktda və çıxarışda Ərizəçi adı “Cahid” əvəzinə yanlışlıqla “Cavid” kimi yazılmışdır. Halbuki, ərizəçinin şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadı, adı, ata adı Ərizəçidur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi JN-172, Kod 80617018 nömrəli Torpağa mülkiyyət hüqquna dair Dövlət Aktının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli (**********64 reyestr nömrəli) çıxarışın ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-172, Kod 80617018 nömrəli Torpağa mülkiyyət hüqquna dair Dövlət Aktının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli (**********64 reyestr nömrəli) çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-172, Kod 80617018 nömrəli Torpağa mülkiyyət hüqquna dair Dövlət Aktının və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriya nömrəli (**********64 reyestr nömrəli) çıxarışın Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-3199/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-3199/2025
19.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver