Məhkəmə qərarları › İş №2(073)-338/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-338/2023

21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-338/2023 21.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi JN-762, Kod 80601004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ona və qeyrisinə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-762, Kod 80601004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının ona və mərhum qardaşı Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətlərinə 0,23 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-762, Kod 80601004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin həmin Dövlət aktında onun adı və ata adı yanlışlıqla «Rahim Dostalı oğlu» kimi, mərhum qardaşı Rahilin ata adı isə yanlışlıqla «Dostalı» kimi yazılmışdır. Göstərilən faktların elə yazılmasına səbəb Dövlət aktını tərtib edən orqanın səhvi olmşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınmaqla, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN-762, Kod 80601004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə X1, X4, X3, X5 və X6 mülkiyyətlərinə 0,78 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Sarıyev X7 şəhəri, Ə.Cavid küçəsi, ev 3 ünvanında qeydiyyatdadır. İşdə olan XVİ-JQ № 332154 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 07 mart 1992-ci il tarixdə doğulmuşdur, atası X12, anası X2r. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, X11 07 dekabr 2007-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətlərinə 0,23 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin onlara verilməsinə dair JN-762, Kod 80601004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Lakin həmin Dövlət aktında onun adı və ata adı yanlışlıqla «Rahim Dostalı oğlu» kimi, mərhum qardaşı Rahilin ata adı isə yanlışlıqla «Dostalı» kimi yazılmışdır. Halbuki, ərizəçinin və ərizədə göstərilən şəxsin şəxsiyyət vəsiqəsində və digər sənədlərdə soyadı, adı, ata adı Ərizəçi və X9r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin tələbi JN-762, KOD 80601004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçinin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, JN-762, Kod 80601004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi və X10 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə... Qət etdi: Ərizə təmin edilsin. JN-762, Kod 80601004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının Ərizəçi və mərhum qardaşı X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar