Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-3315/2024 19.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi ilə İddiaçı Ərizəçi Cəlilabad rayon İcra Hakimiyyətinə qarşı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş (JN-213A kod-********) şəhadətnamədə yanlış yazılmış X2 adının dəyişdirilib Məmmədova (Babayeva) Nigar Nizami qızı ilə əvəz olunması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədov X1 rayon İcra Hakimiyyətinə qarşı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş (JN-213A kod-********) şəhadətnamədə yanlış yazılmış X2 adının dəyişdirilib Məmmədova (Babayeva) Nigar Nizami qızı ilə əvəz olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, tərəflər arasında yaranmış mübahisə predmeti mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında müvafiq yurisdiksiyalı inzibati məhkəmədə baxılmalıdır. İddiaçı şəhadətnamənin dəyişdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etməli, həmin orqan tərəfindən imtina edildiyi halda isə Şirvan İnzibati Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli və iddiaçıya şəhadətnamənin dəyişdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etməli olduğu, imtina edildiyi halda isə həmin qərardan Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.3, 152.4, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Ərizəçi Cəlilabad rayon İcra Hakimiyyətinə qarşı Cəlilabad ərazi idarəsi tərəfindən verilmiş (JN-213A kod-********) şəhadətnamədə yanlış yazılmış X2 adının dəyişdirilib Məmmədova (Babayeva) Nigar Nizami qızı ilə əvəz olunması tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin. İddia ərizəsini vermiş şəxsə izah edilsin ki, şəhadətnamənin dəyişdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etməli, imtina edildiyi halda isə Şirvan İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-3315/2024
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-3315/2024
19.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver