Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-345/2024 25.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06 iyun 2023-cü il tarixli, MŞB/MT015/2023-00262-01 saylı barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq göstərmişdir ki, Bakı şəhəri, İçərişəhər, 6-cı Böyük Qala döngəsi, 11 ünvanında yerləşən ünvan 2ŞB/MT015/2023-00262-01 saylı barışıq sazişinə əsasən o, Maraqlı şəxs ilə razılaşmalarına əsasən, ərizəçinin maraqlı şəxslə birgə nikahlarından doğulmuş 19 oktyabr 2018-ci il təvəllüdlü X2 ilə ananın iştirakı olmadan hər həftənin şənbə günü saat 12:00-dan 21:00-dək görüşməsinə şərait yaratmağı maraqlı şəxs öhdəsinə götürmüşdür. Lakin Barışıq sazişi maraqlı şəxs tərəfindən ayrı-ayrı vaxtlarda ona məlum olmayan səbəblərdən icra olunmamış, xüsusilə 21 oktyabr 2023-cü il tarixdən onun davamlı olaraq yazılı müraciətlərinə baxmayaraq oğlu ilə görüşməsi baş tutmamışdır. Sonda ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli, 3-16-5/8-70-2673/2023 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 19 oktyabr 2018-ci il tarixdə doğulmuşdur, atası Ərizəçi, anası Maraqlı şəxsdır. İşdə olan ünvan 2ŞB/MT015/2023-00262-01 saylı barışıq sazişindən görünür ki, mediasiya prosesi dövründə tərəflər Maraqlı şəxs ilə Ərizəçi arasında olan razılaşmaya əsasən, Ərizəçi X2 ilə ananın iştirakı olmadan hər həftənin şənbə günü saat 12:00-dan 21:00-dək görüşməsinə şərait yaratmağı Maraqlı şəxs öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs ilə ailə qurmuşlar və onların 19 oktyabr 2018-ci il tarixdə X2 adlı uşaqları anadan olmuşdur. 06 iyun 2023-cü il tarixdə Ərizəçi Maraqlı şəxs ilə Bakı 15 saylı Mediasiya Təşkilatı tərəfindən təyin edilmiş mediasiya prosesində MŞB/MT015/2023-00262-01 saylı barışıq sazişi imzalamışlar. Tərəflər arasında olan razılaşmaya əsasən Ərizəçi 19 oktyabr 2018-ci il təvəllüdlü X2 ilə ananın iştirakı olmadan hər həftənin şənbə günü saat 12:00-dan 21:00dək görüşməsinə şərait yaratmağı Maraqlı şəxs öhdəsinə götürmüşdür. Məhkəmə ərizəçinin tələbinə qiymət verərək hesab edir ki, ərizəçinin ata kimi öz doğma uşağı ilə görüşməsi onun qanunla nəzərdə tutulmuş hüquqlarına aiddir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarını qiymətləndirərək hesab edir ki, ərizəçinin öz uşağı ilə görüşməsi, onunla ünsiyyətdə olması və uşağın tərbiyəsi ilə məşğul olması Azərbaycan Respublikasının Ailə qanunvericiliyi ilə valideyn kimi ona məxsus əsas hüquqlarını təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə görə uşaq valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə valideynlər uşaqlarının tərbiyəsində digər şəxslərlə müqayisədə üstün hüquqlara malikdirlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə görə uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüquqlarına malikdirlər. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüquqularının həyata keçirilməsi ilə bağlı yazılı saziş bağlaya bilərlər. Valideynlər arasında razılıq olmadıqda mübahisə onlardan birinin tələbi ilə məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 oktyabr 2011-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, …Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355.23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355.23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355.25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355.25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə saylır. Həmin Məcəllənin 355.25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri ilə Ərizəçi öz uşağı ilə ünsiyyət hüququna malik olmasının zəruriliyi nəticəsinə gəlir və onun bununla əlaqədar tələbini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında ünvan 2ŞB/MT015/2023- 00262-01 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, Ərizəçi öz uşağı ilə görüşməsi hər həftənin şənbə günü saat 12:00-dan 21:00-dək müəyyən edilməlidir. Bu nəticəyə gələrkən məhkəmə həm də uşağın yaşını, onun ana qayğısına daha çox ehtiyacının olmasını, uşaqla görüşün onun qidalanmasına, təhsilinə və normal yaşayışına mane olmamasını nəzərə alır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında ünvan 2ŞB/MT015/2023-00262-01 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin. Ərizəçi Maraqlı şəxs yanında yaşayan 19 oktyabr 2018-ci il təvəllüdlü X2 ilə ünsiyyətdə olma hüququ bərpa edilsin və onun həmin uşaqla görüş vaxtı hər həftənin şənbə günü saat 12:00-dan 21:00-dək müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-345/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-345/2024
25.01.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver