Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-3247/2025 07.01.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payının müəyyən edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə hazırlıq iclasları xx.xx.2025-ci il tarixə saat 15:00-a, xx.xx.2025-ci il tarixə saat 16:00-a, xx.xx.2025-ci il tarixə saat 10:30-a və xx.xx.2026-cı il tarixə saat 11:05-a təyin edilmiş və işə baxılmanın vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən ərizə baxılmamış saxlanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payının müəyyən edilməsi tələbi barədə mülki iş baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-3247/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-3247/2025
07.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver