Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-361/2023 18.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, Ərizəçi, eyni zamanda Ərizəçi1 nümayəndəsi Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə 2.34 ha torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 mülkiyyətinə verilməsinə dair JN-0005 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara (ərizəçilərə) məxsus olması faktının müəyyən dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçilər Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, lakin ərizəçilər Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məhkəməyə teleqram göndərərək, ərizəni müdafiə etdiklərini bildiərək, işə onların iştirakları olmadan baxılmasını və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə işə gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi, eyni zamanda Ərizəçi1 nümayəndəsi Ərizəçi2 ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə onun (Ərizəçi2) və digər ailə üzvləri Ərizəçi1, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 mülkiyyətinə Cəlilabad rayonu Ocaqlı kəndinin ərazisindən 2.34 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-0005 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin həmin dövlət aktında onun (Ərizəçi2) adı səhvən «X10» kimi, digər ərizəçilər Ərizəçi1 və Ərizəçi3 soyadları «Sadıqov» yazılmalı olduğu halda, səhvən «İsmayılov» kimi, Ərizəçi4 adı səhvən «X12» kimi, Ərizəçi5 adı «X11» kimi yazılmışdır. Bundan başqa, həmin dövlət aktında X13 adlı şəxs də qeyd edilmişdir. Halbuki, onların ailəsində belə bir şəxs doğulmamış və yaşamamışdır. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçilər onun qohumlarıdır. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 mülkiyyətinə Cəlilabad rayonu Ocaqlı kəndinin ərazisindən 2.34 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-0005 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktıtərtib edilmişdir. Lakin həmin dövlət aktında Ərizəçi2 adı səhvən «X10» kimi, digər ərizəçilər Ərizəçi1 və Ərizəçi3 soyadları «Sadıqov» yazılmalı olduğu halda, səhvən «İsmayılov» kimi, Ərizəçi4 adı səhvən «X12» kimi, Ərizəçi5 adı «X11» kimi yazılmışdır. Bundan başqa, həmin dövlət aktında X13 adlı şəxs də qeyd edilmişdir. Halbuki, ərizəçilərin ailəsində belə bir şəxs doğulmamış və yaşamamışdır. Ərizəçilər həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X18 şahid X7 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0005 (kod ********) saylı dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonu Ocaqlı kəndinin ərazisindən 2.34 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X1, X2, X4, X5, X3 və X6 mülkiyyətinə verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi1 ilə X14 xx.xx.1990-cı ildə nikahlarını bağlamışlar və arvada Sadıqova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.1990-cı ildə doğulmuşdur, atası Ərizəçi1, anasıHüseynova Humayı Süleyman qızıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi3 xx.xx.1992-ci ildə doğulmuşdur, atası Ərizəçi1, anasıHüseynova Humayı Süleyman qızıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X17 xx.xx.1995-ci ildə doğulmuşdur, atası Ərizəçi1, anasıHüseynova Humayı Süleyman qızıdır. İşdə olan Ağcabədi regional ASAN Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ 405843 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X17 xx.xx.2020-ci ildə nikahlarını bağlamışlar və arvada Balakişiyeva soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Qarazəncir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəli tərtəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi1 ailəsində X13 olmamışdır və yaşamır. (Qaytanlanmış kitabında nömrəsi 06 ev təsərrüfat nömrəsi 368 olan təsərrüfatbaşına kitabında qeydiyyatda X13 yoxdur.) Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçilərin mülkiyyətinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonu Ocaqlı kəndinin ərazisindən 2.34 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair mülkiyyətçilərin adına JN-0005 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Lakin həmin dövlət aktında Ərizəçi2 adı səhvən «X10» kimi, digər ərizəçilər Ərizəçi1 və Ərizəçi3 soyadları «Sadıqov» olduğu halda səhvən «İsmayılov» kimi, Ərizəçi4 adı səhvən «X12» kimi, Ərizəçi5 adı «X11» kimi yazılmış və ərizəçilərin ailəsində doğulmamış və yaşamamış X13 adlı şəxsin adı qeyd edilmişdir. Ərizəçilər həmin torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış almaq istəsələr də, qeyd edilən səbəbdən həmin hüquqlarından istifadə edə bilmirlər. Buna görə də ərizəçilər hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçilərin tələbi torpağa mülkiyyət hüququna dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsindən ibarətdir. Həmin faktın müəyyən edilməsi ərizəçilərə mülkiyyət üzərində pozulmuş hüquqlarının bərpa edilməsi üçün zəruridir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin fakt ərizəçlərin əmlak hüquqlarının əmələ gəlməsinin əsası kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0005 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Balakişiyeva (Sadıqova) Leyla Saməddin qızına məxsus olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-361/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-361/2023
18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver